Qatarların hərəkət qrafiki dəyişdirildi
Bu gün axşamdan metro bağlanır
DİN-dən xəbərdarlıq - Evdən çıxmayın!
Koronavirusun daha bir yeni əlaməti açıqlandı
DSX düşmən təxribatının qarşısını aldı
İmkansız vətəndaşlara yardım ediləcək
Yalnız bu halda evdən çıxa bilərsiniz
Çağırış müddəti mayın 31-dək uzadıldı
Sarıkökün orqanizm üçün faydaları
Neft 20 dollara düşdü


22.03.2020  11:36 

Azərbaycanda köhnə avtomobillər necə yenilənə bilər?





A+  A-

Azərbaycanda ömrünü başa vurmuş köhnə avtomobillərin yeniləri ilə əvəz edilməsi üçün hibrid avtomobillərin ölkəyə gətirilməsini stimullaşdırmaq əhəmiyyətli rol oynaya bilər.
Bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib.

Onun sözlərinə görə, ölkəyə idxal olunan hibrid avtomobillər üzərindən aksiz götürülsə, gömrük rüsumu ödənişi və əlavə dəyər vergisi azaldılsa, bu avtomobillərin qiyməti ən azı 40 faiz ucuzlaşar.

Ekspert bildirib ki, köhnə avtomobillər qəzaya uğrayan zaman daha çox insan ölümünə səbəb olur:

"Yol qəzaları bütün avtomobillərlə törədilir. Ancaq köhnə avtomobillərlə törədilən eyni xarakterli qəzalarda xəsarət və ölüm halları daha fərqli olur. Yeni avtomobillərdə insanlar daha yüngül xəsarət alır. Ancaq ömrünü başa vurmuş avtomobillərdə eyni xarakterli qəza zamanı ölüm baş verir".

Ə.Hüseynovun sözlərinə görə, bu gün Azərbaycanda avtomobil parkının təqribən 55-60 faizini köhnə avtomobillər, yəni istismar müddəti 15 il və ondan çox olan avtomobilər təşkil edir.

Ekspert vurğulayıb ki, ekoloji baxımdan da hibrid avtomobillər daha faydalıdır:

"Köhnə avtomobillər ekologiyanı daha çox çirkləndirir. Hibrid avtomobillər isə ekoloji baxımdan çox faydalıdır. Hibrid avtomobillərin ölkəyə gətirilməsinin stimullaşdırılması bir çox insanlar tərəfindən təklif edilib və müxtəlif dövlət qurumları, xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazilirliyi bu təşəbbüsü dəstəkləyir". (trend)

Xəbər 480 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2020  17:11 

Bu gün axşamdan metro bağlanır

31.03.2020  11:46 

Koronavirus onları ayırdı...

30.03.2020  17:50 

Dolların sabaha olan MƏZƏNNƏSİ

30.03.2020  11:18 

Neft 20 dollara düşdü

29.03.2020  22:16 

Korona və virus - Qorxulu kabus


BÜTÜN XƏBƏRLƏR +