Koronavirusun daha bir yeni əlaməti açıqlandı
DSX düşmən təxribatının qarşısını aldı
İmkansız vətəndaşlara yardım ediləcək
Yalnız bu halda evdən çıxa bilərsiniz
Çağırış müddəti mayın 31-dək uzadıldı
Sarıkökün orqanizm üçün faydaları
Neft 20 dollara düşdü
Onlayn sınaq imtahanları pulsuz olacaq
Sabahın hava necə olacaq?
Olimpiya Oyunları nə zaman keçiriləcək?


20.03.2020  21:35 

Bəzi dövlət qurumlarının əməkdaşları 1 aylıq məzuniyyətə göndərildi





A+  A-

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan XəzərNews.az-a verilən məlumata görə, belə tədbirlərin ən mühüm hissəsi vətəndaşların ünsiyyətini minimuma qədər azaltmaqdır.

İndiyə qədər mərhələli şəkildə görülmüş tədbirlər ünsiyyətin xeyli azalmasına səbəb olub.

Bununla belə, işləyən vətəndaşların “özünütəcrid”i qeyri-mümkün olur və infeksiyanın yayılması təhlükəsini artırır.

Bu səbəbdən, infeksiyanın yayılmasının qarşısının qısa müddətdə və tam şəkildə alınması məqsədilə vətəndaşların “özünütəcrid” üçün daha əlverişli şərtlərlə təmin edilməsinə ehtityac var.

Vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərar qəbul olunub.

Qərar müvəqqəti xarakterlidir, dövlətin vətəndaşların təhlükəsizliyini daha səmərəli təmin etməsi məqsədilə qəbul olunub və növbədənkənar məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək.

Bu qərar minlərlə vətəndaşın özünü infeksiya təhlükəsindən daha yaxşı qorumasına səbəb olacaq.

Xəbər 236 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2020  11:46 

Koronavirus onları ayırdı...

30.03.2020  17:50 

Dolların sabaha olan MƏZƏNNƏSİ

30.03.2020  11:18 

Neft 20 dollara düşdü

29.03.2020  22:16 

Korona və virus - Qorxulu kabus

29.03.2020  14:48 

Sabahın hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +