Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


05.03.2020  11:09 

Sarkisyan “Aprel döyüşləri” ilə bağlı ifadə verəcək





A+  A-

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan 2016-cı ilin "Aprel döyüşləri" ilə bağlı istintaqa ifadə verəcək.
XəzərNews.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, ifadəni məsələ ilə bağlı yaradılmış xüsusi parlament komissiyası qarşısında edəcək.

Sarkisyanın aprelin əvvəllərində qapalı iclas zamanı deputatların suallarına cavab verməsi gözlənilir. Aprel döyüşləri ilə bağlı komissiya 2019-cu ilin aprelində yaradılıb. Komissiya qarşısında eks-müdafiə naziri Seyran Ohanyan və Baş qərargah rəisi Artak Davtyan da ifadə verib.

2016-cı il aprelin 2-5-i tarixlərində Qarabağda Azərbaycan və Ermənistan ordusu arasında atəşkəs dövrünün ən şiddətli döyüşləri baş vermişdi. Döyüşlərdə ağır məğlubiyyətə uğrayan düşmən Lələtəpə və Talış yüksəkliklərini itirmişdi. Parlament komissiyası məğlubiyyətin səbəblərini öyrənmək üçün yaradılıb.

Xəbər 1556 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +