“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


02.03.2020  13:27 

Birinci sinfə qeydiyyatla bağlı detallar açıqlandı





A+  A-

“Müsbət haldır ki, artıq yeni tədris ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək”.
XzəərNews.az xəbər verir ki, bu sözləri Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva mətbuat konfransında deyib. Bildirib ki, sistemdə onlayn qeydiyyat martın 10-dan etibarən aktivləşdiriləcək. Məktəb seçimi isə martın 13-dən sentyabrın 15-nə kimi davam edəcək.

Həmçinin lisey və gimnaziyalarda da qəbul ümumi qaydada aparılacaq.

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik sorğu yerləşdirildikdən sonra valideynin 10-13 mart tarixlərində şəxsi kabinetdən çap edib məktəbə təqdim etməsi ilə həyata keçiriləcək.

Təhsil digər dillərdə aparılacağı təqdirdə isə məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların şifahi nitq bacarığının qiymətləndirilməsi üçün fevralın 24-dən müsahibələr təşkil olunub və proses sabah yekunlaşır. Digər uşaqlar üçün müsahibələr isə aprelin 1-dən təşkil olunacaq.

Xəbər 1139 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +