Zaxarova: “Moskva Bakıdan cavab gözləyir”
Ana 1 yaşlı övladını yerə çırparaq öldürüb
Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Bakıda iki yeniyetmə küçədə gecələyirmiş
“DeFacto” Azərbaycandakı filiallarını bağlayır
Çörəyin içindən yad cisim çıxdı
Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!
Metroda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Ağac aşdı, qadın altında qaldı - Bakıda
Sabahın havası: Yağış, külək


10.02.2020  18:23 

Bakıda bu balıq məhsulunun satışı dayandırıldı





A+  A-

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Karona LTD” MMC-yə məxsus balıq məhsullarının saxlanma anbarına baxış keçirib.
Agentlikdən XəzərNews.az-a verilən məlumata görə, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi və istehlakçı hüquqlarının qorunması istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Sözügedən tədbirlər çərçivəsində keçirilən monitorinqlər zamanı bəzi satış müəssisələrində Vyetnam mənşəli panqasius balığının etiket məlumatlarında əksini tapan məlumatların həqiqəti əks etdirmədiyi müəyyən edilib. Bununla bağlı olaraq Agentlik əməkdaşları tərəfindən həmin məhsulun idxalçısı “Karona LTD” MMC-yə məxsus saxlanma anbarında yoxalama keçirilib. Yoxlama zamanı istehsal tarixi 08.05.2019-cu il, son istifadə tarixi 07.05.2021-ci il olan Vyetnam mənşəli panqasius balığının etiket məlumatlarında məhsulun çəkisi 1 kq, donu açıldıqdan sonra qalan çəkisi 800 q göstərilsə də, donu açılmış məhsulun faktiki çəkisinin 495-510 qram olduğu müəyyən edilib və məhsulun satışı dərhal dayandırılıb.

Aşkarlanan faktla əlaqədar “Karona LTD” MMC qanunvericiliyin tələbləri çərçivəsində inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində bundan sonra da ən sərt tədbirlər həyata keçirəcəkdir.

Xəbər 3158 dəfə oxunub.



12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +