Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb
“Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır“


07.02.2020  15:53 

MSK Fərəc Quliyevin namizədliyini ləğv edəcək?





A+  A-

Xəbər verildiyi kimi, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov və daha iki namizədin şikayəti əsasında Mərkəzi Seçki Komissiyası (MSK) həmin dairədən deputatlığa namizəd Fərəc Quliyevə xəbərdarlıq edib.
Mehman Hüseynov Fərəc Quliyevin ona rüşvət qarışılığnda namizədliyini geri götürməsi barədə təklif irəli sürdüyünü qeyd edərək Respublika Prokurorluğuna da şikayət edib.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə namizədliyi qeydə alınmış Mehman Hüseynovun ittihamlarına cavabında bildirib ki, onunla eyni dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyev tərəfindən seçki qanunvericiliyinin tələblərinin ehtimal olunan pozulması barədə Baş Prokurorluğa daxil olmuş müraciəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112 və 112-1-ci maddələrinin tələblərinə əsasən baxılması və müvafiq qərarın qəbul edilməsi üçün aidiyyəti üzrə Mərkəzi Seçki Komissiyasına göndərilib.

Eldar Sultanovun bu açıqlamasından sonra MSK-nın Fərəc Quliyevin namizədliyini ləğv edəcəyi barədə fikirlər səsləndirilir.

XəzərNews.az-ın xəbərinə görə, seçki məsələləri üzrə ekspert, MSK-nın keçmiş üzvü Akif Qurbanov məsələ ilə bağlı Modern.az-a bildirib ki, MSK Seçki Məcəlləsinin 112 və 113-cü maddəsinə istinad edərək qərarında göstərir ki, Fərəc Quliyevə xəbərdarlıq edilsin.

“Bir də Seçki Məcəlləsində 2-ci maddənin tələbləri də var ki, seçki komissiyasında iştirak edən tərəflər nələrə əməl etməlidirlər. Yəni komissiya ona aid olan hissəyə özü baxır, digər hissə prokurorluğa göndərilir. Ona aid olan digər hissəni prokurorluğa göndəribsə, prokurorluq təzədən ona niyə göndərməlidir? Bütün seçki şikayətləri Seçki Məcəlləsinin 112-ci maddəsi üzrə araşdırılır. Ona görə də Baş Prokurorluğun şikayəti yenidən MSK-ya göndərilməsi anlaşılan deyil. Yəni MSK onsuz da öz qərarını verib. İndi məsələ ondadır ki, deyəsən, MSK-nın həmin iclasında bildirilib ki, prokurorluğa göndərilməlidir. Amma biz MSK-nın qərarına baxanda prokurorluğa aid heç bir hissə görmürük. MSK həmin qərarında göstərməli idi ki, bu hissədə baxdıq və qərar verdik. Digər hissədə isə biz aidiyyatı üzrə Respublika Prokurorluğuna göndərdik. Maraqlısı budur ki, prokurorluğun açıqlaması nədir? Bu aydınlaşdırılmalıdır ki, prokurorluq Mehmanın müraciəti əsasında göndərib, yoxsa MSK-nın onlara göndərdiyi hissədə o, geri göndərilib. Bu çox önəmlidir. Əgər Mehmanın birbaşa prokurorluğa göndərilmiş şikayəti üzrə MSK-ya göndərilibsə, o hissədə prokurorluğun arqumentini inandırıcı görmək olar. Yəni ki, bu seçki şikayətidir, mən baxmıram bu şikayətə, aidiyyatı üzrə komissiyaya göndərilsin. Burada seçki qanunvericiliyi pozulub. MSK ona göndərilmiş şikayəti hissəyə bölə bilir. Özünə aid olan hissəyə baxır, aid olmayan hissəni də aidiyyatı üzrə prokurorluğa göndərir. Əgər prokurorluq MSK-nın müəyyənləşdirdiyi kriminal əlamətlərə görə aidiyyatı üzrə prokurorluğa göndərdiyini təzədən MSK-ya göndəribsə, bu absurddur”.

Akif Qurbanov bildirib ki, Mehman Hüseynovun özünün müraciətində də kriminal tərəfdən əsaslandırılırsa, prokurorluq ona baxıb deməlidir ki, biz burada kriminal əlamətlər, cinayət tərkibi görmədik, ona görə də aidiyyatı üzrə göndəririk:

“Yaxud da MSK-nın göndərdiyi şikayətdə cinayət tərkibi ilə bağlı məsələ varsa, onlar qərar verməlidir. Qərar verməlidir ki, MSK-dan bu göndərilmə var və araşdırma apardıq. Qərar verməlidirlər ki, cinayət tərkibinin olduğu qənaətinə gəliblər və cinayət işi qaldırıblar, araşdırmaya başlayıblar. Ya da cinayət tərkibi olmadığı qənaətinə gəliblərsə, işə xitam verdiklərini bildirməlidirlər. Bu cür qərar verilməlidir. Yoxsa o ona göndərir, bu da ona geri qaytarır və şikayətin üzərindən ötür-ötür prinsipi həyata keçirilir. Məqsəd də odur ki, şikayət araşdırılmasın və seçki prosesi bitsin”.

Xatırladaq ki, Mehman Hüseynovun sosial şəbəkədə yaydığı səs yazısında Fərəc Quliyevin ona 15 min manat pul təklif etməsi öz əskini tapıb. Mehman Hüseynov isə MSK və Respublika Prokurorluğuna şikayət edərək Fərəc Quliyevin əməlində cinayət tərkibi olduğundan məsələyə hüquqi qiymət verilməsini istəyib.

Xəbər 1175 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib

28.03.2024  00:05 

Namiq Abbasov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +