İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


17.02.2020  15:12 

Susduqca məhvə məhkumsan





A+  A-

Zəhlətökən yersiz səbir və ifrat şükür fəlsəfəsi insan toplumunun Susqunluq adlı xərçəngidir. Bu mərəz biganəlik və mutilikdən qaynaqlanır, zaman ötdükcə şaxələnir və insanı mənəvi köləyə - bioloji varlığa çevirir. Əgər, bir cəmiyyətdə sənin haqq və hüquqların tapdanırsa, sənin maddi və mənəvi sərvətlərin talanırsa, bütün bunların qarşılığında sən susursansa, demək, məhvə məhkumsan. Amma... Amma sən bu bədxassəli mərəzdən qurtula, bu “məhkumluğu” öz üzərindən ata bilərsən. Bunun loğmanı da özünsən, dərmanı da öz əlindədir. Bu, insan kimi yaşamaq vədi verən resepti yadında saxla: İNAM, İRADƏ VƏ QƏTİYYƏT. Kimyəvi dərmanlar kimi nə acıdır, nə də uzunmüddətlidir. Bu, bir həyat cövhəri və ruhun məlhəmidir, bir dəfə qəbul etdinsə, yetər. O zaman sən hər şeyi bütün çılpaqlığı ilə görəcək və heç zaman haqsızlığa, ədalətsizliyə susmayacaqsan. İndi isə, illər öncəki susqunluğunun bədəlini həzm etməyə məhkumsan. İnanmırsansa, aç “qəm pəncərəsini” və yaxın keçmişini məzlumlar kimi seyr et.
Yaxın illərə kimi qəsəbəmizdə nələr yox idi ki – normal yaşayış üçün zəruri olan hər şey var idi: müasir tipli uşaq baxçası, uşaq xəstəxanası, mərkəzi xəstəxana, kino-klub, iki çay fabriki, un dəyirmanı, çörək zavodu, daha nələr və nələr. İndi bunların heç biri yoxdur, dəyər-dəyməzinə satıldı, mənimsənildi, talan edildi və beləcə qəsəbəmizin tarixindən silindi. Bütün bunlar sənin gözlərin qarşısında baş verdi. Sən bu dövləti cinayətləri gördün və susdun.

Çay fabriklərini xammalla təchiz edən hektarlarla çay plantasiyalarını “yararsız bitki” adıyla büsbütün məhv etdilər. Sovxozun inzibatı binası (ərazisi ilə birgə), tara bazası, anbarlar, quşçuluq fabriki, mal-qara fermaları da özəlləşdirilmə adıyla “çıxdaş” edildi.

Bu gün qəsəbənin 565 ha pay torpağının anasına elə od vurulub ki, biriləri onlara sənəd üzərində verilmiş sahələrin harada yerləşdiyindən də xəbərsizdirlər. Bir çoxlarının pay torpaqları zəbt olunub. Təkcə, “Çaylıq” deyilən ərazidə hektarlarla pay torpağı birbaşa “işğala” məruz qalmış, yerində evlər inşa edilmiş, ətrafındakı meşə zolaqları - artıq hər biri ayrı-ayrılıqda 0,5 km uzunluğunda olan 1-ci və 2-ci “müdafiə xətti” demək olar, yoxdur, orada 5-10 ağac qalıb. Buradakı Eldar və Küknar şamlarının, Palıd ağaclarının əksəriyyəti, Qırmızı kitaba adı düşən və milli sərvət kimi qorunmalı olan (el arasında adına Nil deyilən) Azad ağaclarının isə hamısı məhv edilmiş, vaxtı ilə salınmış və ərazidə ekoloji tarazılıq yaradan bir neçə su hövzəsi (1-ci və 2-ci dərələr) dağıdılmışdır. Bütün bunlar sənin gözlərin qarşısında baş verirdi, sən isə susurdun.

Bu günə qədər “Çaylıq” və digər ərazilərdə zəbt olunmuş torpaqlar iki il öncə ƏMDK-nın göndərdiyi “türk eckadriliyası” tərəfindən qanuni dona bürünərək daşdan ağır “sənədlə” qanuniləşdirildi. Məhz, bu “sənədə” əsasən də bir çoxları meşə zolaqlarını (xüsusən də Eldar şamlarını) öz həyətyanı sahələrinə daxil edə bildilər. O zaman çoxları inanmışdı ki, bəs, “türklər” gəlib torpaq bölgüsünü yenidən və həm də düzgün aparacaq, zəbt olunmuş pay torpaqları aşkarlanaraq ortaya çıxarılacaq, oradakı qanunsuz tikililər söküləcək və s. “Türklər” gəlməyinə gəldilər - həm “ölçdülər”, həm də “biçdilər”, sonra da “cərə və cəhənnəmə” deyibən də getdilər.
Real mənzərə göz önündədir. Hazırda, “Caylıq” ərazisindəki pay torpaqlarında qanunsuz olaraq (hər birinin bir neçə sot ərazisi olmaqla) 50-yə yaxın ev tikilib, yeni tikililər aparılmaqdadır. Amma sən yenə də susursan.

Torpaq bölgüsünü aparanlar “MTS” deyilən böyük bir ərazini əvvəlcə pay torpaqları kimi bir neçə nəfər arasında böldülər, sonra sənədi daha yuxarılarda “sildirib”, həmin kəslərə ayrı yerdə təkrar “pay” torpağı verdilər. Sən bunlarda olan fərasətə bax ki, üzərindən sərin su da içə bildilər. Əgər, sən zamanında susmasaydın, bu gün də vəzifə başında olan həmin kəslər o suda boğulacaqdılar. Onları bu qədər harınladan, azğınlaşdıran və yaşadan sən özünsən. Çünkü zalımın zülmü qarşısında susmusan, ey Hüseyn aşiqi! Belə aşiqlik olmur.

Geniş ərazini əhatə edən və böyük su tutumuna malik 6-cı dərənin (su hövzəsinin) halı isə lap hind filimlərindəki kimidir. Sovet dönəmində bu su hövzəsinin çox hissəsi qəsəbəyə məxsus olub və yerli sovxoz təsərrüfatı üçün istifadə olunub. Yaxın zamanlara kimi də belə idi. Bunu 1936-cı ilin xəritəsi də təsdiqləyir. İndi isə məlum olur ki, kimlərinsə “xeyir-duası” ilə qonşu Tüklə bələdiyyəsinə “peşkəş” edilib (araşdırılsa, daha müdhiş faktlar ortaya çıxar, çünki belə “hallar” çox olub).

Zəruri qeyd: 2006-cı ilin xoş olmayan bir günündə rayon Torpaq şöbəsinin arxivi yanır və tüstüsü sirli və müəmmalı şəkildə göyə sovrulur. Yanma ilə bağlı o zamanlar çox söz-söhbətlər dolaşdı, sonra da “dolaşığa” düşüb büsbütün unuduldu. O tüstünün içində “boğulan” 1936-cı ilin torpaq xəritəsi isə səmada kabus kimi dolaşmaqdadır. Çünki o xəritədə çox həqiqətlər gizlənirdi... Müvafiq dövlət qurumları istəsə həmin xəritənin arxivdəki surətini ortaya çıxara bilər.
Bunlar təbii ki, birbaşa cinayət əməlidir. Aşağıdan-yuxarıya – bu işdə əli olan bütün dövlət qurumları bu cinayətin iş ortaqlarıdır. Hanı bu qəsəbənin bələdiyyəsi, icra nümayəndəsi, yaxud rayon rəhbərliyi, müvafiq dövlət qurumları hara baxır, polis və digər hüquq-mühafizə orqanları buna hansı səbəbdən göz yumur. Dövlətə məxsus pay torpaqları insanların istifadəsinə ona görə verilməyib ki, onu hərraca çıxarıb istədiyini edəsən. Bu rəzaləti gördükcə insan içindən hayqırmaq istəyir ki, bəsdirin və durdurun bu vandalizmi, yetər! Bütün bunlar sənin gözlərin qarşısında baş verir, əziz dost. Sən susmasan, bunlar bu qədər dövlət əmlakına – həm də birbaşa sənin haqqına susamaz. Amma susursan.

İndi necədir, halın? Sən susmasaydın, bu qədər haqsızlıqla üzləşməzdin. Sən yas məclislərində mollaların mənasız fitrə-zəkat söhbətlərinə qulaq asa-asa mürgü döyməsəydin, ən dəyərli zamanını zəvvarların açdıqları ehsan süfrəsindəki növ-növ təamlara sərf etməsəydin, haqq səsini hayqırtı ilə ucaltsaydın, əlbəttə, buna cəsarət etməzdilər. Onlara bu cəsarəti verən də sənin susqunluğun oldu. Amma bunu bilə-bilə yenə də susursan. Sən özündə təpər tapmasan, o mərəzdən xilas olmaq istəməsən, mən İsrafilin Surunu səhər-axşam qulağına piləsəm də ayılmayacaqsan. Beləcə, itirə-itirə gedəcəksən. Ona görə də böyük tarixi keçmişi olan bu yaşayış məntəqəsi – Masallı rayonunun Boradigah qəsəbəsi sahibsiz və başsız görünür.

Söz gəlişi: Birilərindən soruşdum, bəs, bu yerlərə nəzarət edən yoxmudur ki, bu qədər özbaşınalıq baş alıb gedir. Yəni, yuxarılardan – müvafiq dövlət qurumlarından gəlib-gedən, maraqlanan olurmu heç. “Əlbəttə, olur – dedilər: hər gələndə də “hörmətlə” yola salınıb gedirlər”. Düzü, əlimdə ciddi dəlil-sübut olmadığına görə, bu “hörmət” məsələsini birbaşa təsdiqləyə bilmərəm, amma atalar demiş, görünən kəndə nə bələdçilik.
Hər halda rayona yeni icra başçısı təyin olunub: Şahin Məmmədov. Deyirlər ki, quruculuğa meyilli insandır. Yalandırsa, gerçək olsun. Onun öz sələflərindən fərqlənəcəyinə inamım olmasa da, amma çox istərdim ki, yanılım.

Az qala unudacaqdım: Bir neçə gün öncə eşitdim ki, qəbirstanlığa bitişik ərazidəki pay torpağında kimsə ev tikmək məqsədilə oraya mişar daşı gətirdərək sahəni hasarlamaq istəyir. Bu azmış kimi, hələ sovetlərdən qalma yolu da zəbt edib, deyir ki, buralar da ona məxsusdur. Maraqlandım ki, əcəba, bu cənab kimdir belə, bu qədər əluzunluq edib, yolu da bağlamaq istəyir. Sən demə... filankəsmiş. Adamda bu fərasətə “əhsən” deməyəsən, nə deyəsən. Nə qədər ki, dərə xəlvətdir, sürdürün “bəyliyinizi” və ortalıqda nə varsa dağıdın, qoy gələcək nəsillərə bir xarabazar belə qalmasın.
Əslində, yazını qələmə almağıma səbəb də bu yolu bağlamaq məsələsi oldu.

Vasif Hüseynov




Xəbər 19321 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +