Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


06.02.2020  09:27 

“Hamımız ölkənin inkişafına çalışmalıyıq” - Ayaz Abdullayev





A+  A-

Abdullayev Ayaz Rəsul oğlu 1971-ci ildə Tərtər rayonunda anadan olub. 1988-ci ildə rayon 2 nömrəli orta məktəbini bitirib. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-iqtisad fakültəsinə daxil olub. Qiyabi təhsil aldığı üçün doğulduğu rayonda əmək fəaliyyətinə başlayıb. Rayondakı Pambıq Zavodu onun ilk iş yeri olub. 1990-1992-ci illərdə Vətən qarşısında borcunu unutmayıb - hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra müxtəlif dövlət qurumlarında əmək fəaliyyətini davam etdirib. Müxtəlif illərdə “Azərittifaq”da, Vergilər Nazirliyində, Dövlət Gömrük Komitəsində çalışıb. Gömrük xidməti mayorudur. Ailəlidir, 4 övladı var. 9 fevral, 2020-ci ildə Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində 95 saylı Tərtər Seçki Dairəsindən Milli Məclisə namizədliyini irəli sürüb.
XəzərNews.az Ayaz Abdullayevlə müsahibəni təqdim edir:

Ayaz müəllim, neсə oldu ki, Milli Məclisə seçkilərdə iştirak etmək qərarına gəldiniz?

- Mənim atam doğulduğum rayonda pambıq məntəqəsinin müdiri, anamın əmisi Nəriman Allahverdiyev isə Pambıq Zavodunun direktoru olub. Atam Yeni Azərbaycan Partiyasının üzvü olub. Dayım İsa Allahverdiyev 11 il Tərtər rayonuna rəhbərlik edib. Demək olar ki, qohum-əqrəbamın çoxu YAP-ın üzvü olub və həmişə dövlətçiliyimizi, Ulu öndərin siyasətini dəstəkləyib. Mənim həyat təcrübəm də bu insanların əhatəsində formalaşıb. O dövrdə orta məktəbdə oxuyan şagirdlər də pambıq yığımına qatılırdı. Mən isə həmişə zavodda, məntəqədə çalışırdım. Bir növ bu işin içərisində böyümüşəm. Bu, mənim təcrübəmin artmasına və əməyə məhəbbətimin yaranmasına kömək edib. Erkən yaşda təcrübə sahələrinə olan marağım formalaşmağımda rol oynayıb. Bu gün də Milli Məclisə seçkilərdə namizədliyimi irəli sürməyimin əsas məqsədi iqtisadi baxımdan rayonumuza kömək etməkdir. Bu, formatda da öz xidmətimi göstərmək istəyirəm. Hesab edirəm ki, bu istiqamətdə doğulub böyüdüyüm rayonun həyatına böyük qatqımız ola bilər.



İmza toplama mərhələsində şəxsən özünüz iştirak etdinizmi?

- İmzatoplama prosesi mənim üçün həm böyük imtahan, həm də dərs oldu. Bu proses demək olar ki, məndə böyük bir dönüş yaratdı. Mən 500 imzanı 380 evdən toplamaq şərti ilə 7 gün özüm gəzmişəm. Evbəev, kəndbəkənd gəzərək insanlarla söhbət etmişəm. Onları dinləyərək yaşayışları və problemləri ilə yaxından tanış olmuşam. Əsas odur ki, adamlar məni çox mehriban qarşıladılar. Əvvəl elə düşünürdüm ki, uzun illərdir Bakıda yaşadığım üçün müəyyən adamların yadından çıxa bilərəm. Amma heç kimin yadından çıxmadığımı görüncə çox sevindim. Özümün topladığım 380 imza içərisində ən az imzanı Tərtər rayonunun özündən topladım. Əsas üstünlüyü kəndlərə verdim. Hər kənddə 20-30 imza toplamağa nail oldum. Hətta, bir gün “Görək bu gün nə qədər imza yığa bilirik” - deyə düşündük. Ən çox imza topladığımız gün bu rəqəm 110 oldu. Saata 12 imza düşdü. Hər evdə qonaq olur, adamlarla söhbət edirdik. Məqsədimiz də insanların həyatı ilə, problemləri ilə tanış olmaq idi. Çox maraqlı məqamlarla qarşılaşdıq. Ən maraqlı fakt odur ki, 500 imzanın hamısını öz xəttimlə yazmışam. Mən hətta, ordan MSK-nın hüquq şöbəsinə zəng vurub: “İstəyirəm seçicilərimin hamısının foto və videosunu çəkəm” deyə icazə istədim. Razılıq aldıqdan sonra bunların hamısını həyata keçirdim.



İmza toplayan zaman hansı maraqlı məqamlar Sizin üçün yaddaqalan oldu?

- Əslində hər bir tərtərli mənim üçün doğmadır. Ancaq rayonumuzda yaşayan milli azlıqların nümayəndələri - ruslar, tatarlar, malakanlar və başqaları birmənalı olaraq mənim namizədliyim üçün imza verdilər. Hətta qeyd etdilər ki, “biz indiyə qədər heç kimə imza verməmişik, ancaq sənə veririk”. Əlbəttə bu mənim üçün böyük məsuliyyətdir. Azərbaycan multikultural ölkədir. Cənab Prezident hər zaman ölkədə yaşayan başqa millətlərə tolerant yanaşmağı tövsiyə edir. Biz də vətəndaş olaraq Cənab Prezidentin apardığı bu siyasəti dəstəkləməliyik.
Qarşılaşdığım maraqlı insanlardan biri də 1932-ci il təvəllüdlü Heydər Əliyev adlı bir kişi ilə görüşüm oldu. Sonradan o, Ermənistandan Tərtərin Hacıqərvənd kəndinə gəlib. Ulu öndər Heydər Əliyev həyat yoldaşı Zərifə Əliyeva ilə Tərtərə qonaq gələndə bu kişi ilə də görüşüb, şəkil çəkdiriblər. O kişi rayonda böyük hörmət sahibidir. O da böyük məmnuniyyətlə mənə imza verdi.

Rayon sakinləri ilə söhbət əsnasında onlar hansı problemlərini dilə gətirdilər?



- Rayonda əsas problem su ilə bağlıdır. Rayon ərazisi düşmənlə təmas xəttində yerləşdiyindən suyun verilməsi problemdir. Xüsusən yay aylarında insanlar çətinliklə üzləşirlər. Su problemi bütün kəndlərdə var. Son illərdə pambıq əkininə cəhd edildiyindən onlar daha çox bu problemlə üzləşirlər. Digər bir problem isə mal-qaranın otarılması üçün örüş yerləri ilə bağlıdır.

Seçki qərargahınız necə işləyir?

- Seçki qərargahım gərgin işləyir. Artıq təbliğat-təşviqatın son günlərini yaşayırıq. Bir qrup könüllü gənc var ki, təmənnasız işlədilər. Həmçinin mənimlə orta məktəbdə oxuyan və sonradan işləyənlərdən ibarət bir qrup təşkil etmişik. Təxminən 80 nəfər mənim seçki kampaniyamda köməyini əsirgəmir. Onların 40 nəfəri könüllülər, qalanı isə mənimlə vaxtilə işləyən və faktiki olaraq rayonun hörmətli sakinləridir.
Qeyd edim ki, insanlar arasında seçkinin demokratik keçirilməsinə qarşı bir inam var. Amma biz bu şübhələri dağıtmağa və insanların həqiqətən də seçkidə iştirakına çalışırıq. Bu məsələdə dövlətin, xüsusən də Cənab Prezidentin iradəsi ortadadır. Bildiyiniz kimi, ölkəmizdə iki ildir başlanan kadr islahatı yeni yanaşmalar tələb edir. Parlamentin buraxılmasının səbəblərindən biri də elə məhz aparılan islahatlara adekvat olmamasıdır. Vaxtilə bizim rayondan müxtəlif adamlar deputat seçilib. Mən indi kimin necə fəaliyyət göstərdiyini müzakirə etmək istəmirəm, bu etik deyil. Biz bu gün rayonda seçki ilə bağlı təbliğat-təşviqat işlərini düzgün qurmasaq, insanların seçkidə fəallığı olmayacaq. Hesab edirəm ki, bu il seçki rəngarəng olacaq. Namizədlərin bir çoxu yerli adamlardır və hər bir namizədin də 500 və ya 1000 seçicisi səs verəcək, onda bu fakt normal seçki keçiriləcəyinə əsas verir.



Seçkiyə gedərkən özünüz üçün seçdiyiniz şüar nədir?

- Şüarım həmişə iqtisadi göstəricilərimizi yüksəltmək olub. Bizim rayonun torpağı hədindən artıq məhsuldardır, bərəkətlidir. Amma bu gün kəndlini qınamaq olmur, suyun olmamağı problemlər yaradır. Bu istiqamətdə insanlara kömək etmək lazımdır. Konkret şüara gəlincə, insanların etibarını qazanmağa, etimadlarını doğrultmağa hazırıq.

Yaxınlarda ölkə başçısı müşavirələrinin birində “Bəzi millət vəkilləri seçiləndən sonra seçiciləri ilə görüşmür və seçildikləri dairələrə qətiyyən baş çəkmirlər” - deyə haqlı olaraq irad bildirdi. Seçiləcəyiniz təqdirdə öz platformanızı necə müəyyənləşdirəcəksiniz?

- Mən Cənab Prezidentin həmin çıxışına diqqətlə qulaq asdım və çox bəyəndim. O fikirləri hətta, öz facebook səhifəmdə də paylaşdım. Bakıdan seçilən deputat hər gün seçildiyi rayona gedə bilməz, bu reallıqdır. Ancaq mən tərtərliyəm və istəyirəm ki, öz rayonumdan seçilim və insanların arasında olum. Səmimi deyirəm, əgər deputat seçilsəm, bütün günü parlamentdə oturmaq fikrim yoxdur. Vaxtımın çoxunu rayonda, insanların yanında keçirmək, onların həyatı, problemləri ilə tanış olmaq, kömək etmək istəyirəm. Mən 3-4 və ya 5-ci çağırış seçilmək istəyən namizədlərə nəzər yetirirəm. Elə deputat var ki, hansısa bir rayondan seçilib yalnız tədbirlər çərçivəsində həmin rayona səfər edir. Ancaq qalan vaxtlarda heç rayonun yolunu tanımır. Mən onsuz da vaxtımın çoxunu rayonda keçirirəm. Mənə xoş olar ki, millətin vəkili kimi elə insanların içində olum. Mən rayonun içərisindən çıxdığım üçün orada problemlərin nədən ibarət olduğunu daha yaxşı bilirəm. Birmənalı şəkildə hamımız ölkənin inkişafı üçün çalışmalıyıq. Hər kəs ölkəyə öz töhfəsini versə dövlətimiz daha da inkişaf edər.



Xəbər 5071 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +