Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


31.01.2020  09:12 

“ÜST-ün açıqlaması siyasi xarakterlidir” - Şahin Cəfərli





A+  A-

Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun sürətlə yayılması səbəbindən qlobal fövqəladə vəziyyət elan edib.
XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı şərh bildirən politoloq Şahin Cəfərli qeyd edib ki, ÜST-ün açıqlaması siyasi xarakterlidir:

"Təşkilat koronavirusla bağlı guya qlobal miqyaslı fövqəladə vəziyyət elan edib, amma açıqlama daha çox Çinə mədhiyyədən ibarətdir.

Bildirirlər ki, Çin heyrətamiz işlər görür, çox əla işləyir, təhlükə yalnız səhiyyəsi zəif ölkələr üçün ola bilər. Fövqəladə vəziyyət də məhz həmin ölkələr üçün var olan potensial təhlükəyə görə elan edilir, bu qərarın Çindəki vəziyyətlə əlaqəsi yoxdur. Bəyan edirlər ki, səyahətlərə, ticarət əlaqələrinə qadağa qoymağa da heç bir ehtiyac yoxdur...

Bu adamlara Vuhana uçuş bileti alıb versələr və "buyurun, özünüz koronavirusun paytaxtına gedin və heç bir təhlükə olmadığını canlı yayında bütün dünyaya nümayiş etdirin" desələr, əminəm ki, heç biri getməz.

Siyasi sifarişdən irəli gələn bu cür qeyri-humanist və yalan açıqlama verməkdə məqsəd Çin iqtisadiyyatını qorumaq, virusun ümumilikdə qlobal iqtisadiyyata mənfi təsirlərini azaltmaqdır. İnsan ölümləri nə Dünya Səhiyyə Təşkilatının, nə Çinin, nə də BMT-nin vecinədir".

Xəbər 3674 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +