Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


24.01.2020  09:15 

Niyə məhz o?





A+  A-

Bu il fevralın 9-u Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Seçim edərkən yanılmaq da olar, düzgün seçim etmək də. Lakin qərarımızın səhv və ya doğru olduğunu bir müddət sonra anlayırıq. Bəzən etimad göstərib inandığımız və inanıb etimad göstərdiyimiz üçün səs verib seçdiklərimiz ümidlərimizi doğrultmur. Belə olan halda həmin şəxsə növbəti dəfə dəstək olarıqmı? Əlbəttə, yox. Bəs əgər seçdiyimiz insan öz fəaliyyəti ilə seçicilərinin doğru qərar qəbul etdiyini sübuta yetirərsə, o zaman nə edərik? Təbii ki, bu ritorik sual oldu. Çünki belə bir vəziyyətdə nə edəcəyimizi bizə 30 ilə yaxındı Binəqədi və Biləcəri qəsəbəsinin sakinləri əyani şəkildə göstərir. Adını çəkdiyim qəsəbələrin sakinləri parlament seçkilərinə bir nəfərin – Musayev Madər Əliəsgər oğlunun adını tutub gəlirlər.

Hələ 1990-cı ildə 12-ci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçkiləri keçirilərkən kimə etimad göstərəcəyində tərəddüd edən insanlar belə cəmi 5 il sonra tam qətiyyətlə Hacı Madərin millət vəkili olmasını istəyirdilər. Nə dəyişdi bu 5 ildə? Əslində elə də çox dəyişiklik olmadı. Sadəcə Hacı Madər Musayev seçicilərə verdiyi sözə əməl etdi, onların doğru seçim etdiklərini öz əməli fəaliyyəti ilə sübut yetirdi. “Xalqın gözü tərəzidi” - deyirlər. Bu tərəzi nəyisə artırıb azaltmır. Hər bir əməli olduğu kimi ölçür. Məhz buna görə də seçicilər növbəti seçkilərdə də Hacıya etimad göstərəcəklər. Bu inam və etimad uzun illərdir davam etməkdədir. Hacı Madər Musayev öz seçicilərinə arxalandığı üçün qarşıdan gələn növbəti parlament seçkilərində də öz namizədliyini irəli sürüb və 15 minə yaxın seçicisi olan Binəqədi qəsəbəsində Hacının növbəti dəfə millət vəkili seçiləcəyinə heç kim şübhə etmir.

Bu inam haradan doğur?

Binəqədi Bakının ən qədim kəndlərindən biridir və burada yaşayan insanlar biri-birini yaxşı tanıyır. Hacı Madər Musayevin nəinki özü, onun babası da, atası da binəqədililərə yaxşı tanışdır. Yaşlı nəslin nümayəndələri hələ də Atakişini, onun oğlu Əliəsgəri hörmət və rəhmətlə anırlar. Hacı Madər məhz bu kişilərin tərbiyəsi altında böyüyüb, Binəqədi mühitində yetişmiş şəxsdir. Onun nəinki Binəqədi və Biləcəri qəsəbəsində, ümumiyyətlə respublikada gördüyü işlər öz nəsil şəcərəsinə layiq olduğunu sübut edir.

Bəs gənclər necə?

Hacını yaşlı və orta nəsil çox yaxşı tanıyır. Bəs gənclər necə? Onlar da Hacını tanıyırmı? Axı 9 fevralda keçiriləcək seçkilərdə gənc seçicilər çoxluq təşkil edəcək və onların səsləri həlledici olacaq. Bəziləri gənc nəslin Hacı Madəri elə də yaxından tanımadığını düşünür. Bəlkə də belə düşünməklə özlərinə təsəlli vermək istəyirlər. Lakin onlar burada da səhvə yol verirlər. Binəqədi və Biləcəridə elə bir ailə yoxdur ki, orada Madər Musayevin adı hallanmasın. Əgər bir insan hələ uşaq yaşlarından “bu problemi Hacı həll edər”, “Çətinlik olsa Hacıya deyərik”, “Hacının xəbəri olsa bu işi yoluna qoyar”, “Hacı bizə kömək edər” və s. kimi cümlələri eşidirsə, hələ zərərli informasiyalarla yüklənməmiş beyninin ən təmiz hissəsində Hacı Madərin adı insanlara kömək edən şəxs kimi yazılırsa, deməli, o uşaq da artıq Hacını tanıyır. İllər keçir və artıq böyüyüb tamhüquqlu vətəndaş kimi seçkilərə qatılan “uşaq” seçim qarşısında qalarkən ən çətin vəziyyətdə xilaskar kimi adını eşitdiyi şəxsə inanır. Bu bir daha sübut edir ki, Binəqədi və Biləcəri qəsəbələrinin sakinləri yaşından, vəzifəsindən, sosial statusdan asılı olmayaraq bir ağsaqqal kimi Hacı Madər Musayevə inanır və etimad göstərirlər.

Etimadınızı doğruldanı seçin

Hacını tanımaq üçün gördüyü işlərə, yardım etdiyi insanlara baxmaq kifayətdir. Onu bir çoxlarından fərqləndirən də məhz bu xüsusiyyətləridir. Elə bu səbəbdən də Hacı növbəti parlament seçkilərinə “Etimadınızı doğruldanı seçin” devizi ilə gedir. Bəlkə də o, yeganə namizəddir ki, gələcəkdə görəcəyi işlərlə yox, gördüyü və nəticəsi göz qabağında olan işləri, əməlləri ilə qalib gəlmək istəyir. Ötən illər ərzində həyata keçirdiyi bütün layihələr onun necə millət vəkili olduğunun əyani sübutudur. Hacı “gələcəkdə bu işləri görəcəyəm” deməklə səs yığmaq, yenidən deputat seçilmək istəmir. O öz fəaliyyətini seçicilərin öz dilindən eşitdiyi problemlərin həlli istiqamətində qurur. Bu problemlər bu gün də ola bilər, sabah da.

Hacı Madər respublikada deputat kimi digərlərinə də nümunə ola biləcək millət vəkilidir. Milli Məclisdə onun kimi millət vəkillərinin çox olması xalqımızın, dövlətimizin xeyrinədir. Biz bu dəfə parlamentdə məhz bu cür deputatların üstünlük təşkil edəcəyinə, Hacı Madər kimi öz xalqının, seçicilərinin mənafeyinə xidmət edən insanların təmsil olacağına inanırıq.


Orxan İsayev
AJB-nin üzvü


Xəbər 1411 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +