Həcc ziyarətinə sənəd qəbulu niyə dayandırılıb?
Dilənçi payı üçün papaq atırlar
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
Bakıda 600 manatlıq səməni-VİDEO
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib
İlham Əliyevdən Novruz təbriki - MƏTN
“Araz Supermarket” cərimələndi
Tenderə nəzarət edən qurum özü qanunsuz tender keçirir?
“Əvvəl də at kimi kişnəyən müğənniciklər var idi”
Ceyhun Bayramov Yens Stoltenberq ilə görüşüb


21.01.2020  10:45 

Azərbaycanlıların Rusiyaya axını gözlənilir - SƏBƏB





A+  A-

Rusiya Prezidenti Vladimir Putin Parlamentə müraciətində ölkədə doğulan uşaqların sayını artırmaq üçün bir sıra planlarını açıqlayıb.
V.Putin “Analıq kapitalı haqqında” dövlət proqramının 2026-cı ilə qədər uzadıldığını bildirib. Bundan sonra Rusiyada təkcə ikinci doğulan körpəyə görə deyil, həm də birinci doğulan uşağa görə ana 445 min rubl dəyərində yardım alacaq. Bu ilin yanvarın 1-dən etibarən Rusiyada ikiuşaqlı ailə üçün analıq kapitalının məbləği 616 min rubl müəyyən edilib.

Rusiya Prezidenti bütün bu addımların ölkədə demoqrafik vəziyyətin müsbətə doğru inkişaf etməsi üçün görülən tədbirlər planı olduğunu açıqlayıb. Keçən il cənab Putin böyük ailələr üçün vergi güzəştləri, yanvarın 15-də isə yeni analara dörd il ərzində orta hesabla 1,5-dən az doğulan uşaqların sayını 1,7-ə çatdırmaq üçün dövlət dəstəyi vəd edib. Qanuna görə, aztəminatlı ailələrdə üçdən yeddi yaşadək uşaqlar üçün rifah müavinətləri ödəniləcək və məktəbin ilk dörd ilində pulsuz məktəb yeməkləri veriləcək.

Maraqlıdır, qonşu ölkədəki cəlbedici təklifər uzun illər Rusiyaya axın edən azərbaycanlılara necə təsir edəcək?

Rusiyadan aldığı uşaqpulu ilə dolanan azərbaycanlılar

XəzərNews.az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubov Modern.az-a bildirib ki, azərbaycanlıların Rusiyaya axını problemi illərdir mövcuddur:

“Mən ailə tanıyıram ki, həm Azərbaycanın, həm də Rusiyanın vətəndaşıdır. 4-5 uşağı var. Həmin uşaqlara aldığı müavinətin hesabına yaşayırlar, hələ rayondakılara da kömək edirlər. Bizdə müvafiq tədbirlər görülməsə, Rusiyadakı yeniliklərin ciddi təsirlərini hiss edəcəyik. Azərbaycandan xeyli adam Rusiayada bu və digər sahədə işləyir, ailəsini dolandırır. Prezidentin bu qərarından sonra Rusiyaya getməyə meyllənənlərin sayı artacaq. Çünki orada şərait yaxşılaşmağa doğru gedir. Rusiya vətəndaşı olduğu üçün pensiya alan vətəndaşalrımız var. Bizdəki pensiya məbləğlərilə müqayisədə Rusiyada verilən pensiya yüksəkdir.Amma Rusiyada demoqrafik vəziyyət çox pisdir. Putin hakimiyyətə gələndə Rusiyada təbii artım hər 1000 nəfərə mənfi 7 idi. Onun tətbiq etdiyi sosial paket hesabına təbii artımı 0-a çatdırıldı, yəni faktiki olaraq, doğumla ölüm bərabərləşdi. Bunun davamı olaraq yeni sosial paketlər hazılanıb. Əhali yoxdursa, heç nə yoxdur”.

Şöbə müdiri bildirib ki, Rusiyanı daha çox narahat edən rusların övladının olmamasıdır:

“Ruslar millət olaraq sonsuzlaşır, analar doğmur. Onlardakı artım az-çox kənardan gələn müsəlmanların hesabınadır. Yeni qəbul edilən sosial paketlərin cəlbediciliyi təbii olaraq Azərbaycandan Rusiyaya axına təsir göstərəcək. Bizdə yeni doğulan uşağa görə birdəfəlik 200 manat verilir. Bu, çox azdır. Rusiyada uşaqlara 18 yaşınadək müavinət verilir”.

“Rusiya vətəndaşlığı almaq istəyən azərbaycanlıların sayı arta bilər”

İqtisadçı Natiq Cəfəli bildirib ki, Rusiya prezidentinin qəbul etdiyi sosial paket öz vətəndaşları üçün nəzərdə tutulub:

“Bunun miqrantlara aidiyyatı yoxdur. Bu paketlər Rusiya vətəndaşlığı almaq istəyən azərbaycanlıların sayını artıra bilər. Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşamasına baxmayaraq, onun cəmi 700 mininin vətəndaşlıq aldığı məlumdur.

Prezidentin qəbul etdiyi yeni qərarlar orada yaşayan azərbaycanlıların Rusiya vətəndaşı alması üçün bir stimul yarada bilər. Həmçinin, Azərbaycandan köçüb Rusiya vətəndaşlığı almaq istəyənlərin də sayının artımına təkan verər.

Çünki Rusiyada uşaqpulu, minimum əməkhaqqı, minimum təqaüdlə bağlı ciddi artımlara gedilir. Bu sosial layihələrin gerçəkləşməsi Rusiyanın da cəlbediciliyini artırır və ora köç etmək istəyən azərbaycanlıların da sayının artmasına səbəb ola bilər”.

“Azərbaycan üçün risk artır”

Ekspert bildirib ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda demoqrafik göstəricilər kifayət qədər qənaətbəxşdir:

“Rusiyada isə demoqrafik vəziyyət çox gərgindir. Amma Azərbaycandan qonşu ölkəyə axının başlaması bizdə də vəziyyəti mənfi yönə çəkə bilər. Əslində ölkə əhalisinin sayının çox olması iqtisadiyyatda müsbət tendensiyalara səbəb olur, istehlak artır, ticarət dövriyyəsi genişlənir. Putinin açıqladığı sosial paketin cəlbediciliyinin gələcəkdə bizim ölkəmizə mənfi təsir etmək riskləri var.

Son illər Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcmində ciddi azalmalar müşahidə olunur. 5 il əvvəl Rusiyadan Azərbaycana ildə təqribən 3,5-4 milyarda yaxın vəsait daxil olurdusa, keçən il bu rəqəm 1 milyarddan bir az çox oldu. Bu onu deməyə əsas verir ki, Rusiyadan daxil olan vəsait Azərbaycan iqtisadiyyatına dəstək olur. Amma o insanların potensialı Azərbaycanda realizə olunsaydı, onlar üçün şərait, biznes imkanları yaradılsaydı, burdan köçməsəydilər, ölkəyə daha çox xeyir verə bilərdilər. Əlavə dəyər yarada, vergi ödəyicisi ola bilər, ölkə iqtisadiyyatında kifayət qədər mühüm rol oynaya bilərdilər”.

Xəbər 1323 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.03.2024  12:42 

Sabahın hava proqnozu açıqlanıb

19.03.2024  11:28 

Türkiyədə zəlzələ olub

19.03.2024  11:25 

Ərdoğan Putini təbrik etdi

19.03.2024  11:15 

Si Cinpin Makronla görüşəcək.

19.03.2024  10:08 

FHN əhaliyə müraciət edib

19.03.2024  09:15 

Masazırda avtomobil yanıb

19.03.2024  09:10 

Pakistan zəlzələ olub

19.03.2024  08:58 

Saatlıda polis əməliyyat keçirib

19.03.2024  00:00 

Bu gün İlaxır çərşənbədir


BÜTÜN XƏBƏRLƏR +