“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


08.01.2020  10:14 

Təyyarə qəzasında ölənlər arasında azərbaycanlılar var?





A+  A-

180 nəfəri daşıyan Ukrayna təyyarəsi İranda qəzaya uğrayıb.
XəzərNews.az-ın məlumatına görə, Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Modern.az-a deyib ki, səfirliyimiz tərəfindən məsələ nəzarətdə saxlanılır:

“Ölkəmizin Tehrandakı Səfirliyindən verilmiş ilkin məlumata görə İranda baş vermiş təyyarə qəzasında həlak olanlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat daxil olmayıb. Səfirliyimiz tərəfindən məsələ nəzarətdə saxlanılır”.

Qeyd edək ki, Tehrandan Kiyevə gedən təyyarə İranın İmam Xomeyni hava limanı yaxınlığında qəza keçirib. Təyyarədə personal ilə bərabər 180 nəfər olub. Boeing 737 tipli sərnişin təyyarənin havaya qalxdıqdan az sonra texniki nasazlığa görə qəza etdiyi bildirilir.

İran dövlət televiziyası qəzadan bir nəfərin də sağ qurtulmadığını açıqlayıb.

Xəbər 1050 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +