Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI


03.01.2020  09:56 

ABŞ general Süleymanini qətlə yetirdi, vəziyyət pik həddə - Yenilənib





A+  A-

İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani ABŞ-ın Bağdadın hava limanına endirdiyi raket zərbələri nəticəsində öldürülüb.
XəzərNews.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə “Əl-Ərəbiyə”, “Əl-Cəzirə” və “Sky News” telekanalları xəbər verib.

İran general Qasım Süleymaninin ölümünü təsdiqləyib. Bu haqda İranın “IRINN” telekanalı məlumat verib.

Öz növbəsində, Pentaqon da general Suleymaninin öldürülməsi xəbərini təsdiq edib. ABŞ ordusunun mətbuat xidmətinin cümə axşamı yaydığı açıqlamasında qeyd edilib ki, iranlı generalın ölümünə səbəb olan raket zərbəsi prezident Donald Trampın əmri ilə atılıb.

**

Ən son məlumata görə, dünyasını dəyişənlər arasında Həşd-Şəbi mətbuat katibi Cabiri də vardır. General S.Qasiminin şəhadətindən sonra bu dəqiqələrdə ABŞ hərbi qüvvələrinə yüksək hazırlıq siqnalı verilib.

**

“Zərbə İranı gələcək hücum planlarından çəkindirmək məqsədi daşıyır”, - Pentaqon bildirib.

Birləşmiş Ştatların həyata keçirdiyi hava zərbəsi habelə İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandanı müavini Əbu Mehdi əl-Mühəndisi öldürüb. XSQ Bağdad hava limanındakı hücuma görə Amerika Birləşmiş Ştatlarını və İsraili günahlandırıb. İraq yarı hərbi qrupu bildirib ki, hava limanına endirilən üç raket qrupun beş üzvünü və iki “qonağı” öldürüb. Raketlər karqo terminalı yaxınlığında yerə dəyərək iki maşını yandırıb. İkinci vurulan maşının içərisində XSQ cangüdənləri olub. Həmin maşın bir raketlə vurulub.

**

Detallara varmadan müxbirlərlə Pentaqonda danışan Esper deyib ki, Vaşinqton İranından yeni təxribatlar qaynaqlanacağına dair işarələr müşahidə edir. Əgər bu baş verərsə, ABŞ kifayət qədər xəbərdarlıq olduğu təqdirdə önləyici tədbirlər görəcək.

**

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı müxbirlərə deyib ki, o, ABŞ təsislərinə vurulan ziyanlara və yaralananlara görə İranı cavabdeh tutur. "Onlar çox böyük bədəl ödəyəcək. Bu, xəbərdarlıq deyil. Bu, təhdiddir", - Tramp Tvitterdə yazıb. Tramp bildirib ki, o, Birləşmiş Ştatların İranla müharibə edəcəyini düşünmür. "Məncə, İran bunun baş verməsini istəməz. Bu, çox tez baş verə bilər", - Tramp əlavə edib.

İranın ali dini lideri Ayətullah Əli Xamenei çərşənbə axşamı Tvitter hesabında ABŞ-ın İraq və Suriyadakı addımlarını qınayıb və Trampın bəyanatına birbaşa cavab olaraq “sən heç nə edə bilməzsən” deyib.

Xəbər 578 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +