Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


29.12.2019  14:22 

1305 müəllim iş yerini dəyişib





A+  A-

Təhsil Nazirliyi 2019-cu il üzrə illik hesabatını açıqlayıb.
XzəərNews.az bildirir ki, il ərzində görülən işlər barədə məlumat qurumun rəsmi saytında yerləşdirilib.

Məlumatda bunlar qeyd olunub:

Məktəbəhazırlığın əhatəliliyi genişləndirilib

Ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili 2013-cü ildəki 24 faizdən cari ildə 80 faizə çatdırılıb, 100 mindən çox uşaq təhsilə cəlb edilib. Bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur.

Beynəlxalq fənn olimpiadalarında qazanılan uğur

2019-cu ildə Azərbaycan məktəbliləri ümumilikdə 14 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak ediblər. Məktəblilərimiz 21 gümüş, 18 bürünc medal və 6 həvəsləndirici mükafat əldə edib. 2013-2019-cu illərdə 4 qızıl, 50 gümüş, 126 bürünc, 35 həvəsləndirici mükafat olmaqla ümumilikdə 180 medal qazanılıb. Ümumilikdə məktəblilərimiz 5 əsas fənn üzrə keçirilən dünya olimpiadalarının 4-ü üzrə medal qazanıblar.

Ehtiyat dərsliklərin tətbiqinə başlanılıb

2019-2020-ci tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I sinifləri üçün hazırlanan ehtiyat dərsliklər 150 məktəbin pilot siniflərində tətbiq olunub.

Azərbaycan Təhsil Şəbəkəsi 3 900-a yaxın təhsil müəssisəsini əhatə edir

Cari ildə Azərbaycan Təhsil Şəbəkəsinə 1000-dən çox ümumi təhsil müəssisəsi qoşulub. Ölkənin müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən Azərbaycan Təhsil Şəbəkəsi hazırda 3 900-a yaxın təhsil müəssisəsini əhatə edir. Ölkə üzrə şagirdlərin 94 faizi, müəllimlərin isə 90 faizi internetlə təmin olunub.

“Məktəblinin dostu”nun əhatə dairəsi genişləndirilib

“Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 70-ə çatdırılıb. Layihə üzrə hazırda 300 əməkdaş çalışır.

STEAM layihəsinin tətbiqinə başlanılıb

Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsində 6 mindən çox şagirdin cəlb edildiyi STEAM layihəsinin tətbiqinə başlanılıb. Növbəti illərdə 20 mindən artıq şagirdin STEAM layihəsinə cəlb edilməsi, 10 bölgədə isə regional tədris mərkəzlərinin yaradılması nəzərdə tutulur.

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatəsi genişləndirilib

“Rəqəmsal bacarıqlar” layihəsi 6 şəhər və rayonu, 123 məktəb, 700 müəllim və 70 000 şagirdi əhatə edir.

Müəllimlərin aylıq əməkhaqqı artırılıb

Ölkə Prezidentinin sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşı cari il sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılıb və orta aylıq əməkhaqqı 600 manata çatıb. Bu artımlardan sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5 min nəfər təşkil edib.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası yaradılıb

İstedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq məqsədilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası yaradılıb.

Ölkə və beynəlxalq miqyaslı yarışlardan 2847 medal

Təhsil Nazirliyinin tabeliyində 76 Uşaq-Gənclər İdman-Şahmat Məktəbi fəaliyyət göstərir. 2019-cu ildə bu məktəblərin idmançıları ölkə və beynəlxalq miqyaslı yarışlarda 2847 medal (respublika üzrə 1810, beynəlxalq 1037) qazanıblar.

168 layihə barədə müsbət qərar verilib

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi keçirilib. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihə qalib elan olunub.

Yeni Peşə Təhsil Mərkəzi

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub. Koreya təhsil standartları əsasında fəaliyyət göstərən mərkəzə cari tədris ilində 8 istiqamət üzrə 231 tələbə qəbul edilib. Növbəti tədris ilindən qəbul planının artırılması və qısamüddətli kursların tətbiqi nəticəsində tələbə sayının 1000 nəfərə çatdırılması planlaşdırılır.

Ali məktəbə qəbul yeni qaydada aparılıb

2019-cu ildə buraxılış imtahanlarının yeni modelinə keçidlə bağlı Təhsil Nazirliyinin yaxından iştirakı ilə Dövlət İmtahan Mərkəzi tərəfindən yeni qaydalar tətbiq olunub, buraxılış imtahanı yeni məzmun və formada 2 mərhələdə təşkil edilib. İlk dəfə olaraq ali məktəbə qəbul həmin buraxılış və qəbul imtahanlarında toplanan ballar nəzərə alınmaqla aparılıb.

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul qaydaları təsdiq olunub

Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, 2019-2020-ci ildə subbakalavr təhsilini başa vuran 5000-ə yaxın azərbaycanlı tələbə bu imtiyazdan istifadə edərək təhsillərini davam etdirmək imkanı əldə ediblər.

Dövlət Proqramının icrası

"2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrasına başlanılıb. İlkin mərhələdə proqram çərçivəsində 5 beynəlxalq ikili diplom proqramının təsis olunması ilə bağlı hazırlıq işləri görülməkdədir. Xaricdə doktorantura təhsili üçün prioritet ixtisaslar artıq müəyyən edilib, seçim məqsədilə müvafiq elan verilib.

Azərbaycan regionda birinci yerdədir

2019-cu il üzrə “Web of Science” indeksli elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin artım dinamikasına görə Azərbaycan regionda birinci yerdədir.

Bundan əlavə, 117 məktəbdə 162 xüsusi sinif, Gəncə, Şirvan, Şəki və Qubada lisey sinifləri yaradılıb, şagirdlərin yerdəyişməsi elektronlaşdırılıb, məzunlardan 112-si qızıl medal alıb, Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib, 165 minədək uşaq birinci sinfə gedib, 322 adda 7 717 764 nüsxə dərslik və metodik vəsait çap edilib, 20 məktəbdə peşə təmayüllü sinif yaradılıb, 50-si modul tipli olmaqla, 84 məktəbin tikintisi və əsaslı təmiri başa çatdırılıb, 1305 müəllim iş yerini dəyişib, müəllim olmaq istəyənlərin əvvəlki illərə nisbətən 3 dəfədən çox artaraq 54 min nəfəri ötüb, 8 mindən çox müəllim işə qəbul olunub, 318 nəfər direktor vəzifəsinə təyin edilib, elektron portallardan istifadə sayı 5 milyona yaxınlaşıb, peşə təhsili müəssisələrinə 14 mindən çox şəxs qəbul olunub, Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub, təqaüd alan tələbələrin sayı cari tədris ilində 45 faizə çatdırılıb, 110 mindən artıq tələbənin təqaüdü artırılıb , 17 mindən çox tələbənin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir, dövlət sifarişi yerləri 66 faiz artırılıb, 500-dən çox bal toplayanlardan 25 faizi müəllimliyi seçib, 46 yeni ixtisas əlavə olunub, 2646 tələbənin müraciəti müsbət cavablandırılıb, Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 90-a yaxın ölkədən 6600 nəfərdən çox əcnəbi tələbə təhsil alır, 259 nəfər xaricdə təhsil almaq hüququ qazanıb, 701 SABAH tələbəsi məzun olub, 3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib, Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi təşkil olunub, Təhsil Nazirliyi yanında İctimai Şura yaradılıb, icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılaraq 328-ə, uşaqların sayı isə 6 min nəfərə çatdırılıb.

Xəbər 1007 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +