İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


27.12.2019  16:19 

Azərbaycan və Aİ əlaqələrinə praqmatik baxış





A+  A-

Prezident İlham Əliyev: Əlbəttə ki, bizim xarici siyasətimiz çox çevikdir, çox düşünülmüşdür. Hesab edirəm ki, xarici siyasətlə bağlı bütün başqa məsələlər və nəticələr yüksək qiymətə layiqdir.
Cənab Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə praqmatik baxış nümayiş etdirib. O, qurumla imzalanacaq Saziş barədə bu fikirləri bildirib: “Deyə bilərəm ki, sazişin bəndlərinin mütləq əksəriyyəti razılaşdırılıb, məsələlərin təqribən 90 faizi razılaşma əsasında öz həllini tapıb. Hesab edirəm ki, qalan məsələlər xoşniyyətli ab-hava çərçivəsində öz həllini tapmalıdır.”

Prezident İlham Əliyev 2019-cu ilin sosial-iqtisadi inkişafı və xarici siyasətə dair yerli jurnalistlərə verdiyi yekun müsahibədə beynəlxalq vəziyyət, xarici siyasətimizin prioritet istiqamətləri və əldə edilmiş nailiyyətləri təhlil edərək qarşıda duran vəzifələr üzrə dövlət proqramını da müəyyən etmiş oldu. Xüsusilə, qonşu ölkələrlə münasibətlərin əhəmiyyətini vurğulayan ölkə başçısı bu əlaqələrin xarakterinin regional əməkdaşlığın və sivil birgəyaşayış qaydalarının təmin olunması üçün əsas olduğunu qeyd etdi. Cənab prezidentin “Mən çox məmnunam ki, son illər ərzində qonşu ölkələrlə bizim əlaqələrimiz inkişaf edir. Bu əlaqələr qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və bir-birinin işinə qarışmama prinsipləri əsasında qurulubdur” fikrini bildirməsi onu deməyə əsas verir ki, Azərbaycan regionda beynəlxalq hüququn hamılıqla qəbul olunmuş prinsipləri əsasında xarici siyasət konsepsiyasını müəyyən edir və ədalətli siyasət həyata keçirir. Bununla da beynəlxalq sferada sülhsevər dövlət olmasını isbatlayır. O, öz təhlilində qonşu ölkələri əməkdaş və tərəfdaş kimi təsdiqləmiş olub. Cənab Prezident həmçinin çoxşaxəli xarici siyasətimizin əsas istiqamətlərini təsnif edərkən beynəlxalq və regional təşkilatlar çərçivəsində inkişaf edən əlaqələrimizi də çox yüksək qiymətləndirmişdir. Xüsusilə, neft və qeyri-neft sektorunda ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı (Aİ) ilə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əlaqələrə dair dövlət mövqeyi ətraflı təhlil olunmuşdur. O, Avropa İttifaqı ilə Azərbaycan arasındakı mövcud əlaqələrdən məmnunluğunu ifadə edərək Avropa İttifaqı ilə imzalana biləcək yeni sazişə Azərbaycanın milli maraqları kontekstindən yanaşmışdır. Cənab prezidentin “Hesab edirəm ki, gələcək sazişdə həm strateji əhəmiyyət daşıyan məsələlər, həm də Azərbaycanı maraqlandıran, bizim maraqlarımıza xidmət edən məsələlər öz əksini tapmalıdır. Saziş bərabərhüquqlu tərəflər arasında imzalanmalıdır, saziş bütün bərabərhüquqlu əməkdaşlığa zidd olan məqamlardan azad olmalıdır” kimi fikirləri onu deməyə əsas verir ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərə sağlam mövqedən yanaşır və milli maraqları beynəlxalq maraqlarla, beynəlxalq maraqları da milli maraqlarla ədalətli şəkildə uyğunlaşdırmağa çalışır. Cənab prezident öz çıxışında həmçinin Avropa İttifaqı ilə imzalanacaq sazişin problematikasına toxunur. Yenə də Sazişin müddəalarının ölkəmizin maraqlarına uyğun şərtlərlə tərtib olunması mövqeyindən çıxış edir. Xüsusilə, ticarətlə, həmçinin enerji amili ilə bağlı məsələlərin ölkəmizin maraqlarına zidd olmasını göstərir. Azərbaycanın Sazişə münasibətdə “ehtiyatlı strategiya” seçməyini qeyd edir.

Qeyd etmək yerinə düşər ki, Aİ ilə münasibətlər Azərbaycan Respublikasının xarici siyasi kursunda əhəmiyyətli istiqamətlərdən biri olduğu üçün əlaqələrin inkişaf perspektivi hər zaman diqqət mərkəzində saxlanılmışdır. Belə ki, tərəflər arasında münasibətlərin hüquqi əsası 1996-cı ildə imzalanmış və 1999-cu ildə təsdiq edilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulmuş və 2004-cü ildə qəbul edilmiş “Avropa qonşuluq siyasəti”nin tərkib hissəsi olan “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində davam etdirilmişdir. “Avropa qonşuluq siyasəti” çərçivəsində Aİ ilə ona qonşu olan hər bir ölkə arasındakı münasibətlərin ikitərəfli əsasda həyata keçirilməsidir. Ancaq bu siyasətin davamı olaraq regional və çoxtərəfli əməkdaşlıq təşəbbüsləri də təşviq edilir ki, bu da Moldova, Ukrayna, Belorus ilə yanaşı Azərbaycan, Gürcüstan və Ermənistan da daxil olmaqla altı ölkənin Aİ ilə sıx əlaqələrini özündə ehtiva edir.

Bu proqram həmçinin bütün tərəfdaş ölkələrə Aİ ilə əlverişli azad ticarət zonasında iştirak imkanı, Avropa məkanında vizasız hərəkət və assosiasiya razılaşmasını təklif edir. Artıq Ukrayna, Moldova və Gürcüstan Aİ ilə assosiasiya sazişini, Ermənistan isə viza sadələşdirilməsi və readmissiya müqaviləsini imzalayıb. Azərbaycan isə assosiasiya sazişini hələ də imzalamayan yeganə ölkədir. Təbii ki, bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Heç şübhəsiz ki, Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aydın olmayan mövqeyi və üzv ölkələrin münaqişənin həllinə münasibətdə nümayiş etdirdiyi ikili yanaşma əsas obyektiv amillər sırasında göstərilməlidir. Prezident İlham Əliyevin 2017-ci ildə Münhendə keçirilmiş Təhlükəsizlik Konfransındakı çıxışı zamanı verdiyi açıq mesajlar da bu fikri dəstəkləyir. Baxmayaraq ki, Avropa institutları çərçivəsində qəbul edilmiş sənədlərdə mütəmadi olaraq Gürcüstan və ya Ukraynanın işğalı ilə bağlı kəskin ifadələr əks olunur, amma Azərbaycanın işğal olunmuş torpaqları haqqında heç bir qeydə rast gəlmək mümkün deyil. Belə ikili standartın tətbiq olunması haqlı olaraq həm dövlət, həm də cəmiyyət səviyyəsində Aİ-na münasibətdə skeptik münasibətin formalaşmasına səbəb olmuşdur. Ona görə də, artıq rəsmi Bakı Avropa İttifaqı ilə münasibətlərə dair çərçivə sənədlərin imzalanmasında sürətli qəbuletmədən daha çox əsaslı tətbiqetmə tendensiyasına üstünlük verərək təmkinli mövqe nümayiş etdirir.


Aytən Qurbanova,

Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər kafedrası




Xəbər 1255 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +