“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


20.12.2019  16:59 

Moldovadakı gücümüz və ya diasporumuzun xoş sədası





A+  A-

Diasporumuzun güclü olması dövlətmizin gücünü artıran amillərdəndir. Sevindirici haldır ki, Dövlət Komitəsinin hazırkı xətti diasporumuzu dövlət maraqları ətrafında birləşdirir, şəxsi maraqların ümummilli maraqlarla əvəzlənməsində böyük rol oynayır.

***

Çox istərdik ki, diaspor təşkilatlarımızın həmişə xoş sədası gəlsin. Necə ki, bu sədalar tez-tez Moldovadan gəlir. Bu ölkədə diasporumuzun - Moldova Azərbaycanlıları Konqresinin gördüyü işlər doğrudan da nümunəvidir. Buna 2017-ci ildə Kişinyova səfərimiz zamanı əyani şəkildə şahid olmuşduq. Eyni zamanda, soydaşlarımızın da dilindən diaspor təşkilatının fəaliyyəti barədə razılıq ifadə olunurdu. Yaxşı xatırlayıram, Kişinyov səfərimizin ilk günü disporumuz Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası təşkil etmişdi. Həm bu, həm də səfərimizin digər yaddaqalan məqamları barədə geniş reportaj da yazmışdıq. Oxumayanlar bu keçiddən istifadə edə bilər:

https://musavat.com/news/yasil-olke-eyalet-kimi-avropa-seheri-ve-atasiz-qalan-azerbaycanli-qiz-kisinyovdan-reportaj_456154.html



Bu gün saytlardan oxuyuram ki, diasporumuzun və onun rəhbəri, hüquq elmləri doktoru Vüqar Novruzovun fəaliyyəti təkcə soydaşlarımız deyil, həm də Moldovanın rəsmi şəxsləri tərəfindən yüksək sayğı ilə dilə gətirilir. Moldova Azərbaycanlıları Konqresinin bu günlərdə keçirilmiş yığıncağı barədə reportajda oxudum ki, Moldova prezidentinin milli azlıqlar üzrə müşaviri Sergey Mişin soydaşlarımıza ölkə prezidentinin salamlarını çatdırıb və disporumuz barədə yüksək fikirlər dilə gətirib. Sitat: “Siz bizim üçün ilk növbədə Moldova vətəndaşlarısınız və bu gün siz öz fəaliyyətinizin hesabatını verirsiniz. Konqresin sədri Vüqar Novruzovun fəaliyyəti bizim üçün çox əhəmiyyətli və nümunəvidir. Onun Moldovanın ali mükafatı –“Respublika” ordeni ilə təltif edilməsi təsadüfi deyil...”.



Moldova Respublikası Etnik əlaqələr Agentliyinin baş direktoru Nikolae Raditse də tədbirdə çıxıç edib. O da soydaşlarımızın ünvanına xoş sözlər dilə gətirib. Sitat: : "Bu gün Moldovanın çoxrəngli etnik dünyası üçün vacib gündür. Çoxmillətli Moldovanın həyatında azərbaycanlıalrın xüsusi yeri var". N.Raditse çıxışında Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun fəaliyyətini də yüksək qiymətləndirib. O, iki ölkə arasındakı əlaqələrin inkişafı istiqamətində gördüyü işlərə görə səfirimizə minnətdarlığını ifadə edib.

***

Sözünü sonunda Agentliyin baş direktoru Konqresin Moldova etnik azlıqlar arasında ən qabaqcıl yerlərdən birinə sahiblənmiş, Konqresin sədri Vüqar Novruzova “çoxillik uğurlu rəhbərliyə və fəaliyyətə görə", eləcə də Konqresin digər fəalı Müharib Allahverdiyevə agentliyin fəxri diplomlarını təqdim edib.

Yığıncaqda Bakı Beynəlxalq Multikuturalizm Mərkəzinin Moldova, Rumıniya, Ukrayna, Bolqarıstan və Macarıstan təmsilçiliyinin direktoru xanım Aureliya Qriqoriunun da yadaqqalan çıxışı olub. O, Azərbaycan diasporunun və Konqresin bu illər ərzindəki çoxplanlı və səmərəli işindən danışıb, bütün görülən işlərə görə sədr Vüqar Novruzova və onun komandasına minnətdarlığını bildirib. Çıxışının sonunda Aureliya Qriqoriu gerçəkləşdirdiyi onlarla layihə və xeyriyyə işlərinə görə, təmsilçisi olduğu Beynəlxalq Multikulturalizm Mərkəzinin, eyni zamanda rəhbərlik etdiyi İctimai Palatanın, habelə “İnternational Inner Wheel” təşkilatının minnətdarlıq məktubları və fəxri fərmanlarını, eləcə də “Mənim Azərbaycanım” beynəlxalq jurnalının “Hacı Zeynalabdin Tağıyev” Qızıl Ordenini Vüqar Novruzova təqdim edib.

Göründüyü kimi, Moldovadakı diasporumuzun fəaliyyəti təkcə soydaşlarımız tərəfindən deyil, həm də rəsmi şəxslər və dünyaca məşhur ictimai xadimlər tərəfindən də yüksək qiymətləndirilir. Bax, bu da elə nəticədir, uğurdur! Şəxsən mənim üçün burada təəccüblü heç nə yoxdur. Çünki bu gün oxuduqlarım əslində iki əvvəl Kişinyovda gördüklərimdir. Səfərimiz zamanı apardığımız müşahidələr bizə həm də onu deməyə əsas verirdi ki, Moldovada azərbaycanlı adının yüksək ehtiram qazanmasında Vüqar Novruzovun böyük xidmətləri var.

Yeri gəlmişkən, iki il əvvəlki səfərimiz zamanı V.Novruzovdan da geniş müsahibə almışdıq. İstəsəz, buradan oxuya bilərsiz:

https://musavat.com/news/yeni-sefir-bize-dedi-ki-moldovadaki-diaspor-liderimizden-maraqli-aciqlamalar_457761.html



İnanıram ki, Moldovadakı diasporumuz bundan sonra da ənənələrini davam etdirib uğurlarının sırasını daha da genişləndirəcək.

Diasporumuz güclü olarsa, bundan dövlətimiz və millətimiz qazanacaq!

Nicat Dağlar

Xəbər 3101 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +