“Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb
İstifadəyə yararsız 70 kq ət aşkarlandı
Neft 36 dollardan satılır
“Toyota” və “VAZ” yandı
5G-yə keçən ilk ÖLKƏ
Sabahın hava proqnozu
Ordumuzun təlimləri başa çatdı
Honkonq polisi 120 etirazçını saxladı
Neftin qiyməti bahalaşır
Qazaxıstan bütün hava limanlarını açır


14.12.2019  12:45 

Baş Nazir nizamnaməni təsdiqlədi





A+  A-

Nazirlər Kabineti “Aqrar Sığorta Fondu”nun Nizamnaməsini təsdiqləyib.
XəzərNews.az xəbər verir ki, Baş Nazir Əli Əsədov bununla bağlı qərarı imzalayıb.

Bildirilir ki, Aqrar Sığorta Fondunun Nizamnaməsi 11 müddəadan ibarətdir.
Nizamnamədə Aqrar Sığorta Fondunun fəaliyyətinin məqsədi, vəzifələri, hüquqları, onun idarə edilməsi, nizamnamə kapitalı, əmlakı, maliyyə fəaliyyətinin əsasları, audit, uçot, hesabatların tərtibi, təqdim qaydaları və digər məsələlər öz əksini tapıb.

Nizamnaməyə əsasən, Aqrar Sığorta Fondu Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin etmək və onun fəaliyyətinə nəzarət etmək məqsədi ilə yaradılmış qeyri-kommersiya hüquqi şəxsidir.

Fond qəbul etdiyi sığorta öhdəliklərinin idarəedilməsini təmin etmək məqəsədi ilə sığorta və təkrarsığorta siyasətini müəyyən etmək, effektiv fəaliyyətini təmin etmək üçün aktivlərin investisiyaya yönəldilməsi barədə investisiya siyasətini qəbul etmək, sığorta vasitəçiliyi fəaliyyəti üçün vasitəçi aqrar sığortaçılarla müqavilə bağlamaq, habelə aqrar sığorta sisteminin dayanıqlı olması istiqamətində siyasət və qaydaların qəbul edilməsi kimi səlahiyyətlərə malikdir.

Aqrar Sığorta Fondunun nizamnamə kapitalının formalaşması üçün 2019-cu ilin dövlət büdcəsindən 1 milyon manat, 2020-ci ilin dövlət büdcəsindən 5 milyon, 2021-ci ilin dövlət büdcəsindən isə 3 milyon manat ayrılacaq.

Nizamnaməyə əsasən, Fondda ictimai əsaslarla fəaliyyət göstərən və 5 üzvdən ibarət Himayəçilik Şurası yaradılır. Fondun Himayəçilik Şurası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən 2 nəfər, Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 1 nəfər, Mərkəzi Bankdan 1 nəfər və fermerlər assosiasiyalarından 1 nəfər olmaqla formalaşdırılır. Fondun Himayəçilik Şurasının sədri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsidir.

“Aqrar Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, Fond Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin avqustun 19-da imzaladığı "Aqrar sığorta haqqında" Qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə" Fərmana əsasən yaradılıb.

Xəbər 670 dəfə oxunub.



26.05.2020  13:21 

Sabahın hava proqnozu

26.05.2020  10:46 

Neft 36 dollardan satılır

26.05.2020  09:14 

“Toyota” və “VAZ” yandı

25.05.2020  17:19 

5G-yə keçən ilk ÖLKƏ

25.05.2020  16:43 

Sabahın hava proqnozu

25.05.2020  15:28 

Ordumuzun təlimləri başa çatdı

25.05.2020  12:36 

İspaniya La Liqası başlayır

25.05.2020  12:10 

Neftin qiyməti bahalaşır

25.05.2020  10:52 

Ağdaşda narkotik əməliyyatı

25.05.2020  09:41 

Ermənilər atəşkəsi pozdu


BÜTÜN XƏBƏRLƏR +