“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


14.12.2019  10:54 

Restrukturizasiya nə vaxt başa çatır?





A+  A-

Xəbər verdiyimiz kimi, bu ilin fevralında Prezident İlham Əliyev problemli kreditlərin həlli ilə bağlı fərman verib.
XəzərNews.az xəbər verir ki, müştərilərə kompensasiyalar verilib yekunlaşandan sonra kreditlərin restrukturizasiya prosesinə başlanmalı idi.

Hazırda isə oxucuları maraqlandıran məsələ restrukturizasiya tədbirlərinin hansı vaxta kimi davam edəcəyidir.

XəzərNews.az bildirir ki, “Qafqazinfo” bu sualla Mərkəzi Banka müraciət edib. MB-dan sorğumuza cavab olaraq bildirilib ki, problemli kreditlərin restrukturizasiyası prosesi Azərbaycan Respublikasının Prezidenti ilə 27.03.2019-cu il tarixində razılaşdırılmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın tələblərinə uyğun olaraq tənzimlənir.

Qaydalarda restrukturizasiya üçün müəyyən olunmuş son tarix isə 31 dekabr 2019-cu il müəyyən olunub.

Xəbər 1407 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +