Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


11.12.2019  10:45 

İcra başçısının işdən çıxardığı müavini ÖLKƏDƏN QAÇDI - FOTO





A+  A-

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev şöbə müdirini işdən çıxarıb.
XəzərNews.az Unikal.org-a istinadən məlumat verir ki, A.Fərzəliyevin əmri ilə Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Abdullayev Rəfail Hüseynqulu oğlu vəzifəsindən azad edilib. Buna səbəb R.Abdullayevin vətəndaşları incitməsi və rayon ərazisində tikilən hündürmərtəbəli binaların sahiblərinə qarşı dələduzluq etməsi olub.

Bundan başqa, sabiq şöbə müdiri “RR” MTK-nın sahibi olan qardaşı Nadir Abdullayevin şəriklərinin də pullarını mənimsədiyi bildirilir. Belə ki, Rəfail Abdullayev məsuliyyətdən yayınmaq üçün ölkəni tərk edərək Ukraynaya qaçıb.

Məsələ ilə bağlı sabiq şöbə müdirinin qardaşı, “RR” MTK-nın sahibi Nadir Abdullayev Unikal.org-a açıqlama verərək bildirib ki, qardaşı bir neçə aydır ki, işdən çıxıb:
“Onun işdən çıxması və ölkədən qaçması ilə bağlı başqa heç nə deyə bilmərəm. Biz doğrudan da bina tikintisi ilə məşğuluq. Qardaşımın səhhətində ciddi problem var”.



Xəbər 1681 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +