XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


04.12.2019  15:37 

Aslan İsmayılov: “Gömrük Komitəsi ancaq vətəndaşlardan pul toplamağı düşünür”





A+  A-

“Yadınızdadırsa yazmışdım ki, Azərbaycan Dövlət Gömrük Komitəsi ancaq vətəndaşlardan hansı yolla olursa olsun pul toplamağı düşünür. Bunun da islahata heç bir aidiyyatı yoxdur. İslahatın əsas məqsədi vətəndaşların vəziyyətini yaxşılaşdırmaq, yığılmış narazılıqları aradan qaldırmaqdır”.
XəzərNews.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, avtomobillərin gömrük rüsumları əcaib dərəcədə çox olduğundan insanlar məcburən avtomobillərini Gürcüstan nömrələri ilə sürür və 90 gündən bir ölkədən çıxıb qayıtmaq məcburiyyətində idilər: “Bir müddət əvvəl isə Gömrük sədri Səfər Mehdiyev onun da qarşısını aldı. Artıq Gürcüstan nömrələri ilə avtomobillərin ölkədə il ərzində 90 gündən artıq qalma imkanı olmayacaq. Birincisi bu kobud qanun pozuntusudur. Ona görə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə qərarının 4.3 bəndinə əsasən Xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin və onların qoşqularının (yarımqoşqularının) qeyri-rezidentlər tərəfindən müvafiq təsdiqedici sənədlə gömrük ərazisinə müvəqqəti olaraq gətirilməsinə 90 (doxsan) gün müddətinədək icazə verilir. Yəni Gürcüstan nömrə nişanlı maşınlar 90 gün müddətinə əməl etməklə yenidən ölkə ərazisinə eyni qaydada daxil ola bilərlər. Bir sözlə yenidən ölkə ərazisinə müvəqqəti olaraq daxil olmağın qadağan edilməsi qanunvericilikdə nəzərdə tutulmayıb. DGK isə öz qərarında bu mətnə 1 il ərzində sözünü əlavə edib. Bu isə bir ayağı burda, bir ayağı Gürcüstanda olan Azərbaycanlıların ciddi narazılığına səbəb olub. Bundan başqa, daxili avtomobil istehsalı, düz-əməlli ictimai nəqliyyat sistemi, vətəndaşların ciblərinə uyğun avtomobil kredit şərtləri olmayan bir ölkədə avtomobil dəyərinin 70-80 faizini gömrük rüsumuna ödəmək hansı məntiqə sığır?!”

Xəbər 3530 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +