“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


29.11.2019  16:34 

BNA icazə verdi, ancaq DANX sərnişinləri yolda düşürdü, avtobusları isə xətdən kənarlaşdırdı - SAHİBKARDAN SENSASİON İDDİA!





A+  A-

Sahibkarın fəaliyyətinə maneə olan DANX-ın məqsədi nədir? Nəqliyyat “QOÇULARI” yenə peyda oldu?
“134 saylı marşurut xəttinin avtobusları sərnişinlərin xidmətində olarkən qarşısı qəfil DANX-a (Dövlət Avtomobil Nəqliyyatı Xidməti) məxus avtomobillər tərəfindən kəsilib. Qurumun işçiləri avtobusları cərimə meydançasına aparmaq adı ilə sərnişinləri yolda düşürüb, avtobusları isə məcburi xətdən çıxarıblar. Sərnişinlərə bildirilib ki, 134 saylı avtobuslar qanunsuz fəaliyyət göstərir. Buna görə də, həmin avtobuslara minməsinlər. Daşıyıcı şirkətin əməkdaşları DANX-ın “qoçuları”nın bu əməlini çəkmək istəyəndə isə onlar qaçıblar“. Bu sözləri 134 saylı marşurut xəttinin avtobuslarının məxsus olduğu “Monella” MMC-nin direktoru Qurbanəli İsmayılov XəzərNews.az-a müraciəti zamanı deyib.




Sahibkar bildirir ki, DANX-ın əməkdaşları sürücülərə bildiriblər ki, işləməsinlər və müdirləri gedib DANX-ın rəisi ilə “razılığa gəlsin”. Sahibkar isə bu dırnaq arası sövdələşməyə qəti şəkildə etiraz edir. Bildirir ki, BNA rəhbəri Vüsal Kərimli qanundan kənar heç bir hərəkətə yol vermir və onun təbiətində belə “razılıqlar” yol verilməzdir. Qurbanəli İsmayılovun sözlərinə görə, 134 saylı marşurut xəttinin avtobusları qanuni fəaliyyət göstərir. O hətda bunu təsdiq edən sənədi də redaksiyamıza təqdim edib. Sənəddən aydın olur ki, sözügedən avtobusların fəaliyyəti tam qanunidir. Çünkü Bakı nəqliyyat Agentliyi 134 saylı avtobusların fəaliyyət göstərməsi ilə bağlı sərəncam verib. Sərəncamda qeyd edilir ki, başlanğıc dayanacağı Fatmayı bağları olan avtobuslar Xırdalan dairəsindən keçməklə Sədərək Ticarət Mərkəzinə qədər sərnişinlərə xidmət etməlidir. BNA daşıyıcı şirkətə Bakının inzibati ərazisində avtobuslara möhürlü hərəkət sxemi verib. Qurbanəli İsmayılovun sözlərinə görə, bir neçə gündür DANX-ın əməkdaşları avtobusların hərəkətinə maneə yaradır. Bəzi hallarda sərnişinlər hətta yolda düşürdülür. Sahibkarın sözlərinə görə, bunun əsas səbəbi 134 saylı avtobuslarının hərəkət sxeminin, 8 saylı sumqayıt regional MMC-yə məxsus 592 nömrəli avtobusların marşurut xətti ilə oxşarlıq təşkil etməsidir. Bu səbəbdən onların avtobuslarının fəaliyyətinə DANX tərəfindən ciddi maneələr yaradılır. Halbu ki, ölkə başçısı Cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında dəfələrlə bildirib ki, məmurların sahibkarları incitməsi yolverilməzdir. Bunu edən məmurlara dövlət heç bir güzəşti etməyəcək və belə insanlar ən sərt formada cəzalandırılacaq.


Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən sərəncam




Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayev bildirib ki, 134 saylı avtobusların fəaliyyəti qanun çərçivəsindədir. Bakı Nəqliyyat Agentliyi bununla bağlı müvafiq sərəncam imzalayıb. Həmçinin həmin xətt sərnişinlərin çox saylı müraciətləri əsasında yaradılıb. Çünki sözügedən marşurut xətti üzrə avtobuslara böyük tələb var. Mais Ağayev onu da bildirdi ki, avtobusların fəaliyyətinə maneə yaratmaq yol verilməzdir.




Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allayarova bildirib ki, sahibkarın iddiaları DANX-ın Hüquq şöbəsinə yönləndirilib və yaxın zamanda iddialarla bağlı araşdırma aparılaraq ictimaiyyətə açıqlama veriləcək.




Xəbər 3341 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +