Bu yollarda sürət aşağı endirildi
İraqda aksiyalarda 4 nəfər öldü
Rayonlara qar yağacaq
Nazirlik bələdiyyə sədrini cərimələdi
Konqresin sədri Trampı korrupsiyada ittiham etdi
Bu gündən Bakıya istilik verilir
Sabahdan məktəblərdə tətil başlayır
Venesiyada fövqəladə vəziyyət elan olundu
Dəm qazı daha bir can aldı
Küveyt əmiri hökumətin istefasını qəbul etdi


09.11.2019  11:05 

Yeməkdən sonra bunları etmək olmaz





A+  A-

Həyatımızda bizə adi və zərərsiz gələn bir çox vərdişlər səhhətimizlə bağlı problemə çevrilə bilər.
XəzərNews.az xəbər verir ki, təzə meyvələr yeməkdən sonra ən yaxşı desert kimi bilinsə də, bu, böyük yanlışdır.

Belə ki, təzə və dadlı yetişmiş meyvələr mədəyə düşərkən (məsələn, doyumlu nahardan sonra) əsas qida ilə qarşılıqlı təsirə başlayır. Turşuma və qıcqırma prosesləri əmələ gəlir, nəticədə ağırlıq, diskomfort hiss olunur, həzmetmə pozulur. Ancaq yetişmiş giləmeyvə və meyvələri təxminən yeməkdən 1-1,5 saat sonra və ya əvvəl qəbul etsəniz, onlar orqanizmə yalnız fayda gətirər.

Bunu bilmək faydalıdır ki, yeməkdən 2 saat əvvəl bir az meyvə qəbulu metabolizmi fəallaşdırır, su balansı normallaşır, sellüloz isə toxluq hissi yaradaraq, sizi çox yeməkdən və artıq çəkidən müdafiə edir.

Qəhvə və çay içmək

Bunlar əksəriyyətimizin sevimli içkiləridir. Bir günü belə bir fincan gümrahlaşdırıcı qəhvəsiz təsəvvür etmək mümkün deyil. Lakin həm birinci, həm ikinci halda içkilərin tərkibində kofein, turşular, dubil maddələr mövcuddur. Bu səbəbdən də yeməkdən sonra məsləhət görülmür. Biz qidadan sağlamlığa və immunitetə vacib olan vitamin və mineralları alırıq. Kofein və turşular qanyaranma və hemoqlobin hasil olunma prosesində iştirak edən vitaminləri və dəmiri neytrallaşdırır. Çayın tərkibindəki dubil maddələr və tein qidanın normal həzmini poza bilər.

Həkimlər bu içkiləri yeməkdən dərhal sonra deyil, azı bir saat sonra içməyi məsləhət görürlər.

Yeməkdən sonra yatmaq

Bu, ən sevimli məşğuliyyətdir! Dadlı yemək-içməkdən sonra mürgüləmək xoşdur, gözlər öz-özünə bağlanır, düşüncələr yüngül və xoşagələndir.

Lakin yeməkdən sonra divana uzanıb, üfüqi vəziyyət qəbul edərkən biz orqanizmimizə ziyan vurmuş oluruq. Birincisi, qidanın bağırsaqdan normal ötürülməsi pozulur. İkincisi, orqanizmdə bütün proseslərin, həmçinin həzmin sürəti azalır və qida daxildə hərəkətsiz qalaraq korlanır. Yeməkdən sonra 40-60 dəqiqə gözləmək, daha sonra uzanmaq olar.

Siqaret çəkmək

Siqaretçəkənlərin əksəriyyəti yeməkdən sonra mütləq siqaret çəkir. Bunu dərhal etmək lazım deyil, çünki toksinlər qidanın tərkibindəki faydalı maddələrə öldürücü təsir göstərir. Yekunda onlar sadəcə heç bir fayda vermir. İkinci səbəb heç də az əhəmiyyətli deyil. Bu zərərli vərdiş qıcıqlandırılmış bağırsaq sindromu əmələ gətirə bilər.

Yeməkdən sonra gəzişmək

Təmiz havada gəzinti yeməkdən sonra faydalıdır, bu zaman kalorilər əriyir. Bir çoxları əmindirlər ki, bu, belə də olmalıdır. Ancaq yaxşı olardı ki, heç olmasa 15 dəqiqə gözləyəsiniz, necə deyərlər, yemək bir az həzm olunsun.

Əgər masa arxasında dərhal durub gümrah şəkildə yürüsəniz və ya iş dalınca getsəniz, o zaman həzm etməmə, turşu reflyuksu və mədə xorası xəstəliklərini qazanmış olarsınız.

Xəbər 518 dəfə oxunub.



15.11.2019  18:45 

İraqda aksiyalarda 4 nəfər öldü

15.11.2019  15:08 

Elmar Məmmədyarov BƏƏ-yə getdi

15.11.2019  13:17 

Rayonlara qar yağacaq

15.11.2019  11:43 

Bu gündən Bakıya istilik verilir

15.11.2019  11:09 

Ronaldo rekorda doğru

14.11.2019  21:19 

Dəm qazı daha bir can aldı

14.11.2019  20:03 

Millimiz Lixtenşteynə qalib gəldi


BÜTÜN XƏBƏRLƏR +