“Quş qripi“ ilə bağlı monitorinqlərə başlanılır
Metronun iş saatı uzadıldı - Sərnişinlərin nəzərinə!
Bakıda evdən çürümüş meyit tapılıb
Zidan “Liverpul”a sataşdı
Bu yollarda məhdudiyyət olacaq
Bakıda və rayonlarda yağış yağacaq
“Qarabağ”ın şikayəti təmin edildi
Sürücülərin diqqətinə!
Kanadada təyyarə qəzası, 3 ölü
Rasionunuzda həmişə olmalı 3 super məhsul


08.11.2019  10:32 

Bu məhsullar ƏDV-dən azad olunacaq





A+  A-

İqtisadiyyat naziri Mikayıl Cabbarov Vergi Məcəlləsində dəyişikliklərin əsas istiqaməti və mahiyyəti barədə ətraflı danışıb.
XzəərNews.az-ın məlumatına görə, M.Cabbarov noyabrın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bildirib ki, dəyişikliklər yeddi əsas istiqaməti əhatə edir.

"Yeniliklər, əsasən, ədalətli rəqabətin şərti olan bərabər və şəffaf mühitin təmin edilməsini nəzərdə tutur.

Həmçinin, riskli vergi ödəyicilərinə nəzarətin, vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsini, ƏDV inzibatçılığının təkmilləşdirilməsini, sahibkarların inzibatçılıq yükünün azaldılmasını özündə ehtiva edir.

Sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi də dəyişikliklərdə öz əksini tapıb.

Bildirək ki, Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi 164 dəyişiklikdən ibarətdir.

"Bu, əsasən, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin edilməsi (ƏDV və mənfəət vergisi metodu), Transmilli Şirkətlər Qrupu anlayışının müəyyən olunması ilə bağlıdır.

Həmçinin, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha dörd il müddətinə uzadılması, habelə heyvan ətinin satışının dörd il ərzində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalardır”, - deyə M.Cabbarov əlavə edib.

Dəyişikliyin məqsədi ölkənin davamlı iqtisadi inkişafı, şəffaflığın artırılması, sahibkarlığın inkişafını təmin etmək, eyni zamanda, vergi ödənişində uçot-qeydiyyat sisteminin sadələşdirilməsinə şərait yaradılmasıdır.

Mikayıl Cabbarov qeyd edib ki, ölkədə dövlət orqanları ilə vergi ödəyiciləri arasında ünsiyyətin minimuma endirilməsi planlaşdırılır.

"Dövlət orqanları ilə elektron məlumat mübadiləsinin genişləndirilməsi ölkədə iqtisadi səmərənin daha da artırılmasında və sui-istifadə hallarının azaldılmasında faydalı olacaq. Ölkədə sərbəst biznes mühitinin təkmilləşdirilməsi hər zaman diqqət mərkəzindədir”.

Nazir atılacaq addımların fayda verəcəyinə və şəffaflığın artırılması sayəsində vergitutma bazasının genişlənəcəyinə inamını ifadə edib.

Ətraflı müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər 771 dəfə oxunub.




12.12.2019  21:08 

Abşeronda ev yandı

12.12.2019  17:34 

Məzənnə eynidir

12.12.2019  14:46 

Zidan “Liverpul”a sataşdı

12.12.2019  14:05 

Bu yollarda məhdudiyyət olacaq

12.12.2019  09:42 

Sürücülərin diqqətinə!

12.12.2019  09:37 

Kanadada təyyarə qəzası, 3 ölü


BÜTÜN XƏBƏRLƏR +