Bu yollarda sürət aşağı endirildi
İraqda aksiyalarda 4 nəfər öldü
Rayonlara qar yağacaq
Nazirlik bələdiyyə sədrini cərimələdi
Konqresin sədri Trampı korrupsiyada ittiham etdi
Bu gündən Bakıya istilik verilir
Sabahdan məktəblərdə tətil başlayır
Venesiyada fövqəladə vəziyyət elan olundu
Dəm qazı daha bir can aldı
Küveyt əmiri hökumətin istefasını qəbul etdi


04.11.2019  15:54 

“Mübariz Mənsimovun nümayəndələri bizimlə artıq əlaqə saxlayıb” - Oqtay Gülalıyevin xanımı





A+  A-

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov bir neçə gün əvvəl Bakıda avtomobillə vurulan hüquq müdafiəçisi Oktay Gülalıyevin müalicəsini öz üzərinə götürmək üçün ailəsi ilə əlaqə yaradıb.
XəzərNews.az xəbər verir ki, bunu Cebhe.info-ya açıqlamasında Oktay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva deyib.

O qeyd edib ki, Mübariz Mənsimovun rəhbəri olduğu şirkətin nümayəndələri onlarla əlaqə saxlayıb:

“Onlar bizimlə əlaqə saxlayıblar və kömək etmək istəyirlər. Amma Oqtay bəyin durumu çox ağır olduğuna görə məsələ hələ olduğu kimi qalıb. Mütəmadi əlaqə saxlayırlar və nə kömək lazımdısa, əllərindən gələni etməyə hazır olduqlarını bildirirlər”.

Həyat yoldaşı Oqtay Gülalıyevin hazırkı durumundan da söz açıb. O deyib ki, həyat yoldaşı 2-ci dərəcəli koma vəziyyətindədir və durumu çox ağırdır:

“Vəziyyəti ağır olaraq qalır. MRT olunub. Həkimlər əllərindən gələni etmələrinə baxmayaraq, durumu ağırdır”.

Qeyd edək ki, bu günlərdə hüquq müdafiəçisinin müalicəsinin davam etdirilməsi üçün sosial şəbəkədə yardım kampaniyasına başlanılmışdı. Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimov sosial şəbəkədə aparılan dəstək kampaniyasına ilk reaksiya verənlərdən biri olub. O, öz “Facebook” səhifəsində status yazaraq hüquq müdafiəçisinin müalicəsini öz üzərinə götürdüyünü qeyd edib.

Xatırladaq ki, O.Gülalıyev oktyabrın 29-u paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi 90-PZ-543 dövlət nömrə nişanlı “Hyunadi Accent” markalı avtomobillə yolu keçərkən vurulub. Sürücü hadisədən dərhal sonra O.Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb. Daha sonra müalicəsini davam etdirməsi üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb.

Xəbər 649 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.11.2019  18:45 

İraqda aksiyalarda 4 nəfər öldü

15.11.2019  15:08 

Elmar Məmmədyarov BƏƏ-yə getdi

15.11.2019  13:17 

Rayonlara qar yağacaq

15.11.2019  11:43 

Bu gündən Bakıya istilik verilir

15.11.2019  11:09 

Ronaldo rekorda doğru

14.11.2019  21:19 

Dəm qazı daha bir can aldı

14.11.2019  20:03 

Millimiz Lixtenşteynə qalib gəldi


BÜTÜN XƏBƏRLƏR +