Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


31.10.2019  10:56 

Yığmamız DÇ-ni 3-cü yerdə başa vurdu





A+  A-

Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında sərbəst güləş üzrə mübarizə başa çatıb.
XəzərNews.az xəbər verir ki, mundiala 8 idmançıyla yollanan yığmamızın 5 üzvü fəxri kürsüyə qalxıb.

Turan Bayramov (65 kq) qızıl, Abubakr Abakarov (79 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) gümüş, Əfqan Xaşalovla (57 kq) Davud İbrahimov (70 kq) isə bürünc medal qazanıb.

Ümumilikdə komandamızın topladığı xal 111-ə bərabər olub. Bu nəticəylə millimiz dünya üçüncüsü olub. Rusiya (145) birinci, İran (139) ikinci yeri tutub. 1 qızıl, 2 gümüş və 2 bürünc medal 2017-ci ildən bu yana keçirilən analoji yarışlarda sərbəst güləş yığmamızın ən yaxşı nəticəsidir.

Xəbər 3175 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +