Beyrutdakı partlayışda ölənlərin sayı artır
Dünən dənizdə 2 nəfər xilas edilib
Moskvada daha 13 nəfər koronavirusdan öldü
Yoluxanların sayı 200-dən aşağı düşdü
Təhsil Nazirliyi məlumat yaydı
Qaydaları pozan 17 velosipedçi cərimələndi
Çimərliklərdə 25 dərəcə isti olacaq
Gürcüstanda tədris ili 15 sentyabrda başlayacaq
Avropa Liqası 5 ay sonra bərpa olunur
Azərbaycan XİN Livana başsağlığı verdi


31.10.2019  10:16 

Oqtay Güləliyevin vəziyyətilə bağlı son məlumat AÇIQLANDI





A+  A-

Hüquq müdafiəçisi Oqtay Güləliyevin səhhətilə bağlı son məlumat açıqlanıb.
XəzərNews.az bildirir ki, “City Hospital”dan Modern.az-a verilən məlumata görə, Oqtay Güləliyevin vəziyyəti hazırda ağır stabil, keçirdiyi əməliyyata uyğundur:

“Müalicəsi reanimasiya şöbəsində davam edir”.

Oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə yolu keçən piyada, Bakı şəhər sakini Oqtay Güləliyev vurulub.

Bakı Şəhər Baş Polis İdarəsinin məlumata görə, sürücü qəza nəticəsində xəsarət almış piyadanı dərhal öz avtomobili ilə Kliniki Tibbi Mərkəzə çatdırıb. İlkin tibbi yardım göstərildikdən sonra O.Güləliyev oradan “City Hospital”a köçürülüb.

Faktla əlaqədar Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Xəbər 781 dəfə oxunub.




06.08.2020  11:43 

Neft 45 dollardan satılır

06.08.2020  10:06 

Bakıda binada yanğın olub

05.08.2020  15:39 

Təhsil Nazirliyi məlumat yaydı


BÜTÜN XƏBƏRLƏR +