İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


29.10.2019  14:01 

“30 milyon dollara satacaqdıq...” - Civə əməliyyatının detalları





A+  A-

Bakıda 1 kiloqram civəni satmaq istəyərkən cinayət başında tutulan dəstə üzvlərinin istintaqı yekunlaşıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, ittihama əsasən, Taleh Əmənov tanışları Maarif və Arif Əliyev qardaşlarına təklif edib ki, civə tapıb sataraq pul qazansınlar. Onlar da bununla razılaşıblar, bir müddət sonra Arif istintaqa məlum olmayan mənbədən 950 qram civə alaraq Balaxanı qəsəbəsində yerləşən “rus qəbiristanlığı”nda gizlədib, daha sonra isə civəni satmaqda ona kömək etməyə razılıq verən Adil Cəfərovun 3-cü mikrorayonda yerləşən kənd təsərrüfatı malları mağazasına aparıb. Civəyə müştəri tapması üçün bu işə Lütviyar Məmmədov və Şahin Novruzovu da cəlb ediblər. Onların müştəri sorağı hüquq-mühafizə orqanlarına qədər gedib çıxıb və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət hazırlanan əməliyyat qrupu şərti alıcı kimi prosesdə iştirak edib və əməliyyat zamanı dəstə üzvləri civəni satmaq istəyərkən ələ keçiblər.

Təqsirləndirilən Şahin Novruzov ifadəsində deyib ki, ona civə satmaq təklifini Adil Cəfərov verib: “Adil məni mağazasına çağırıb dedi ki, dağıştanlı ləzgi tanışları Azərbaycana qaçaq yolla civə keçiriblər və indi müştəri axtarırlar. Adil dedi həmin civənin bazarda qiyməti 30 milyon dollardır, əgər sata bilsək dağıstanlılara 20 min dollar verəcəyik, qalan pul özümüzə qalacaq. Mən müştəri tapmağa razılıb verəndən sonra Adil civəni mənə göstərdi, xüsusi bir qabdaydı, üstünə rusca nəsə yazılmışdı. Mən də müştəri tapması üçün Lütviyara dedim, o da Miralimə demişdi. Bir müddət sonra Miralim iranlı bir adamın civəni almaq istədiyini və onda civə yoxlayan aparat olduğunu, alarkən yoxlayacağını dedi. Mən isə Miralimə dedim ki, sahibi burda olmadığı üçün civənin ağzını aça bilmərəm. İki-üç gün sonra Miralim zəng edərək yeni müştəri tapdığını dedi. Adil isə civənin rayonda olduğunu dedi, onu gedib gətirmək üçün Adilə 100 manat verdim. Miralim dedi ki, civəni almaq istəyən adam oteldə bizi gözləyir. Otelin qarşısında civəni almaq istəyən 2 nəfərlə görüşdük, onlar otaqda civəni aparatla yoxlamaq istədiklərini dedilər. Adil, Miralim və Lütviyar foyedə qaldı, mən həmin 2 nəfərlə otağa qalxdıq. Otaqda onlar mənə bir aparat göstərib civəni yoxlayacaqlarını dedilər və məndən civəni onlara göstərməyimi istədilər. Mən civəni göstərəndə onlar DTX-nin əməkdaşları olduqlarını dedilər və məni saxladılar. Bundan sonra hal şahidlərinin iştirakı ilə baxış keçirib protokollaşdırdılar”.

Adil Cəfərov da oxşar ifadə verib və əlavə edib ki, civə olan qabın üstünə “Krasnıy Vişnovıy rtut” sözləri yazılıbmış: “Mənə Şahin dedi ki, Miralim civəyə 30 milyon dollar qiymət qoyub. Mən isə bunun cəfəngiyat olduğunu, ən yaxşı halda hərəmizə 20 min dollar qalacağını dedim”.

Lütviyar Məmmədov isə ifadəsinə deyib ki, Adil civəni Miralimə göstərəndə onun qiymətinin 20 milyon dollar olduğunu deyib, Miralim isə onu 30 milyona satacağını vəd edib: “Razılıq belə olmuşdu ki, Miralim civəni 30 milyona satıb, 10 milyon özünə götürəcək, 20 milyonu Adilə verəcək. Sonradan təklikdə olanda Miralim dedi ki, 10 milyonun 5-ni ona müştəri tapmaqda kömək edəcək şəxslərə verəcək, 5 milyonun yarısını isə mənə verəcək”.

Digər təqsirləndirilən Taleh Əmənov deyib ki, bu hadisədən bir neçə ay əvvəl tanışı Adil ona deyib ki, civə satmaq istəyən olsa, bunu təşkil edə bilər və əldə olunan puldan ona da pay verər: “Mən bir dəfə bunu söhbət əsnasında Maarifə dedim. O dedi ki, qardaşı Arif civə satmağa görə həbsdə yatıb, onun civədən başı çıxır. Əgər belə bir şey olsa, Ariflə məsləhətləşsin. Bu söhbətdən sonra Maariflə Arif mənim işlədiyim Elmi Tədqiqatlar İnstitutuna gəlib civə yoxlayan aparat lazım olduğunu, lakin onun Azərbaycanda tapa bilmədiklərini dedilər. Arif dedi ki, bu civə xüsusi qablaşdırmadadır, başqa bir qabda tapsa, mənə xəbər edəcək. Mən bir neçə gün sonra Adillə görüşüb tanışlarımda civə olduğunu, onu satmaq istədiklərini dedim. Bir həftə sonra Adil civəyə alıcı tapdığını dedi, mən də bunu Arifə dedim. Arif Adilin kim olduğunu soruşanda onun əvvəllər Penitensiar Xidmətdə işlədiyini bildirdim. Arif bundan əsəbiləşib civəni götürüb getdi. Bir ay sonra Arif Adilin etibarlı adam olduğuna inandı və civəni ona verdi. Adil isə 4-5 gün sonra dedi ki, alıcı civəni bəyənməyib və ona gətirib Arifə qaytardı. Bir ay sonra Adil zəng edib yeni müştəri tapdığını dedi, biz də civəni aparıb Adilə verdik”.

Civənin ilk sahibi Arif Əliyev deyib ki, onu 2016-cı ildə Balaxanı qarajları adlı yerdə qabda tapıb və Qaraçuxur qəsəbəsində gizlədib: “İki il sonra qardaşım Maarif dedi ki, Taleh adlı biri ona civə satan şəxs olsa, məlumat verməsini istəyib. Talehlə görüşüb civənin Xudatda olduğunu dedim ki, həmin müddət ərzində alıcının kim olduğunu öyrənim. Sonra civəni Talehin tanışı Adilə verdim, qalan söhbətlərdən xəbərim olmadı. Taleh demişdi civəni 10 milyona satacaq, mən isə 2 milyon istəmişdim. Bir də DTX məni saxlayanda onların tutulduğunu bildim”.

Xəbər 1493 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +