Bu yollarda sürət aşağı endirildi
İraqda aksiyalarda 4 nəfər öldü
Rayonlara qar yağacaq
Nazirlik bələdiyyə sədrini cərimələdi
Konqresin sədri Trampı korrupsiyada ittiham etdi
Bu gündən Bakıya istilik verilir
Sabahdan məktəblərdə tətil başlayır
Venesiyada fövqəladə vəziyyət elan olundu
Dəm qazı daha bir can aldı
Küveyt əmiri hökumətin istefasını qəbul etdi


24.10.2019  15:57 

Cahangir Əsgərova da bəd xəbər – AZAL-la bağlı ilginc gəlişmə...





A+  A-

Azərbaycanda həyata keçirilən kadr və struktur islahatları çərçivəsində bir sıra iri dövlət şirkətlərinin də özəlləşdirilməsi mümkündür.
XəzərNews.az-ın məlumatına görə, bu barədə Qaynarinfo-ya adının çəkilməsini istəməyən mənbə bildirib.

Mənbənin sözlərinə görə, ölkə başçısının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında dünənki fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin ləğv edilərək səlahiyyətlərinin sözügedən nazirliyə verilməsinin bir səbəbi də bu ola bilər.

Özəlləşdiriləcək iri dövlət şirkətlərinin ön sırasında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) gəldiyini deyən mənbəmiz, bu istiqamətdə təkliflərin hətta hökumətə yaxın iqtisadçı ekspertlər və deputatlar tərəfindən uzun müddətdir səsləndirildiyini xatırladıb.

"Düzdür, bir neçə il əvvəl sözügedən təklif yenidən gündəmə gələndə maliyyə naziri Samir Şərifov açıq mətnlə demişdi ki, AZAL-ın özəlləşdirilməyə çıxarılması, özəl hava şirkətlərinin yaradılması o qədər də uğurlu variant deyil. Lakin bu da faktdır ki, AZAL hazırda borc bataqlığındadır, həmin məbləğin artıq 1 milyard manata yaxınlaşdığı deyilir. Bir sözlə, bu QSC dövlət xəzinəsi üzərində ciddi yükə çevrilib, onu hazırkı vəziyyətdən ancaq özəlləşdirilməsi çıxara bilər. Hətta 2015-ci ilin sentyabrında hökumət "Azərbaycan Hava Yolları”nın borclarının əhəmiyyətli hissəsini silsə, bu da azmış kimi, ora müxtəlif dövlət investisiyaları, subsidiyalar və başqa güzəştlər yönləndirsə də, AZAL-ın borcu hər il on milyonlarla manat artmaqdadır. Bu vəziyyət nə qədər davam edə bilər? Sözügedən şirkətin dövlət üzərində yükünün ilbəil ağırlaşmasına haracan yol vermək mümkündür? Artıq hər kəs aydın görür ki, problemin həlli AZAL-ın özəlləşdirilməsindən keçir" – deyən mənbəmiz əlavə edib ki, digər tərəfdən, bu QSC-nin inhisarçı şirkət olması Azərbaycanda təyyarə biletlərinin baha olmasını şərtləndirən ən mühüm amillərdən biridir. Nəticədə həm vətəndaşlarda ciddi narazılıq yaranır, həm də ölkənin xarici turistlər üçün cəlbediciliyi kəskin azalır. Bütün deyilənləri nəzərə aldıqda aydın görünür ki, adıçəkilən dövlət şirkətinin özəlləşdirilməsi müsbət addım olardı".

Xatırladaq ki, "Azərbaycan Hava Yolları" QSC-nin sədri Cahangir Əsgərovdur. O, AZAL-a 23 ildir ki, rəhbərlik edir. Gələn il 70 yaşı tamam olacaq Əsgərov artıq yaşlı kadrlar siyahısındadır.

Onun da elə bu səbəbdən son vaxtlar təqaüdə göndərilən məmurlar siyahısına qoşulub-qoşulmayacağını zaman göstərəcək...

Xəbər 878 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.11.2019  18:45 

İraqda aksiyalarda 4 nəfər öldü

15.11.2019  15:08 

Elmar Məmmədyarov BƏƏ-yə getdi

15.11.2019  13:17 

Rayonlara qar yağacaq

15.11.2019  11:43 

Bu gündən Bakıya istilik verilir

15.11.2019  11:09 

Ronaldo rekorda doğru

14.11.2019  21:19 

Dəm qazı daha bir can aldı

14.11.2019  20:03 

Millimiz Lixtenşteynə qalib gəldi


BÜTÜN XƏBƏRLƏR +