İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


18.10.2019  12:09 

Əsəbdən yaranan 7 xəstəlik





A+  A-

Uzun müddətli, yəni ən azı 3 ay stress orqanizmi həqiqətən çökdürür və bəzi xəstəlikləri xroniki həddə keçir, bəziləri isə yeni yaranır…
Dərindən nəfəs alıb verin və bu məqaləni oxuyun. Çünki “bütün xəstəliklər əsəbdən, stresdəndir” frazasının açıqlamasını izah edəcəyik.

Uzun müddətli, yəni ən azı 3 ay stress orqanizmi həqiqətən çökdürür və bəzi xəstəlikləri xroniki həddə keçir, bəziləri isə yeni yaranır.

Stress, əsəb və emosional gərginlikdən yaranması sübut olunan 7 xəstəliyi təqdim edirik:

1.Yuxusuzluq, yuxu pozğunluğu

İşdə, ailədə problemlər, gecə yatağa girəndən sonra evin, uşağın, valideynlərin, işdəkilərin dərdini götür-qoy etmək, maddi sıxıntılar, ən xırda detallara qədər beyində danışmaq – tanış mənzərədir?

Bütün bunlar orqanizm üçün vacib olan yuxunu pozur, beyniniz, vəziləriniz dincəlmir və səhəri siz ikiqat artıq streslə yenidən işə gedirsiz və bu effekt yığılır. Nəticədə siz tez qocalırsız, orqanizm toksinləşir, melanoma sintez olunmur.

2.Həzm sistemi problemləri

Stress qastrit,xora, qıcıqlanmış bağırsaq sindromu, hətta köp, ishal belə verə bilir. Mədə nevrozu adlanan simptomu yəqin ki, eşitmisiz. Deyirlər ki, insanların çox stresini yeməklə çıxarır. Hər ağır iş günündə, əsəbləşəndə, mübahisədə şirin və yağlı qidaları aşırı qəbul edir. Stresdə olan insanın əli daim ağzındadır. Amma elələri də var ki, əksinə, sanki mədə yolu bağlanır, udlaqda düyün, daş hiss edir, yeməkdən tam imtina edir, ağzı bağlanır. Stresin yaratdığı bu halqadan xilas olmaq üçün az qala bütün həkimləri gəzir, bircə nevroloqdan başqa. Ayı xəstəliyi deyilən bir sindrom da var ki, orqanizm stresə diareya, ishal ilə cavab verir.

3.Ürək xəstəlikləri

Emosional gərginlik ürəyə çənfi təsir edir, onun ritmini, vurğusunu dəyişir. Əsəbləşəndə ürək və əzələləri daha tez-tez yığılır, fövqəladə rejimdə işləyir, adrenalin artır. Bu da təzyiqi və ritmi yüksəldir. Belə insanlar sonunda taxikardiya, aritmiyaya gəlib çıxır.

Eləcə də “qırılmış ürək sindromu” adlanan xüsusi xəstəlik də stresdən yaranır. Qanda adrenalinin çox olması ürəyi qocaldır, sanki söndürür.

4.Reproduktiv sistemin pozulması

İntim sferada stress, qarşı tərəfdən narazılıq, libidin azalması, sonsuzluq belə yarana bilir. Qadınlarda menstruasiya pozulması, kişilərdə impotensiya, ereksiya pozulması baş verir.

5.Sidik ifrazatında pozulmalar

Yəqin ki, siz azyaşlı uşaqlarda müşahidə etmisiz, onlar yad yerdə olanda tualetə getmirlər. Bunu qəsdən etmirlər, həqiqətən də stresdən onlarda sidik refleksi siqnalı getmir.

Böyüklərdə də belə olur, sidik ifrazı azalır, bununla da böyrəklərdə nefrit yaranır. Ona görə deyirlər ki, stress, qorxu böyrəkləri də çökdürür. Uzun müddət sidik kisəsi və böyrəklərdə sidiyin yığılıb qalması infeksiyanın yaranmasına da səbəb olur.

6.Alkoqolizm

Kişilər niyə nevroz olmur, çünki stresi, əsəbi içərək basdırırlar. Daimi alkoqol qəbulu getdikcə asılılıq yaradır, insan əyyaşa çevrilir, orqan və sistemləri alkoqolizmdən qaynaqlanan xəstəliklərə tutulur. Qaraciyər, mədəaltı vəz sıradan çıxır, orqanizm toksinləşir. Alkoqolizm özü də xəstəlikdir, uzun müddətə müalicə tələb edir.

7.Psixi xəstəliklər

Nevroz, depressiya, psixoz, müxtəlif ağrılar, fibromialgiya və digər ağlagələn, ağlagəlməz nevroloji xəstəliklər isə əsəbi insanlarda ömür boyu yol yoldaşı ola bilər. Bunların da müalicəsi uzun, çətin və bəzən səbəb aradan qalxmadığına görə effektsizdir.

Ona görə də hər əsəbləşəndə fikirləşin, buna dəyərmi?

(medicina.az)

Xəbər 1472 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +