“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


17.10.2019  09:07 

Vəhşi təbiətin ən yaxşı fotoları seçildi





A+  A-

Londonun Təbiət Tarixi Muzeyi hər il vəhşi təbiətin ən yaxşı fotolarının müsabiqəsini keçirir və ilin ən yaxşı fotoqrafını seçir.
XəzərNews.az-ın məlumatına görə, müsabiqənin builki qalibi Çindən olan fotoqraf Yuntsin Bao olub. O, tülkünün marmota hücum anını lentə ala bilib. Bundan əlavə, 19 kateqoriya üzrə ən yaxşı fotolar seçilib.

Müsabiqənin ən rəngarəng işlərini təqdim edirik:



Ekstrem buzlağında külək və soyuqdan qorunmaq üçün əyilən imperator pinnqviləri (Stefan Kristmann, Almaniya)



Efiopiyanın Simen Dağları Milli Parkında meymun balası ilə (Rikkardo Marçiani, İtaliya)



Çinin Milli Qoruğunda Kumukuli səhrasında antilop sürüsü (Şançjen Fan, Çin)



Adaçayı gülündən nektar toplayan kəpənək (Tomas İsterbruk, Böyük Britaniya)



Kanadanın Yukon ərazisində bir-birini qucaqlayan iki nazik buynuzlu qoyun (Ceremi Villet, Fransa)



Cənubi Tirolda (İtaliya) adi qurbağaların kütləvi miqrasiyası (Manuel Pleykner, İtaliya)



Norveçdə ərazisinə baxan berqut (Audun Rikardsen, Norveç)



Kosta-Rikanın tropik meşəsində kraliça və sürfələr üçün müvəqqəti yuva tikən köç edən qarışqa koloniyası (Daniel Kronauer, ABŞ)



Pataqoniyada (Çili) quanakonu itələyən puma (İnqo Arndt, Almaniya)



Kaliforniyanın Poynt Lobos Təbiət Qoruğunda Kaliforniya sərvi (Zoritsa Kovaçeviç, Serbiya/ABŞ)



ABŞ-ın Yellouston Milli Parkında qar fırtınası zamanı bizon (Maks Vo, ABŞ)



ABŞ və Meksika arasında tikilən divarın ərazisində erkək yaquarın görüntüsü (Alehandro Priyeto, Meksika)



Nyu-Yorkun (ABŞ) aşağı Manhetten rayonunda siçovullar (Çarli Hamilton Ceyms, Böyük Britaniya)



Havay adalarında Kilauea vulkanının Sakit okeana tökülən lava axını (Luis Vilarinyo Lopes, İspaniya).

Xəbər 2236 dəfə oxunub.



18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +