“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


14.10.2019  10:21 

İpoteka, sosial, kirayə mənzil - Azərbaycanlıların reallaşmayan ev arzusu





A+  A-

Ölkəmizdə evsizlik problemi ciddi xarakter alıb.
Əgər 20-25 il əvvəl evsizlik problemi daha çox gənc ailələrə şamil edilirsə, indi əhatə dairəsinin genişləndiyini, orta yaş həddində olan nəslin arasında da bu dairəyə düşənlərin kifayət qədər olduğunu demək olar. Dövlət tərəfindən bu istiqamətdə müxtəlif layihələr həyata keçirilsə də, həmin layihələrdən yararlananların sayı o qədər də böyük deyil. Başqa sözlə deyilsə, layihələrdən yararlananların sayı cəmiyyətə məlum olsa da, onların heç də hamısının evsiz və aztəminatlı əhali qrupuna aid olmadığı üzə çıxır.

Məlum olduğu kimi, ipoteka kreditləşməsi mənzil əldə etməyin yollarından biri kimi əhaliyə təklif olunur. Evsizlik problemi ciddi xarakter daşısa da, bu ilin yanvar-iyul ayları ərzində ipoteka kreditləşməsi ötən illə müqayisədə xeyli azaldığı məlum olub.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin yanvar-iyul ayları ərzində İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 113,3 milyon manat ipoteka krediti verilib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 27,05% azdır.

Məlumata görə, son 1 ildə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 8% artaraq 171 milyon manata çatıb, qiymətli kağızlar bazarında istiqraz buraxmaq yolu ilə cəlb etdiyi vəsaitlərin məbləği isə 40,7% azalaraq 80 milyon manata düşüb. Hesabat dövründə İKZF-ə dövlət büdcəsindən ayrılmış vəsait isə 60% azalaraq 20 milyon manat olub. Ölkədə mənzil problemi aktual olduğu halda, ipoteka kreditləşməsinin azalma səbəbləri maraq doğurur. Xatırladaq ki, mənzil əldə edilməsi üçün dövlət tərəfindən vətəndaşlara təklif olunan digər variantlardan biri isə Mənzil İnşaatı Dövlət Agentliyinin sosial mənzil layihəsidir. Bu ilin sonunadək isə satmaq öhdəliyi kirayə vermə mexanizminin işə düşəcəyi gözlənilir.

Hesab olunur ki, təklif olunan bu iki layihə ipoteka kreditləşməsinə olan marağı və tələbi azaldıb. Belə ki, ipoteka kreditlərinin əlçatan olmaması evsiz əhalinin digər layihələrə “bel bağlamasına” şərait yaradır. İpoteka və Kredit Zəmanət Fondundan da kreditləşməinin azalması tələblə əlaqələndirilib.

Fondun Administrativ departamentinin İctimaiyyətlə əlaqələr qrupundan “Cümhuriyət” qəzetinin sorğusuna verilən cavaba görə, adi ipoteka kreditləri üzrə limitlər illik qaydada Fondun cəlbetmə imkanlarına və əhali arasında bu kreditlərə formalaşmış tələbə uyğun ayrılır. Fonddan verilən açıqlamada, eyni zamanda o da qeyd olunub ki, adi ipoteka kreditlərindən fərqli olaraq, güzəştli ipoteka kreditlərinin həcmində artım müşahidə olunub.

Qeyd edək ki, Fondun cavabında bildirilir:

“Məlumdur ki, Azərbaycan əhalisinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə 2006-cı ildən etibarən ipoteka kreditləşməsi sisteminin tətbiqinə başlanılıb. 2006-2019-cu illərdə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1,33 mlrd.manat təşkil edib, bu kreditlər hesabına 27000-ə yaxın ailə öz yaşayış şəratini yaxşılaşdırmaq imkanı əldə edib.

Nəzərinizə çatdırırıq ki, adi ipoteka kreditləri Fond tərəfindən daxili maliyyə bazarlarından cəlb edilmiş, güzəştli ipoteka kreditləri isə dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına verilir. Məlumat üçün bildiririk ki, 2018-ci ilin yanvar-sentyabr aylarında 134 mln. manat adi, 49 mln. manat güzəştli ipoteka kreditləri, 2019-cu ilin analoji dövründə isə 64 mln. manat adi, 55 mln. manat güzəştli ipoteka kreditləri verilib”.

Cari ilin sonuna kimi müvəkkil banklar tərəfindən əlavə olaraq 40-45 mln. manat məbləğində adi ipoteka kreditlərinin verilməsi nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, adi ipoteka kreditləri üzrə limitlər illik qaydada Fondun cəlbetmə imkanlarına və əhali arasında bu kreditlərə formalaşmış tələbə uyğun ayrılır.

Göründüyü kimi, adi ipoteka kreditlərindən fərqli olaraq, güzəştli ipoteka kreditlərinin həcmində artım müşahidə olunub və ilin sonunadək bu məbləğin daha da artması gözlənilir”.

Fonddan əlavə olaraq qeyd edilir ki, 2019-cu ildə dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin 40 mln. manatı isə Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin satışının dəstəklənməsi üçün nəzərdə tutulub və Agentliyin sərəncamında olan mənzillərin satış tempindən asılı olaraq ilin sonunadək bu vəsaitlərin güzəştli ipoteka kreditlərinin verilməsinə yönəldilməsi təmin ediləcəkdir.

Sual yaranır ki, ipotekadan yararlana bilməyən “evsizlər” qeyd olunan digər layihələrdən yararlana biləcəklərmi?

Sosial mənzillərə gəldikdə, verilmə şərtlərindən məlum olur ki, adına müvafiq olmasa da, bu layihə aztəminatlılar üçün deyil, ödəniş qabiliyyəti olanlar üçün nəzərdə tutulub. Xatırladaq ki, şərtlərə uyğun olaraq güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olanlar güzəştli mənzillə sahiblənə bilərlər. Burada isə şəhid ailələri, Milli Qəhrəman (ailələri) və məcburi köçkünlər istisna olmaqla digər qruplar üçün mənzil əldə etməyin heç də əlçatan olmadığını qeyd etmək olar. “Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;”, “-ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;” “-fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;” “-idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);” kateqoriyalarının aid olduğu əhali qrupunu buna misal gətirmək olar.

Son ümidlər satmaq öhdəliyi ilə kirayə vermə mexanizminə yönəlsə də, ümidlərin doğrulub-doğrulmayacağı mexanizmin necə həyata keçirilməsindən asılı olacaq. Belə ki, qeyd edək ki, ilkin baxışdan şərtlər cəlbedici görünür. Rəsmi işsizlik və “kölqə iqtisadiyyatı”-nın mövcud olması nəzərə alınarsa, qaydalarda kirayəçinin gəlirinə, iş yerinə dair tələblərin olmaması xüsusi ilə əlverişlidir. Amma bu mənzillərə “evsizlər ordusu”-nun əlçatanlığı Fondun hansı mənzilləri alacağından asılı olacaq. İpoteka və Kredit Zəmanət Fondu əgər hündürmərtəbəli yeni tikililərdə olan mənzilləri alacaq və yüksək qiymətlərlə əhaliyə təklif edəcəksə, bu layihədən də evsizlərin “yaralı barmağına sarğı” olmayacağını əvvəlcədən demək olar. Belə ki, qaydalara müvafiq olaraq kirayə müqaviləsi imzalandıqdan sonra 3 iş günü müddətində kirayəçi aylıq ödənişin ən azı 12 mislini qabaqcadan Fondun hesabına ödəməlidir. Qeyd edək ki, yüksək məbləğlərdə təklif olunan mənzillər üçün bu məbləği də əvvəlcədən ödəmək əksər vətəndaşlar üçün problem yaradacaq. Digər tərəfdən isə aztəmintlı ailələrin 25 ilədək müddət ərzində hər ay yüksək məbləğli ayıq ödəniş qabiliyyətinin olub-olmayacağı sual yaradır.

Fond bu layihənin icrasında müxtəif məbləğli mənzillərin, eləcə də kiçik sahibkar və fiziki şəxslərin təklif etdiyi aşağı qiymətli həyət evərinin də alınmasına yer verərsə, aztəminatlı vətəndaşların bundan yararlanmaq imkanları daha yüksək ola bilər.

Hələ ki, ipoteka, eləcə də güzəştli ipotekaya əli çatmayanlar, “güzəştli mənzil” tələblərinə uyğun gəlməyənlər, sonda “ev”-lənmək həvəsi ilə “kirayəçi” olmağa ümidlidirlər. (cebhe.info)

Xəbər 1584 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +