UEFA “Neftçi”ni 40 min avro cərimələdi
Avtobusların hərəkət sxemi dəyişdirildi
İstirahət günü yağış yağacaq
“28 May”a gedən bütün küçələr bağlandı
Mitinqə görə metronun 3 stansiyası bağlandı
Axtarışda olan narkotik alverçiləri saxlanılıb
Yerə asteroid yaxınlaşır
Atəşkəs yenə pozuldu
Rusiyada bənd uçdu, 10 nəfər öldü
ABŞ-da sərnişin təyyarəsi təcili eniş etdi


12.10.2019  10:06 

Payızda immuniteti möhkəmləndirmək üçün 9 məsləhət





A+  A-

Payız mövsümündə immun sistemini möhkəmləndirmək olduqca vacibdir. Bu, soyuq fəsildə soyuqdəymə və iltihabi xəstəliklərin inkişafının qarşısını alır.
XəzərNews.az “MedikForum”a istinadən payızda immuniteti möhkəmləndirmək üçün 9 məsləhəti təqdim edir:

Sakitlik və yalnız sakitlik

Stress möhkəm sağlamlıq və immunitetin düşmənidir. O çox olduqca, sağlamlığınızla bağlı problem də çox olacaq. Ona görə də sakit və stresli situasiyalardan uzaq olmaq lazımdır. Streslə ən effektli mübarizə yollarından biri meditasiyadır.

Dadlı qida

Orqanizm daim faydalı maddələrə ehtiyac duyur – vitaminlərə, antioksidantlara, probiotiklərə, minerallara. Ona görə də daha çox tər meyvə, tərəvəz və giləvmeyvə qəbul etmək məsləhət görülür. Müxtəlifliyin çox olması immunitet üçün daha yaxşıdır. Bundan əlavə, immun sistemini gücləndirən probiotiklər də vacibdir.

İntensiv məşqlər

Belə məşqlər (həftədə 2 dəfə və daha çox) sağlamlığınızı artırır. Lakin yadda saxlayın ki, heç nəyin həddini keçmək lazım deyil. Axı onda əks effekt yarana bilər. Orqanizmə bərpa olunması üçün vaxt lazımdır, ona görə də məşqlərdən sonra istirahət edin.

Gəzintilər

Gəzinti zamanı insan immuniteti üçün çox vacib olan D vitamini qəbul edir. O, sümüklərin möhkəmlənməsinə, soyuqdəymə ilə mübarizə aparmağa kömək edir, əhvalı qaldırır. Üstəlik, bu vitamin virus və infeksiyalara qarşı daha dayanıqlıdır. Ona görə də immuniteti möhkəmləndirmək üçün tez-tez gəzintiyə çıxmaq lazımdır.

Masaj və sauna

Bu iki xoş təsir bağışlayan prosedur yetərincə faydalıdır. İmmuniteti möhkəmləndirmək üçün saunaya getmək zəruridir. Belə ki, yüksək temperatur bakteriyaların sağ qalmasını çətinləşdirir, masaj isə immun sisteminə pis təsir göstərən kortizolun (stress hormonu) səviyyəsini aşağı salır.

Dostlarla görüş

Dostluq görüşləri sağlamlıq durumuna xoş təsir göstərir. Məlum olub ki, tənha insanlarda stressin səviyyəsi daha yüksək olur ki, bu da immunitetə mənfi təsir göstərir. Ayda heç olmasa bir dəfə yeni insanla tanış olmaq, dostlarla görüşmək məsləhət görülür – onda immunitet qat-qat möhkəm olacaq.

Çox yatmaq

Keyfiyyətli yuxu daha sağlam olmağımızın qarantıdır.

Pis vərdişlərdən imtina

Pis vərdişlərin sağlamlığa müsbət təsir etməməsi hamıya məlumdur. Alkoqol və tütündən heç bir fayda ola bilməz. Ona görə də əgər immunitetinizi gücləndirmək istəyirsinizsə, belə vərdişlərdən uzaq olmalısınız.

Yaşıl çay

Bu içkinin tərkibində olan epiqallokatexin-qallat maddəsi orqanizmi sərbəst radikallardan qoruya biləcək güclü antioksidantdır. O, həm də immun sisteminin bakteriya və viruslarla mübarizə aparan T-hüceyrəsinə də kömək edir.



Xəbər 743 dəfə oxunub.



19.10.2019  13:54 

İstirahət günü yağış yağacaq

19.10.2019  11:20 

Yerə asteroid yaxınlaşır

19.10.2019  10:43 

Atəşkəs yenə pozuldu

18.10.2019  12:09 

Əsəbdən yaranan 7 xəstəlik

18.10.2019  09:57 

Bu ərazilərdə qaz kəsiləcək

18.10.2019  09:06 

“El Klasiko” təxirə salındı

18.10.2019  08:43 

Balın bilmədiyiniz faydaları

17.10.2019  21:34 

Ramal “Maşın”dan getdi


BÜTÜN XƏBƏRLƏR +