Əli Əsədovdan əhaliyə MÜRACİƏT
DYP-nin baxış bucağı və onun “902”-si
Hava şəraiti ilə bağlı xəbərdarlıq
İranda 12 nəfər koronavirusdan ölüb
Sabah yağış və qar yağacaq
Hərbçimiz şəhid oldu
Koronavirus neftin qiymətinə təsirsiz ötüşmür
“Qalatasaray” 21 illik tilsimi belə qırdı - VİDEO
Ermənilər cəbhədə snayperləri işə saldı
Ermənistan İranla sərhədi bağladı


10.10.2019  12:10 

“Firudun Cəlilovun dedikləri gopdur”





A+  A-

AXC hökumətində Təhsil naziri olmuş Firudun Cəlilovun test üsulunu Azərbaycanda mərhum Vurğun Əyyubun yox, özünün gətirməsi haqda iddialara keçmiş Baş Nazir Pənah Hüseyn münasibət bildirib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, P.Hüseyn sabiq nazirin açıqlamasını “yaramaz müsahibə” adlandırıb:

“Özünün dediyinə görə Firudin müəllim ildə bir neçə dəfə ürək əməliyyatına girir. Bəlkə anesteziyanın təsirindən hələ çıxmayıb?

Azərbaycanda qəbul imtahanları sahəsində hökm sürən korrupsiyanın aradan qaldırılması üçün test imtahanı sisteminin tətbiqi ideyası da, birbaşa prezidentə tabe olan orqanın, TQDK-nın yaradılması ideyası da, bu ideyaların reallaşdırılması ilə bağlı icraya yönəlik rəsmi göstərişlər də birbaşa Elçibəyə məxsusdur və AXC-nin seçki platformasına daxil idi. F.Cəlilovun guya bu məsələ ətrafında Prezidentlə davalar, mübahisələr etməsi, Prezidentin məni F.Cəlilova aid məsələlərə razı salmaq üçün onun yanına göndərməsi barədə deyilənlər isə belə demək mümkünsə, sadəcə gopdur və o dövrdə idarəçilik sistemində işləyənlərdə yalnız gülüşə və bir də Firudin müəllimin sağlıq halına dua oxumağa səbəb ola bilər.

Firudin müəlim ümumiyyətlə prezidentin qəbulunda, məncə, heç bir dəfə də olmayıb. Çünki əlifba əhvalatlarından sonra Elçibəy onu silmişdi və sonradan vəzifədə də mənim təkidlərimdən və xahişlərimdən sonra saxlamışdı. Bir şərtlə ki, F.Cəlilov onun gözünə görünməsin və mənimlə işləsin. Bunu ki, hamı bilir! Mənim Firudin müəllimin yanına gedib gəlməyimə gəldikdə isə açığı mən onun heç hansı kabinetlərdə oturduğu bir yana qalsın, kabinetinin hansı mərtəbədə olduğunu da bilməmişəm. Çünki, buna ehtiyac olmayıb.

F.Cəlilovun dediklərində bir şey düzdür. O da TQDK sədrliyinə mərhum Vurğun Əyyubu razı salmağı. Mən bir neçə dəfə demişəm ki, Vurğun Əyyubun namizədliyini F.Cəlilov irəli sürüb. Əslində bu dəqiq deyil. Vurğun Əyyuba prezidentin təklifini mən bildirmişdim və o bizim komanda ilə işləmək istəmədiyini deyib təklifdən imtina etmişdi. Müəyyən narazılıqları vardı. Prezidentin Vurğun bəyi TQDK sədrliyində görmək istəməsinin səbəbi o idi ki, Vurğun bəy, 1991-ci ildə AXC tərəfindən Azərbaycandan ilk olaraq Türkiyə univesitetlərinə göndərilən 50 nəfərlik tələbə qəbulunu çox parlaq şəkildə həyata keçirmişdi və Elçibəy bunu həmişə təqdirlə qeyd edirdi. Mən Firudin müəllimə Vurğun Əyyubun Prezidentin təklifini qəbul etmədiyini demişdim o da danışıb razılığa gətirmişdi, bu qədər. İndi bu adam deyir ki, guya Prezident V.Əyyubun namizədliyinin əleyhinə olub! Ya sənin Prezidentlə danışmaq imkanın var idimi ki, onun nəyə razı olması, ya etiraz etməsini biləsən?!

Mən Firudin müəlimə hörmətlə yanaşmışam. Onun xidmətlərini qiymətləndirmişəm. Və zaman-zaman demişəm ki, bu doğru olmayan söhbətləri qurtar. Hər kəs olduğu və durduğu yerdə böyükdür. Belə görünür ki, inandıra bilməmişəm.Təəssüf”.

Xəbər 966 dəfə oxunub.



24.02.2020  13:38 

Sabah yağış və qar yağacaq

24.02.2020  13:11 

Hərbçimiz şəhid oldu

24.02.2020  12:43 

Tramp ilk dəfə Hindistana getdi

23.02.2020  14:52 

İranda güclü zəlzələ

23.02.2020  13:11 

Şamaxıda zəlzələ oldu

23.02.2020  12:16 

Kələm turşusunun faydaları


BÜTÜN XƏBƏRLƏR +