Bu gün 7 şagird virusa yoluxub
Yoluxanların sayı artdı
Sabah hava dumanlı olacaq
Deputat da “Pikap”ların yığılmasından danışdı
Eldar Həsənovun şəriki də həbs edildi
“Medistyle” qanunsuz işləyirmiş
Azərbaycanda həkimlərin sayı kəskin azalıb
Sabaha olan hava proqnozu
Metroda problem yarandı
Gürcüstanda yoluxma sayı 200-ü keçdi


07.10.2019  17:12 

“Azərbaycanda orqanlarını bağışlayanlar çoxalıb“ - Direktor





A+  A-

Milli Məclisin deputatı, AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru
XəzərNews.az-ın məlumatına görə, Aytən Mustafazadə Modern.az-a müsahibəsində deyib ki, orqanlarını bağışladığını vəsiyyət edib.

Daha əvvəl millət vəkili Qənirə Paşayeva da belə bir addım atmış və orqanlarını bağışladığını təsdiqləyən vəsiyyətnamə yazmışdı. Eks-deputat Ceyhun Osmanlı da əvvəllər belə bir vəsiyyətnamə ilə çıxış etmişdi.

Dünya təcrübəsində geniş istifadə olunan orqan bağışlanması mövcud qanunvericiliyə görə ölkəmizdə də tətbiq oluna bilər. Qanunun tələbinə əsasən, orqan bağışlanması könüllülük əsasında həyata keçirilir. Orqanın alqı-satqı obyekti olmasına icazə verilmir və bu cinayəti törədənlər üçün sərt cəza qaydaları mövcuddur.

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri Mircəlal Kazımi Modern.az-a deyib ki, hazırda orqan bağışlanması üçün müraciət edənlər var, lakin bu üsul hələ ki tətbiq edilmir.

"Orqan bağışlanması haqqında qanun tətbiq ediləndən sonra müraciət edənlər olur, lakin ölkədə bu sistem işləmədiyi üçün müraciətləri qəbul edə bilmirik. Orqan köçürülməsi işləri isə artıq uzun müddətdir ki, tətbiq olunur. Həm böyrək, həm də qaraciyər köçürülməsi üçün müraciət edənlərin sayında əvvəlki illərə baxdıqda çoxalma da var. Belə ki, bu il ümumilikdə 44 qaraciyər, 52-56 arasında böyrək köçürülməsini həyata keçirmişik".

Orqan bağışlanması barədə müraciət edən şəxslərin arasında tanınmış şəxslərin də olduğunu deyən şöbə müdiri "onlar icazə vermədiyi üçün adlarını açıqlaya bilmirəm” söyləyib.

Xəbər 1494 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.09.2020  17:54 

Bu gün 7 şagird virusa yoluxub

23.09.2020  17:21 

Yoluxanların sayı artdı

23.09.2020  13:43 

Sabah hava dumanlı olacaq

23.09.2020  11:58 

Navalnı xəstəxanadan buraxıldı

22.09.2020  22:03 

Sabah bu ərazilərdə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +