Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


04.10.2019  15:43 

Azərbaycanda sahibkarlar üçün kredit almaq asanlaşdı





A+  A-

Azərbaycanda əhalinin layiqli həyat səviyyəsini təmin etmək və sosial rifahını yüksəltmək, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafına nail olmaq dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir.
XəzərNews.az İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, son illərdə həyata keçirilən, konkret hədəflərə yönəlmiş məqsədyönlü islahatlar nəticəsində ölkədə biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi istiqamətində bir sıra nailiyyətlər əldə edilib, bu sahədə mühüm institusional tədbirlər həyata keçirilib.

Həyata keçirilmiş islahatlar çərçivəsində ölkədə kredit zəmanət mexanizmi və həmin mexanizm çərçivəsində dövlət büdcəsi vəsaiti hesabına faiz subsidiyalarının verilməsi kimi maliyyə dəstəyi aləti yaradılıb.

2018-ci ilin sonlarından etibarən İpoteka və Kredit Zəmanət Fondu (Fond) tərəfindən kredit zəmanət mexanizminin və faiz subsidiyalarının verilməsinin tətbiqinə başlanılıb, bu dövr ərzində Fondun dəstəyi ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə (qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı) 41,759,000 manat məbləğində sahibkarlıq kreditlərinin verilməsinə nail olunub.

Dövr ərzində Fond tərəfindən mövcud problemlərin öyrənilməsi və kredit zəmanət mexanizminin təkmilləşdirilməsi məqsədilə dövri olaraq müvəkkil banklarla və sahibkarlarla görüşlər keçirilib, bu sahədə beynəlxalq təcrübə araşdırılaraq müvafiq təhlillər aparılıb. Təhlillər kiçik və orta sahibkarlıq subyektlərinin banklara müraciət edərkən təminatla (girovla) bağlı yüksək tələblərlə rastlaşdıqlarını və nəticədə onların maliyyə mənbələrinə (kredit) çıxış imkanlarının məhdud olduğunu göstərib.

Aparılmış təhlillərin nəticəsi olaraq, zəmanət mexanizminin tətbiqində risklərin tənzimlənməsi baxımından tam yeni yanaşma tətbiq edilib və mövcud mexanizm çərçivəsində sahibkarlıq kreditlərinin verilməsi zamanı təminatla (girov) bağlı tələblər aradan qaldırılıb. Həyata keçirilmiş dəyişikliklər nəticəsində artıq Fondun kredit reytinqi modelinə əsasən aşağı risk kateqoriyasına aid edilmiş, lakin təminat səviyyəsi qənaətbəxş olmayan sahibkarlar üçün Fondun zəmanəti ilə təminatsız sahibkarlıq kreditlərindən istifadə imkanları yaradılıb.

Mövcud mexanizm çərçivəsində verilən sahibkarlıq kreditləri üzrə təminata dair tələblərin aradan qaldırılması daha çox sahibkarlıq subyektinin maliyyələşməsinə, təminat yetərsizliyi olan sahibkarların maliyyə resurslarına çıxış imkanlarının artırılmasına, nəticə etibarilə iqtisadiyyatın şaxələnməsinə, iqtisadi aktivliyin və ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsinə şərait yaradacaq.

Xəbər 1640 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +