Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


04.10.2019  11:36 

“Ya da Lüksemburq təxribat törədənlərlə birbaşa əlbirdir”





A+  A-

YAP-çı deputat Siyavuş Novruzov dünən “Qarabağ”ın oyununda ermənilərin törətdiyi təxribatdan danışıb.
S. Novruzov XəzərNews.az-a açıqlamasında cəsarətli və qətiyyətli addımlarına görə futbolçularımıza təşəkkür edib:

““Düdelanj”ın meydançasında 4 qol vurmaq elə həmin təxribata cavab idi. Ümumiyyətlə, ermənilər təxribat törətməklə idmanı da siyasiləşdirməyə can atırlar. “Eurovision” müsabiqəsində də belə təxribat var idi. Təqdimatı həyata keçirən diktorun əlindəki emblemin arxasında Ağrı dağın şəkli var idi. Halbuki Ağrı dağı Türkiyənin ərazisindədir. Dədə- babadan da türkün olub və türkün də olacaqdır.

Dünən baş verənlər də elə hər şey üst-üstə düşdü. Azərbaycan prezidenti ötən gün Soçidə çıxışında "Qarabağ Azərbaycandır" deyərək məsələyə nida vurdu. Dağlıq Qarabağ əzəli və əbədi olaraq Azərbaycanın torpağıdır. Bu bir daha onu göstərir ki, Azərbaycanın Ali Baş Komandanı, hər bir əsgəri, idmançısı və vətəndaşı bu məsələdə heç bir güzəştə gedə bilməz. Ermənilər bu məsələni uzatmaqla çalışırdı ki, insanların yadından çıxarsın və buna sonradan hüquqi don da geyindirdilər. Lakin yeni yetişən gənc nəsil, bütövlükdə Azərbaycan xalqı gün- gündən Qarabağa daha da yaxınlaşır. İstər aprel döyüşləri, istərsə də ATƏT-in həmsədrlərindən biri olan bir ölkənin ərazisində ölkə başçısının dünənki etdiyi çıxış, istərsə də Azərbaycan futbolçuları Avropanın mərkəzində buna birdəfəlik nöqtə qoydular”.

Deputat təxribatı törədənlərə stadionda kimlərsə tərəfindən istiqamət verildiyini nəzərə çatdırıb: “Orada stadiondan kimsə var idi ki, kənardan onlara birbaşa istiqamət verirdi. Yəni, təxribat stadionun özündə qurulmuşdu. Meydança sahibləri, hakim, Lüksemburqun idman naziri futbolçularımızdan üzr istədi. Ancaq bu əsas deyil. Birbaşa Lüksemburq dövləti Azərbaycan xalqından üzr istəməlidir. Ona görə ki, bu cür oyunları təşkil edə bilmirlər.

Fikir verirsinizsə, nə üçün beynəlxalq tədbirləri, yarışları Azərbaycanda keçirirlər?! Biz hətta ermənilərin beynəlxalq yarışlarda Azərbaycana gəlməsinə və onların təhlükəsizliyinin qorunmasına tam şəkildə zəmanət vermişik. Onlar müxtəlif yarışlarda da gəlib Bakıda iştirak ediblər. Çünki Azərbaycan bütün bu məsələlərin məsuliyyətini dərk edir. Dərk etdiyinə görə də, həm təhlükəsizlik, həm də hər hansı təxribat baxımından hər bir məsələni ölçüb-biçir. Ona görə də bütün beynəlxalq forumlar, dövlət başçılarının görüşləri, beynəlxalq idman, musiqi yarışlarını təşkilatçılar həmişə Azərbaycana böyük məmnuniyyətlə salırlar.

Avropa Liqasının final oyunu Bakıda keçirildi. 70 min azarkeşin toplandığı stadionda heç bir təxribat baş vermədi. Halbuki qabaqcadan deyirdilər ki, hansısa təxribatlar ola bilər.

Lakin Avropanın mərkəzində belə bir tədbirin keçirilən zaman bu baş verdi. O dronun yerinə hər hansı terror aktı da baş verə bilərdi. Deməli, bunların təhlükəsizlik orqanlarının işi bundan ibarətdir. Ya onlar işləmirlər, yerində deyillər, ya da ki təxribat törədənlərlə birbaşa əlbirdilər. Bunun başqa adı yoxdur”.

Xəbər 1261 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +