“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


24.09.2019  09:15 

Sabiq nazir 50 milyon manatlıq binasını satışa çıxardı





A+  A-

Son zamanlar AtaBankın müştəriləri olan sahibkarların, əmanətçilərin və digər fiziki şəxslərin bankın fəaliyyəti ilə bağlı haqlı narazılıqları ciddi şəkildə artıb.
XəzərNews.az-ın xəbərinə görə, bu haqda "Yeni Sabah”a məlumat verən mənbə bildirib ki, sahibkarlar hesabları üzrə əməliyyatlarını vaxtında apara bilmədiklərindən, əmanətçilər isə əmanətlərini vaxtında ala bilmədiklərindən əziyyət çəkirlər. Buna səbəb bankda ciddi şəkildə likvidlik probleminin yaranmasıdır. AtaBankla bağlı ciddi problemlərlə üz-üzə qalan insanlar Maliyyə Bazarlarına Nəzarət Palatasına, Prezident Aparatına və digər ünvanlara şikayət ərizələri ünvanlayırlar.

Bir müddət öncə hay-küylü qərarları ilə gündəmə gəlmiş bankın sahibi, eks nazir Fazil Məmmədovdan isə heç bir xəbər olmadığı bildirilir. Bankın batmasını kənardan izləyən Fazil Məmmədov banka heç bir maliyyə dəstəyi göstərmir. Baxmayaraq ki, bankın ağır duruma düşməsinin əsas səbəbi kredit portfelinin əsas hissəsinin onun özünə məxsus şirkətlərdə olması və bu kreditlərin ödənilməməsidir.

Eyni zamanda bu illər ərzində sahibi kimi Fazil Məmmədovun banka nəzarəti düzgün həyata keçirməməsi nəticəsində yaxın qohumları tərəfindən bankın düzgün idarə edilməməsi, idarəçilikdə intriqalara yol verilməsi nəticəsində ciddi nöqsanların yaranması olduğu qeyd edilir.

Bankın ağır duruma düşməsinə səbəb olan amillərdən biri də bank tərəfindən keçən ilin oktyabr-dekabr aylarında əmanət kampaniyası keşirilməklə, nəticədə yüksək faizlərlə əhalidən milyonlarla əmanət cəlb edilməsi olunub.

Mənfi cəhət ondan ibarətdir ki, yüksək faizlərlə əhalidən müxtəlif hədiyyələrlə cəlb edilmiş əmanətlər real dövriyyəyə buraxılmayıb. Bank cəlb olunmuş məbləğləri cari ehtiyaclarına sərf edib ki, nəticədə mənfəətlik təmin edilməyib. Böyük həcmdə yüksək faizlərlə cəlb olunmuş əmanətlərə görə faizlərin ödənilməsi üçün bankın gəlir mənbəyi yoxdur. Getdikcə kiçilən kredit portfelinin 70 faizi problemli statusdadır. Hazırda bankda vəsaitin olmaması səbəbindən əməliyyatlar aparmaq mümkün olmur. Müştərilərin bildirdiyinə görə, bankın heç bir bankomatında pul yoxdur. Bankın vəsaiti olmadığı üçün sahibkarların hesabları üzrə köçürmələrini apara bilmir. Ən acınacaqlısı isə odur ki, vaxtı çatmış əmanətlərin qaytarılmasında ciddi problemlər var.

Bu ilin oktyabr ayından etibarən həmin əmanətlərin hesablanmış illik faizləri ilə birlikdə qaytarılma müddəti bitir. Məlumata görə AtaBankda yaranmış vəziyyətdən xəbərdar olan əmanətçilər hazırda vaxtından qabaq əmanətlərini geri tələb etməyə başlayıblar.

Bankda isə böhran vəziyyətinin günü-gündən pisləşdiyi müşayət olunur. Hazırda çıxış yolu kimi bankda olan əmlakların dəyər-dəyməzinə satılması prosesinə başlanılıb. Hətta iş o yerə çatıb ki, son ümid yeri kimi bankın yeni inzibati binası olaraq nəzərdə tutulmuş Xocalı prospektində yerləşən 16 mərtəbəli əmlakının da satışa çıxarıldığı bildirilir.

Oktyabr-dekabr aylarında kütləvi müştəri tələbini təmin etmək üçün Fazil Məmmədov tərəfindən belə bir addımın atıldığı iddia olunur. 50 milyon dəyərində olan bu əmlakın satılması fonunda da bankın vəziyyətinin düzəlməsi mümkün olmayacaq. Ümumilikdə 500 milyona yaxın öhdəliyi olan və hazırda stabil gəlir əldə edə bilməyən bankın öz əmlaklarını satmaqla hansı nəticəyə nail olacağı qeyri-müəyyəndir.

Məlum olduğu kimi Palata növbəti ilin yanvar ayından banklar üzrə adekvatlıq tələblərini sərtləşdirməyi planlaşdırır. Belə olan təqdirdə onsuz da dərin likvidlik problemi yaşayan, prudensial tələblərə cavab veməyən AtaBankın malik olduğu qeyri-qənaətbəxş imkanlarına görə növbəti ildən nəzarət orqanlarının tələblərinə tab gətirə bilməyəcəyi şübhə doğurmur.

Görünən mənzərə onu dəməyə əsas verir ki, növbəti ilin əvvəlinə kimi bankın bağlanmasına bir növ hazırlıq gedir.



Xəbər 1144 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +