Ankarada terrora hazırlaşan 9 şübhəli tutuldu
““Uşaq pulu”na 18-35 milyard pul lazımdır” - Nazir
Vaqif Əsədov xəstəxanaya yerləşdirildi
AFFA bu klubları cərimələdi - SİYAHI
Sabahın hava proqnozu AÇIQLANDI
ATƏT Tərtərdə monitorinq keçirdi
Spikerdən deputatlara XƏBƏRDARLIQ
Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır
Cəbhədə silahlar susmur
Feysbukdan daha bir YENİLİK


17.09.2019  11:06 

Bakıda arvadının üstünə benzin tökən polisləri də yandırmaq istəyib - Rəsmi





A+  A-

Bakıda arvadını yandırdıqdan sonra polisləri də yandırmaq istəyən şəxs saxlanılıb.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, sentyabrın 15-də Rasim Əhmədli keçmiş arvadı Aynurə Məmmədzadənin yaşadığı evə gedib özü ilə gətirdiyi plastik qabda olan ağ neft məhlulunu sonuncunun üzərinə tökərək yandırmağa cəhd edib, daha sonra isə onu sakitləşdirməyə çalışıb qanunsuz hərəkətlərinə son qoymağı tələb edən polis əməkdaşlarının üzərinə alışdırıcı məhlulu tökərək onları yandırmaq istəyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) və 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. İş üzrə hadisə yerinə baxış keçirilib, şahidlər müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

R.Əhmədli şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 505 dəfə oxunub.



13.11.2019  16:18 

Gəncədə narkobaron saxlanılıb

13.11.2019  13:43 

Sabahın hava proqnozu AÇIQLANDI

13.11.2019  12:35 

Spikerdən deputatlara XƏBƏRDARLIQ

13.11.2019  11:37 

Gürcüstanda zəlzələ olub

13.11.2019  09:57 

Cəbhədə silahlar susmur

13.11.2019  09:07 

Feysbukdan daha bir YENİLİK


BÜTÜN XƏBƏRLƏR +