Yevda Abramov vəfat etdi
Azərbaycan gündəlik neft hasilatını azaldacaq
Putin Zelenski ilə ayrıca görüşəcək
“WhatsApp“da bu funksiyalar ləğv olunacaq
Bakıda bayram yarmarkaları təşkil edələcək
Bu marşrutun hərəkət istiqaməti dəyişdirildi
Keçmiş DİN nazirinə 15 illik həbs cəzası
2020-ci ilin rəngi açıqlandı
Fransada etirazçıların sayı 1 milyonu keçdi
ATƏT-in Minsk Qrupu bəyanat yaydı


11.09.2019  13:36 

Sabah 28 dərəcə isti və yağış gözlənilir





A+  A-

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
XəzərNews.az-a daxil olan məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 24-27, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında isə sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 11-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Xəbər 595 dəfə oxunub.




06.12.2019  21:54 

Yevda Abramov vəfat etdi

06.12.2019  18:34 

Gələn həftə üçün məzənnə

06.12.2019  14:29 

Sabaha yağış, qar gözlənilir

06.12.2019  11:20 

Polis 12 şübhəlini saxladı

06.12.2019  09:07 

2020-ci ilin rəngi açıqlandı


BÜTÜN XƏBƏRLƏR +