Azərbaycanlı rəis Rusiyada saxlanıldı - VİDEO
FHN 3 yaşlı körpəni belə xilas etdi - VİDEO
Ukraynada Azərbaycan əsilli hərbi qulluqçu şəhid olub
İntim görüntüləri yayılan şöbə müdiri istefa verdi
Aeroport şosesində qəza oldu
Bu gün imtahan idi: 6 nəfər qovuldu
Sumqayıtda güllələnmə: Bir nəfər ölüb
Sabah 40° isti olacaq
Azərbaycanlıların məskunlaşdığı hostelə polis basqın edib
Fərid Əhmədov Mirsaleh Seyidovu devirmək istəyir?


30.08.2019  10:57 

Kondisionerdən bu qaydada istifadə XƏRÇƏNG YARADIR





A+  A-

Tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov bildirib ki, radioaktiv qazlar siqaret tüstüsündən daha təhlükəklidir.
XəzərNews.az publika.az-a istinadla xəbər verir ki, həkimin sözlərinə görə, xüsusən böyüklərdə ağciyər, uşaqlarda isə leykoza səbəb olan radioaktiv qazlar hər birimizin evində var. Ş.Məmmədov xərçəngin yaranma səbəblərindən birini belə izah edib:

"ABŞ kimi inkişaf etmiş ölkədə hər 15 evdən 1-i yüksək konsentrasiyadadır. Konsentrasiyası 1 litr havada 4 pikokuridən çox olarsa, xərçəng törədir. Radon qazı radioaktivdir, ən stabil izotopu 222 olsa da, 36 cürbəcür izotopu vardır. Atom çəkisi 86-dır. O, yerin altında qaya və torpaq arasında radioaktiv urandan əmələ gəlir. Divarlardan keçən su, qaz boruları ilə divar arasından evə keçir. Əgər çatlar böyükdürsə, ya su, qaz turbalarının keçdiyi yerlər tam hermetik suvanmayıbsa, bu qazın konsentrasiyası daha da artır. Radon qazı hazırda ağciyər xərçənginin ən öndə gedən səbəbləri arasındadır. Tək ABŞ-da ildə 21000 insan radon qazı nəticəsində xərçəngə tutulur.

Əgər evdə kondisioner işlədirsinizsə və pəncərələri bağlamısınızsa, radon qazı ilə nəfəs alırsınız. Xüsusi gümüş filtrli kondisionerlər radon azaldıcı qabiliyyətə malikdir. O, iysiz, dadsız, heç bir qıcıqlanma verməyən qazdır. Xüsusi cihaz vasitəsilə evlərdə radon qazının səviyyəsini ölçən, onun səviyyəsini azaldan cihazlar mövcud olsa da, ölkəmizdə o cihazlara rast gəlməmişəm.
Evlərdən pəncərələrin açıq olması və tavandan asılan ventilyatorlar havadan radonun təmizlənməsinə kömək edir. Bir də qazın çıxması üçün binalarda hər evdə boru (baca) quraşdırılır, adətən mətbəx otağında olur, həmin sistemin düzgün işləməsinə əmin olun. Odur ki, pəncərəni heç qışda da bağlamayın".

Sonda həkim qeyd edib ki, kondisioner radon əmələ gətirmir. Kondisioner işlədiyi üçün insanlar qapı və pəncərələri kip bağlayır. Nəticədə radon çölə çıxa bilmir.


Xəbər 3433 dəfə oxunub.




13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu

13.07.2025  12:34 

Ölümlə danışarsan...!

13.07.2025  11:54 

Sabah 40° isti olacaq

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb


BÜTÜN XƏBƏRLƏR +