İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


27.08.2019  10:34 

Əfqan Həmzəyev “od püskürdü“: “Kim kimin qohumudusa, gətirib soxuşdurub, hakim edirlər“





A+  A-

Azərbaycan Premyer Liqasında artıq 2 tur geridə qalıb. Bu müddət ərzində hakimlərlə bağlı xeyli şikayətlər var. Elə 2-ci turda "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov, o cümlədən "Sumqayıt"ın prezidenti Riad Rəfiyev idarəçiliklə bağlı narazılığını bildirdi. İlk turda da səhvlərlə bol olan hakim idarəçilikləri nəzərə çarpmışdı. Bütün bunlar o anlama gəlir ki, Azərbaycana hakim yetişdirmək adı ilə dəvət olunan Fritz Ştuxlik işinin öhdəsindən gələ bilmir. Üstəlik anormal addımları ilə olan-qalanları dağıtmaqla, hakimləri uzaqlaşdırmaqla məşğuldu.
Son iki tura əsasən Azərbaycanda hakimliyin hazırkı səviyyəsi ilə bağlı sabiq referi Əfqan Həmzəyevin fikirlərini öyrəndik. O, Sport7.az-a müsahibəsində Azərbaycanda hakimliyin səviyyəsini bütün çılpaqlığı ilə ortaya qoydu deyə bilərik:

- Əfqan bəy, artıq Premyer Liqamızda iki tur geridə qalıb. Hakimliyin səviyyəsi haqda fikirləriniz necədi?

- Birinci turda "Qarabağ"la "Keşlə"nin oyununda Orxan Məmmədov Mahir Əmrəliyə qarşı qayda pozuntusunu qeydə almadı. Ümumiyyətlə imkanlarından aşağı səviyyədə hakimlik etdi. Rəvan Həmzəzadənin səhvlərini gördüm. Rəvan perspektivli hakimdi. Amma neçə ildi səviyyəsindən aşağı oyun idarə edir. Bilmirəm səbəb nədi. 2-ci turda iki oyun biabrçılıqla yadda qaldı. Vüqar Həsənli gənc hakimdi, artıq ikinci ildi Premyer Liqada oyun etibar edirlər. Amma necə biabırçı idarəçilik etdiyini siz də gördüz. "Sumqayıt"ın prezidenti, o cümlədən Tərlan Əhmədov da tamamilə haqlı şikayət etdilər. "Qarabağ" - "Qəbələ" oyununda İnqilab Məmmədov sadəcə, qorxaqlığını nümayiş etdirdi. Komandanın adından, səviyyəsindən qorxdu. Adam adama necə yumruq vurmalıdı ki, qırmızı vərəqə ilə cəzalandırasan? Almeydanın epizodunu nəzərdə tuturam. Onun zərbəsindən sonra rəqib oyunçu az qalırdı ki, komaya düşsün. Həkimlər 2 dəqiqədən çox çalışdılar ki, oyunçunu ayıltsınlar. Özü də Almeyda bilərəkdən vurmuşdu. Oyunçunu görürdü və bu mübarizə şəraiti deyildi. FİFA-nın isə birmənalı təlimatı var. Mübarizə top uğrunda deyilsə və futbolçuda rəqibə qarşı aqressiya varsa, onu meydanda saxlamağın mənası yoxdu. Birbaşa qırmızı vərəqə ilə Almeydanı meydandan qovmaq lazım idi. Adam açıq dirsəklə oyunçunun sifətini "dağıtmışdı". Niyə sarı vərəqə göstərirsən? İmkanım olsaydı, o hakimdən, elə Ştuxlikin özündən də soruşardım ki, niyə sarı vərəq göstərdi? Protokola nə yazıb hakim? Anlamı nədi? Konkret, hakimlər çempionata hazır deyil. Çünki Hakimlər Komitəsinin sədri getdi oturdu Avstriyada, dincəldi. Təbii ki, insandı, hər kəsin istirahət haqqı var. Ancaq hakimlərimiz burda boş qaldı. Öz-özlərinə məşq edirdilər. Düzdü, fiziki hazırlıq keçirdilər. Lakin elə gənc hakimlər var ki, metodikasızdı. Sırf epizodları bunlara izah edən yoxdu. Eşitdiyimə görə iclaslarda Ştuxlik epizodu göstərir və yalnız düzgün olub-olmadığını deyir. Yəni, həmin qərar, nə də epizod izah olunur. Hardan başladı, harda bitdi, niyə səhv etdi, mövqe düzgün deyildi, yoxsa fiziki hazırlıq, ya da metodika zəifdi? Qarşısını kəsdilər, yoxsa nə mane oldu ki, oyunçu həmin epizodu görmədi? Söhbət bunlardan gedir. FİFA hər il hələ, təkcə elit qrupda olan hakimlər üçün 6-7 toplanış təşkil edir. Hansı ki, bu tip hakimlərə, yeri gələndə, heç hazırlıq lazım deyil. Amma FİFA təlim keçir. Çünki daim fiziki hazırlıq, metodika yüksək səviyyədə olmalıdı? Təkcə fiziki hazırlıqla da iş bitmir. Azərbaycanda hakimlərdən hər ay fiziki testlər götürülür. Mən anlamıram, hansı düşüncə, ağıl, zehniyyətlə hər ay hakimlərimizdən fizki hazırlıq testləri götürülür? Dünaynın heç bir ölkəsində belə olmur. Ancaq bizdə edirlər, özü də məqsədli şəkildədi. Nə edərlər özləri bilər, işlərinə qarışmıram. Sadəcə, səhvini hakimə izah etmək lazımdı. Hakim özü də izah verməlidi. Ümumiyyətlə hakimə qulaq asmaq, diqqətlə dinləmək lazımdı. İnkişaf etmiş ölkələrdə belədi. Mən dəfələrlə oyunlar idarə etmişəm. Xaricdən gələn hakim-inspektorlara diqqətlə qulaq asmışam, icazə alıb iclaslarda oturmuşam ki, görüm necə analiz edirlər. Əslində necə olmalıdı? Hakim-inspektor iclasda ümumi fikirlərini bildirir. Daha sonra hakimə söz verir ki, görsün onun fikri necədi? Hakim-inspektorun öz rəyi olur. Sadəcə, hakimin fikri maraqlıdı ki, görəsən səhvini necə izah edəcək? Yaxud elə inspektor var ki, epizodun səhv və ya düz olduğunu özü də bilmir, anlamır. Nə olsun ki, beynəlxalq dərəcəlidi? Onların da zəif tərəfləri olur. Hakimin izahından çox şey asılıdı. Elə hakim var ki, öz fikrini inspektora "yedirdə" bilir, sözünü keçirir. Bunun üçün metodiki hazırlıq lazımdı. Qaydaları bilməklə də iş bitmir, onları meydanda tətbiq etməlisən.

- Geridə qalan turlarda hansısa qərəzli qərar və ya idarəçilik hiss etdizmi?

- Deyilənə görə Vüqar Həsənli qərəzli qərarlar verib. Amma buna inanmıram. Gənc hakimdi, hansı qərəzdən söhbət gedə bilər. Ələxsus da, "Sumqayıt"ın və ya kiminsə xeyrinə. "Səbail"in kimin komandası olduğunu bilirik. Amma inanmıram ki, o ada görə "Səbail"ə kömək edələr. Sadəcə, hakimliyin səviyyəsi aşağıdı. İndidən sonra 10 ildə keçsə, yenə eyni qalacaq. Çünki təkcə bir nəfəri gətirib Hakimlər Komitəsinə sədr qoymaqla, nəyisə dəyişmək qeyri-mümkündü. Hakimlərlə komleks iş görülməlidi".

- Fritz Ştuxlik gələndən sonra hakimliyimizdə hansısa dəyişiklik, irəliləyiş olub?

- Nə irəliləyiş? Hansı irəliləyiş? Kimi üzə çıxardılar? Kim çıxıb yaxşı hakimlik etdi ki, biz görmədik? Köhnə hamam, köhnə tas. Hamısı Xaqani Məmmədovun tapıb üzə çıxardığı hakimlərdi. İndidən sonra 4-5 il də onlar idarəçilik edəcək. Çünki arxadan gələn yoxdu. Gələnlər də düzgün deyil. Hakim tam hazırlıqlı şəkildə gəlməlidi. Ümumiyyətlə insan futboldan hakimliyə gəlməlidi. Futbol hakimliyi etmək istəyən, bu oyunun anlamını bilməlidi. Başa düşməlidi ki, necə idman növüdü. Azərbaycanda bura pul, şan-şöhrət üçün, adamı olanı tutub gətirirlər. Kimisə xahiş-minnətlə, adamı olduğu üçün, yaxud telefon zəngi ilə soxuşdururlar. Hərə öz adamın gətirir. Azərbaycanda hakimlik bu dəqiqə gətirhagətirdi. Belə olmaz, mümkün deyil. Hakim olmaq istəyən, futbolu sevməlidi. Harda hakimlik edəcəyini bilməlidi. Futbol mübarizədi. Dərk etmək lazımdı ki, iki nəfər mübarizə aparırsa, burda hansı futbolçu qayda pozuntusuna yol verdi. Ümumiyyətlə, bizdəki gənc hakimlərdən soruşun ki, "futbolun anlamı nədi?" Görün onların 90 faizi sizə nə cavab verəcəklər. İngilis dilini bilməklə hakimlik mümkün deyil. Bir oyunçu gözünün qarşısında dirəsklə vurub digərini yıxırsa və hakim buna görə ancaq sarı vərəqə göstərirsə, deməli hər şey aydındı. Hansı hakimlikdən söhbət gedə bilər? "Sumqayıt"la "Səbail"in oyununda futbolçu qapıçı ilə təkbətək qalırsa və onu keçirsə, qapıçı tərəfindən kobudluqdan sonra pis şəkildə yıxılırsa, daha bu hakimə qərar çıxarmaq üçün nə lazımdı? Qapıçı nə etməlidi ki, onun qapısına cərimə zərbəsi təyin olunsun? Mənim üçün maraqlıdı, niyə qovmadın? Nə mane oldu sənə? Epizodu necə gördün? Səhv etmirəmsə həmin oyuna hakim-inspektor kimi əvvəl Ceyhun Haşımovu təyin etmişdilər. Sonradan onu dəyişib Ramil Diniyevi göndərdilər (gülür). Mənim üçün çox maraqlıdı Ramil nə öyrədəcək ona? Elə hakim-inspektor var ki, Premyer Liqada cəmi 3-4 oyun idarə edib. Amma yüksək dəstə oyunlarına hakim-inspektor gedirlər. Belələri hakimləri oyundan əvvəl psixoloji və mənəvi tərəfdən necə hazırlayacaq (gülür)? Oyundan sonra nə izah edəcəklər? Əslində onların özünə qaydaları izah etmək lazımdı. Çünki daim oyunlara 4-cü hakim kimi gediblər. Premyer Liqada hakim-inspektorluğu o insan etməldi ki, biliyi, savadı, karyerası, ümumiyyətlə dünyagörüşü, hazırlığı buna imkan verir. Götürün siyahını baxın. Sadəcə olaraq, biabrçılıqdı. Kim kimin adamıdı, dayısıoğludu, əmisioğludu, bibisioğludu, xalasıoğludu, uzaqdan, yeddi arxa dönənindən, "körpü" məsələsinə görə qohumudusa, gətirib soxuşdurub, hakim edirlər. Premyer Liqada 150-dən çox oyun idarə etmişəm. Amma hakim-inspektor kimi oyunlara getmirəm. Bu dönəmdə heç etmərəm də. Çünki indiki atmosferdə birmənalı mümkün deyil. İnşallah, Hakimlər və hakim-inspektorlar komitəsinin rəhbərliyinə normal insan gətirərlər, o zaman gedib işləmək olar. İşləyəndə də qolları çırmalamalısan.

- Hakimlər Komitəsinin tərkibindən yəqin ki, məlumatınız var. Hansı ki, orada vaxtilə rüşvət iddiası ilə hakimlikdən qovulan insanlar da yer alıb. Necə düşünürsüz, Fritz Ştuxlik bacarıqsızdı, yoxsa ətrafındakılar ona işləməyə imkan vermir?

- Fikrimi izah etmək üçün sizə sual verim. Azərbaycana gəlməmişdən əvvəl Fritz Ştuxlik adında hakim tanıyırdız?

- Xeyr...

- Bəlkə hakim-inspektor, yoxsa dünya şöhrətli təlimçi kimi tanıyırdız? Bəlkə FİFA-nın ən öndə gedən inspektorlarından idi? Xeyr, sıradan bir hakim-inspektor idi. İlk növbədə burdan başlamaq lazımdı. Niyə məhz Ştuxlik? Kiros Vassaras, Nikolay Levnikov olsaydı, İngiltərədən, Fransadan, məsələn, Luis Medina Kantalexa gəlsəydi razılaşardım. Çünki bunların karyerası olub. Ştuxlik isə bura gələndən sonra Avstriyada etdiyi biabrçılıqlarla bağlı məlumatlar ortaya çıxdı. Bəs belədə Ştuxliki Azərbaycana gətirməkdə məqsəd nədi? Hansı üstünlükləri var? Sizin sualın cavabı da buradadı. Belə insanın Azərbaycan hakimliyinə verəcəyi tövhə nədən ibarət olacaq ki? Mənim üçün maraqlı deyil ki, onun ətrafındakılar kimdi. Kim neçə dəfə qovulub, yenə hakimliyə qayıdıb. Hər kəsin öz dövranı var. İndi bu insanların dövranıdı. Adam var, 10 dəfə qovurlar yenə qaytarılır. Yaxşı edir, bacarığı, imkanı, adamı var gəlir. Gətirməsinlər, gəlməsin. Zorla zəng vururlar ki, "gəl pul verək işlə", o da razılaşır, nə problem var ki (gülür)? Bura Azərbaycandı, hər şey ola bilər. Sadəcə o maraqlıdı ki, Ştuxliki hansı meyara, üstünlüklərə və Azərbaycan hakimliyinə verəcək tövhələrə görə gətiriblər? Bu sualı onu gətirən insanlara ünvanlamaq lazımdı. Hansı üstünlüklərinə görə o ayda 17 min avro maaş alır? Bu 34 min manat pul edir. İndiyə qədər meydana çıxardığı bir gənc hakim göstərsin. Hazırkılar hamısı Xaqaninin dövründə artaya çıxarılan gənclərdi. Xaqani Məmmədovu tərifləmək və onun vəkili rolunda olmaq istəmirəm. O özünü müdafiə edə bilər. Sadəcə, sualım odu ki, Ştuxlikin burada olduğu 2 il ərzində kim ortaya çıxdı, bacarığını göstərdi? Mən tanımıram, göstərsinlər. Yaşlıları uzaqlaşdırdılar, cavanları gətirdilər. Guya inqilab elədilər. Ramin Musayev hər şeyi öz əlinə aldı. Məqsədli şəkildə gəncləri irəli verdilər ki, "cavandı, səhv edə bilər". Bütün bunlar məqsədli şəkildə idi. Çünki yaşlı hakimlərə söz deyə bilmirdilər. Səhvləri də, "cavandı" deyə-deyə yola verdilər. Öz əməllərini gördülər, ona görə cavanların da söhbətlərini bağladılar. Bəs indi necə olacaq? Neçə ildi Premyer Liqada oyun idarə edirlər, bunların hansına cavan demək olar? Baxın Əliyardı, Rəhimdi, Diniyevdi, Rauf Cabbarovdu, hamısı bizim dövrümüzdə hakimliyə başladılar. İndi 35-36 yaşları var, 5-6 ildən sonra karyeralarını bitirəcəklər. Bunlara cavan demək olar? Əslində örnək olmalıdılar. Halbuki, etdikləri səhvlər gənclərinkindən daha çoxdu. SOCAR-ın pullarının hesabına idarə olunan Gürcüstan futbolunun hakimləri təlim-məşq toplanışına gedirlər, amma bizimkilər aparılmır. Gürcülər lap ölkə xaricinə olmasa da, daxildə müxtəlif bölgələrə, Kutaisiyə, Batumiyə, Borjomiyə filan aparılır. Ancaq yaxşı təlim-məşq toplanışı keçirlər. Xaricdən təlimçilər gəlir, dərs keçirlər. Bizdə isə heç bunu da etmədilər. Hakimlərə dedilər ki, "gedin özünüz nə edirsiz edin". Belə düşüncə ilə Premyer Liqa oyun idarə edərlər? Belə hakimlik öyrədərlər? Təlimçi Ceyhun Haşımovdu. Premyer Liqada hakim-inspektorluq edir. Nə bilim... Mənim üçün böyük bir sualdı. Cavabını heç Ştuxlik də bilmir. Onu bura gətirənlərdən soruşsaz, bu sualın cavabını verə bilər. Təbii ki, həyatda düzgün danışmağı xoşlayırsa. İnanmıram ki, sualın cavabını kimsə verər. Bir insana futbol lazım deyilsə, hakim və hakim-inspektor da lazım deyil. İndiki situasiya onlara sərf edirsə, deməli belə idarə olunmalıdı. Məsləhət belədi, vəssalam, ikinci cavab yoxdu. Yəni kənarda qaldığım üçün bu sözləri demədim. Sadəcə, içimdən gəldi və danışdım. Premyer Liqada, futzalda, çimərlik futbolunda oyunlar idarə etmişəm. Ən azı məni bu liqalara hakim kimi göndərmək olardı? Olardı... Baxın, öz Federasiyam var - Azərbaycan Futnet Federasiyası. Bu yaxınlarda "Dalğa Beach"da möhtəşəm turnir keçirdik. 14 ölkədən 20 komanda, Braziliyadan tutmuş bütün dünyadan ulduzlar gəldi. İldə 2-3 dəfə turnir keçiririk, daxili çempionat var. Şəxsən iki beynəlxalq təşkilatda işləyirəm. Dünya Tələbə Futbol Birliyinin baş katibiyəm. Moskvada böyük mini futbol turniri keçiriləcək, Tələbə Futbol Federasiyamız da təmsil olunacaq. Açılışda, bağlanışda iştirak edəcəm, dövlət rəhbərləri ilə görüşəcəm. Oktyabrın 1-dən 11-nə kimi Avstraliyada mini futbol üzrə dünya çempionatına hakimlər qrupunun rəhbəri kimi gedəcəm. İndiyəcən 3 beynəlxalq seminar keçirmişəm. Çempionata 56 hakim seçmişik. Bununla yanaşı nəzəri biliklər, fizki hazırlıqlar davam edəcək. Əfqan Həmzəyevin dünyada 400-dən çox hakimi var. Bütün bu işləri görürəm və adımın altına Azərbaycan yazılır. Belədə Azərbaycan Premyer Liqasında oyunlara dəvət almıramsa, bunun adı, Allahsızlıq, insafsızlıq, vicdansızlıq və qərəzlilikdi. Başqa anlamı yoxdu...

Xəbər 3201 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +