Qaz olmayacaq
Ermənistan İsraildə səfirlik açır
Vaşinqtonda atışma - 1 ölü, 6 yaralı
“Facebook”un ofisində intihar
Daha 4 güləşçimizin rəqibləri müəyyənləşdi
Bakıda cibgir qadın saxlanıldı
Türkiyədə 6 PKK-lı polisə təslim oldu
İsmayıllıda kütləvi zəhərlənmə
Ağdaş sakinindən ov tüfəngi götürüldü
Sabah hava necə olacaq?


22.08.2019  11:29 

Bakıda sürücülər qaz tapmır - SOCAR-dan açıqlama





A+  A-

Artıq iki həftədən çoxdur ki, sürücülər yanacaqdoldurma məntəqələrində LPG (propan) qazını tapa bilmirlər.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”ya da bununla bağlı sürücülər tərəfindən çoxsaylı müraciətlər daxil olub. Onlar bildirir ki, yanacaqdoldurma məntəqələri qazın yoxluğunun səbəbi haqqında məlumatlı deyillər. Buna görə də qazla işləyən maşınların sürücüləri çarəsiz vəziyyətdə qalıblar. Onlara alternativ olaraq metan qazının vurulması təklif edilir.

“Qafqazinfo” LPG-nin qıtlığı ilə bağlı SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovla əlaqə saxlayıb. O, bazarda LPG qazı ilə bağlı yanacaqdoldurma məntəqələrində yaranan qıtlıqdan xəbərdar olduğunu vurğulayıb: “Biz ötən ildən başlayaraq CNG - təbii qazını bazara təqdim etmişik: Bu qazın bazarda satışı artıq həyata keçirilir. Hazırdakı LPG qazıyla bağlı qıtlıq yaranmamışdan əvvəl də CNG sürücülər tərəfindən böyük maraqla qarşılanmışdı. Ona görə də bu qazın pərakəndə satışı bu il 30 dəfə artıb. CNG qazı təhlükəsizlik baxımından digər qazlardan daha üstündür. Bu qaz ətraf mühitə daha az ziyan vurur. Mühərriklərin istehsal müddətini daha da uzadır.

Üstəlik qiyməti də LPG qazı ilə eynidir. Hələ ki SOCAR-ın 5-6 yanacaqdoldurma məntəqəsində bu qazın satışı həyata keçirilir. Biz bu məntəqələrin sayını ilin sonuna kimi 21-ə çatdırmağı düşünürük.

Başqa təchizatçı şirkətlər də CNG qazının satışını həyata keçirə bilərlər. Təchizatçı şirkətlər istəsələr avadanlıq təminatı ilə bağlı məsələlər üçün SOCAR-la da danışıqlar apara bilərlər”.

İ. Əhmədov qeyd edib ki, SOCAR maye qazı emal üçün həm dövlət əhəmiyyətli müəssisələrə, həm də yanacaqdoldurma məntəqələrinə təqdim edir: “Artıq dövlət əhəmiyyətli müəssisələrin sayı da artıb. Azərbaycanın kimya məhsullarının istehsalatı qeyri-neft sektorunun inkişafı və dayanıqlı iş yerlərinin yaradılması üçün strateji əhəmiyyət kəsb etdiyinə görə, həmin müəssisələrin artan xammal tələbatını təmin etmək, yəni maye qaz ilə təchiz etmək də prioritet vəzifə olaraq SOCAR-a həvalə olunub.

Əlbəttə, SOCAR ilə istehlakçılar arasında fəaliyyət göstərən təchizatçı şirkətlər propan qazını yalnız SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda əldə etməyə məcbur deyillər, məsələn, xaricdən də idxal edə bilərlər. Lakin onların hələlik xaricdən bu məhsulu idxal etməməsi başadüşüləndir. Çünki ölkədə bu yanacaq növünün qiyməti beynəlxalq bazar qiymətlərindən xeyli aşağıdır. Ona görə bu qiymətə idxal etmək hazırda onlara sərf etmir. Bu səbəbdən də yanacaqdoldurma məntəqələrində LPG-nin təchizatı ilə bağlı çətinlik yaranıb.

Obyektiv səbəblərdən yaranan bu vəziyyətin öhdəsindən gəlmək üçün biz də SOCAR olaraq, istehlakçıların maraqlarını yüksək səviyyədə təmin edilməsi üçün təchizatçı şirkətlərə və bu istiqamətə çalışan bütün qurumlarla birgə çalışır, qıtlığın aradan qaldırılması üçün müxtəlif variantları nəzərdən keçiririk. İlkin olaraq, birtərəfli həyata keçirdiyimiz layihə çərçivəsində daxili bazara alternativ və daha üstün yanacaq növü kimi sıxılmış təbii qazın (CNG-nin) təqdim edilməsi ölkədə maye qazına (LPG-yə) olan tələbatı azaldacaq və nəticədə yaranmış qıtlığın aradan qaldırılmasına kömək edəcək. Əgər qarşıdakı aylarda CNG-dən istifadənin artması bazarda hələ LPG-nin qıtlığını tam kompensasiya etməsə, təchizatçı şirkətlərlə məşvərətlərimiz davam etdirilib, birgə təkliflər işlənib dövlətə təqdim oluna bilər. Bunu da qeyd edim ki, ölkə rəhbərliyi artıq LPG-nin idxalını asanlaşdırmaq üçün mühüm bir addım ataraq, bu məhsulun idxalını əlavə dəyər vergisindən azad edib”.

Qeyd edək ki, hazırda bu ilin əvvəlinə dünyada CNG ilə işləyən avtomobillərin sayı artıq 27 milyona yaxınlaşıb. Proqnozlara görə, 2020-ci ildə təbii qazla işləyən avtomobillərin sayı dünyada 50 milyon, 2030-cu ildə isə 100 milyonu ötəcək.

Bu gün yerli bazarda baza model sedan avtomobillərin CNG qurğusu ilə təchiz edilməsinin orta qiyməti 1200 manata başa gəlir. CNG yanacağı benzin, dizel və LPG ilə müqayisədə ekoloji cəhəddən əhəmiyyətli dərəcədə təmizdir.

CNG yanğın riski sinfinə görə ən təhlükəsizdir və beynəlxalq standartlaşmaya görə, LPG və benzindən sonra qərarlaşıb.

ABŞ Energetika Nazirliyinin açıqlamasına görə, CNG-nin 1 kub metrindən əldə edilən enerjinin miqdarı 1 litr benzinin yaratdığı enerjidən 8% yüksəkdir.

Bununla bərabər, sürücülər bazarda onlara seçim imkanı verilməsini daha düzgün hesab edirlər. Onlar qeyd edir ki, LPG ilə işləməsi üçün maşınlarına avadanlıqlar quraşdırıblar. Yenidən CNG sistemə keçmək sürücülərdən əlavə xərc tələb edir.

Xəbər 134 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.09.2019  11:39 

Qaz olmayacaq

20.09.2019  10:07 

“Facebook”un ofisində intihar

19.09.2019  18:11 

Məzənnə açıqlandı

19.09.2019  16:01 

Bakıda cibgir qadın saxlanıldı

19.09.2019  14:37 

Sezen Aksu səhnəyə qayıtmayacaq

19.09.2019  14:05 

Sabah hava necə olacaq?

19.09.2019  12:46 

Hacı Əliyev nədən məhrum oldu?


BÜTÜN XƏBƏRLƏR +