“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


09.08.2019  10:27 

Xalq yazıçısı Anar ölümdən son anda qurtuldu





A+  A-

Xalq yazıçısı, Yazıçılar Birliyinin sədri Anar bu günlərdə ölüm təhlükəsi ilə üz-üzə qalıb.
XəzərNews.az xəbər verir ki, bu barədə o, “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində bildirib. Anar müəllimin sözlərinə görə, bu günlərdə ailəlikcə qardaş Türkiyəyə istirahətə gedib.

İstirahətinin son günlərində, Azərbaycana dönməyə bir gün qalmış Egey dənizində boğulmaqdan son anda xilas olub. Xalq yazıçısı hadisəni belə nəql edib:

“Orda ailə ilə bir yerdə dincəlirdik. Amma dəniz turuna tək çıxmışdım. 6 saatlıq tur idi. Çox maraqlı idi. Adalar, qədim yunan mifləri ilə bağlı məkanlar... Odisseyin səyahəti həmin adalarla bağlıdır. Az qaldı mən də Odissey kimi əfsanəyə dönəm” (gülür).

Anar müəllim dedi ki, səyahət zamanı hər saatdan, yaxud saat yarımdan bir gəmi limana yaxınlaşırmış: “O saat uşaqlar, cavanlar dənizə tullanıb çimirdilər. Axırıncı dəfə gəmi sahildən bir az aralı dayandı. Dedim madam ki, çıxmışam, bir dəfə mən də çimim.

Otelin hovuzunda çimirdim, dedim, dənizə də baş vurum. Özümü göyərtədən dənizə atdım. Demə, gəmi dənizin lap dərin yerində dayanıbmış. Dərinlik bəlkə də üç mən hündürlükdəydi. Boğulurdum, su ağzıma dolurdu”.

Xalq yazıçısı deyir ki, o anda kimisə haraylamaq ağlına gəlməyib, xilasedicilər də olmayıb:

“Fəryad” qışqırım, ya türkcə “imdad” qışqırın, SOS deyim, heç ağlıma da gəlmirdi. Dalğalar da məni gəmidən uzaqlaşdırırdı. Üzməyə çalışıram, amma dalğalara müqavimət göstərə bilmirəm. Birdən səs gəldi ki, “Anar müəllim, əlinizi verin!” Əlimi uzatdım. Tutdu əlimdən, gəmiyə doğru dartdı. Gəmiyə çatandan sonra məhəccərdən yapışıb yuxarı qalxdım. Ramil adlı həkim orda olmasaydı, bəlkə də fəlakət olacaqdı. Demə, o da ailəsi ilə istirahətə gəlibmiş. Yoldaşı da həkimdir, iki dənə də balaca uşağı var. Onlar da Azərbaycandan istirahətə gəlibmişlər. Dedi görüşərik. Amma səhəri gün mən Bakıya döndüm”.

Yazıçı dedi ki, bütün uşaqlığı Buzovnada keçib və üzməyi yaxşı bacarır: “Düzdür, axır vaxtlar üzmürdüm. Amma burda üzmək də deyildi. Dalğalar o qədər güclü idi. Həm də çox dərin idi. Bir var ayağınla təkan verəsən, qalxasan yuxarı. Bir də var ki, su üç mənim boyum qədər idi”.

Anar boğulmaq anında keçirdiyi hissləri də bölüşdü: “Doğrusu, o anda fikirləşməyə vaxt olmadı. Məndə heç qorxu da yox idi. Amma çıxandan sonra fikirləşdim ki, belə qəribə ölüm ola bilərmi? Bu yaşa çatmışam, bura istirahətə gəlmişəm, qayıtmağa bir gün qalmış dənizdə boğulum? Düşünürəm ki, əgər boğulsaydım, həyat üçün çox mənasız bir sonluq olardı. Bəlkə də kimlərsə sevinəcəkdi. Amma düşünürəm ki, sevinənlər olacaqdısa, olsun. Mən heç kəsin ölümünə sevinmirəm. Qoy özgənin ölümünə sevinənlər uzun yaşasınlar!”

Xəbər 1028 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +