İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


04.07.2019  17:21 

Nədir sosial şəbəkə və gəncləri bura nə cəlb edir?





A+  A-

Bu gün Azərbaycan insanının böyük bir qismi internetdən, xüsusən də sosial şəbəkələrdən istifadə edir. Bu sırada gənclər üstünlük təşkil edir. Əvvəlcədən qeyd edək ki, sosial şəbəkələrdən hər kəs öz tərbiyəsinə görə istifadə edir. Nədir sosial şəbəkə və gəncləri, insanları bura nə cəlb edir?

Əlbəttə, bu suala birmənalı cavab tapmaq çətindir. Burada hər kəsi bir məsələ cəlb edir, maraqlandırır. Gənclər var ki, özünü sosial şəbəkələrdən ayrı hiss edə bilmir. Demək olar ki, həyatının hər saatında sosial şəbəkə var.

Reallıq budur ki, dünyanın internet aləmində yüzlərlə adda sosial şəbəkə, forum, virtual görüş məkanı mövcuddur. Azərbaycanda da bir sıra sosial şəbəkələr fəaliyyət göstərir ki, bunlardan da ən aktivi “Facebook” sosial şəbəkəsidir.

Yerli sosioloqların araşdırmalarına görə, təxminən ölkə əhalisinin 3,7%-i və ölkədə mövcud internet istifadəçilərinin 8,4%-i “Facebook”dan yararlanır. Bu isə o deməkdir ki, Azərbaycan vətəndaşlarının hər 30 nəfərindən biri “Facebook” istifadəçisidir. Azərbaycanda sözügedən şəbəkədən istifadə edənlərin 76%-i 18-34 yaş qrupunun nümayəndələridir. Bu statistik göstərici gənclərin sosial şəbəkələrdə aktiv iştirakının təsdiqidir.

Mütəxəssislər isə hesab edir ki, bir zamanlar pul qazanmaq məqsədi daşıyaraq bir qrup tələbə tərəfindən yaradılan sosial şəbəkələr hazırda öz profilini tamamilə dəyişib. Bu səbəbdən də bəzi dövlətlər öz ərazilərində internetin istifadəsinə qadağa qoyur. İnternet resurslarından istifadəyə qoyulan qadağalar indiki zamanda demokratiyanın, eləcə də insan haqlarının pozulması deməkdir.

Dünya təcrübəsinə nəzər saldıqda məlum olur ki, internetə qoyulan qadağalar əsasən demokratiyanın zəif inkişaf etdiyi dövlətlərdə müşahidə edilir. Son zamanların müşahidələri göstərdi ki, sosial şəbəkələrdən istifadə inqilablarda, seçki proseslərində daha fəal adam toplamaq, dini cərayanları, zərərli sosial məsələləri yaymaq məqsədilə istifadə edilir. Sosial şəbəkələrdən istifadəyə psixoloji aspektdən də yanaşanlar az deyil.

Statistik məlumatlardan görünür ki, müasir sosial şəbəkələr çox geniş imkanlara malikdir. Şübhəsiz ki, bu imkanlar çərçivəsində geniş təbliğat aparmaq da mümkündür. Statistik rəqəmlərdən o da görünür ki, sosial şəbəkələrin istifadəçiləri arasında gənclər mühüm çəkiyə malikdir. Hazırda bizim ölkənin dünya miqyasında geniş təbliğ olunmasına böyük ehtiyac olduğunu nəzərə alsaq, gənclər bu istiqamətdə fəaliyyətini intensivləşdirməlidir, xüsusilə də milli maraqların müdafiəsi məsələsində daha fəal olmalıdırlar.

Milli dövlətin qarşısında duran ən başlıca işlərdən biri əhaliyə düzgün, sağlam vətəndaşlıq və vətənpərvərlik hisslərini aşılamaqdır. Qloballaşan dünyada sağlam milli-mənəvi dəyərləri qorumaq çox çətindir. Hazırkı dövrün sürətli informasiya, yeni kommunikasiyalar əsri olduğunu nəzərə alsaq, onda gənclərin zərərli ideologiyalarla zəhərlənməsinin qarşısı da düşünülmüş metodlarla alınmalıdır. Sözsüz ki, hər bir ölkədə vətənpərvərlik əhval-ruhiyyəsinin səviyyəsi həmin dövlətdə aparılan təbliğatın miqyasından asılıdır.

İnsanların mənəvi kamillik, özünüdərk dərəcəsinin yüksəldilməsi istiqamətində işlərin görülməsi milli ideologiyanın tərkib komponenti olmalıdır. Təbii ki, söhbət zorakı metodlardan getmir. Gənclərin maraq göstərdiyi texnologiyaların tərkibində dövlətin gənclərlə bağlı siyasətinə cavab verən alternativ təbliğat sistemi qurulmalı və bu təbliğatın aparılmasına dövlətin bütün mümkün resursları cəm olunmalıdır. Fikrimcə, hər bir gənclər təşkilatı milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik tərbiyəsinin formalaşması istiqamətində güclü təbliğat aparmalıdır.

“Paradiqma” İctimai-Siyasi Tədqiqatlar
İctimai Birliyinin Analitik Qrupu


Bu məqalə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin internet səhifələrində, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi” layihəsi çərçivəsində hazırlanıb.





Xəbər 584 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +