Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


30.05.2019  12:11 

Sosial şəbəkələrdə həmrəylik problemi





A+  A-

Milli özünəməxsusluğun dərk edilməsi onun mövcudluğu qədər əhəmiyyət kəsb edir. Bu məsələdə gənclərin rolu isə danılmazdır. Gənclər gələcəyin davamçılarıdır. Gələcək nəsilin milli təfəkkürü gənclərin milli özünəməxsusluğu hansı dərəcədə dərk etməsindən ibarətdir. Bəs buna necə nail olmaq mümkündür?

Gəncləri birləşdirən məkanlardan biri də sosial şəbəkələr və internetdir. Bu vasitə ilə onlar arasında milli özünəməxsusluq və həmrəyliyin gücləndirilməsi isə müasir dövr üçün daha da aktualdır. Siyasi gündəm gənclər arasında Dağlıq Qarabağ münaqişəsinin milli özünəməxsusluğun dərkinin tərkib hissəsi olduğunu aydın şəkildə göstərir. Bunun ən bariz nümunəsinə Aprel zəfəri zamanı şahid olduq. Aprel zəfəri dönəmində gənclərin sosial şəbəkələrdə paylaşımları, mübarizənin internet vasitəsilə informasiya mübarizəsinə çevrilməsi gənclərdə milli özünəməxsusluğun və həmrəyliyin ilkin qığılcımlarının gücləndirilməsi imkanlarının mövcud olduğunu göstərdi.

Azərbaycan Respublikasının xarici siyasətinin başlıca vəzifəsini ərazi bütövlüyünün qorunması təşkil edir. Bu halda Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətin prioritet istiqaməti kimi səciyyələnir. Bu münaqişə artıq təkcə hərbi və siyasi xarakter daşımır, eyni zamanda informasiya müharibəsinə də keçid almışdır. İnformasiya müharibəsi isə internetdə və sosial şəbəkələrdə baş verir. Bu mübarizənin subyektləri kimi isə əsasən gənclər çıxış edir. Lakin, məsələ hər zaman müsbət istiqamətdə davam etmir.

Gənclərin vacib rol oynadığı milli özünəməxsusluq və həmrəyliyin təbliğində əks informasiya təbliğatı da diqqət çəkən məqamdır. Bu proses əsasən, düşmən qüvvələr tərəfindən həyata keçirilir. Bunun qarşısını isə yalnız düzgün istiqamətlənmiş gənclər ala bilər.

Həmrəylik idman, mədəniyyət, ümumimilli məsələlər kimi müxtəlif istiqamətlərdə gənclərin birliyini ifadə edir. Həmrəyliyin gənclər arasında sosial şəbəkələrdə gücləndirilməsi müəyyən informasiya mübadiləsini tələb edir. Bu mübadilə müxtəlif dövlət qurumları, ya da gənclərin fəal hissəsi tərəfindən təşkil olunur. Həmrəyliyin gücləndirilməsinin nəticələri özünü müəyyən formalarda göstərir və bu nəticələr daim uğurlara xidmət etmişdir. Məsələn, Xocalı faciəsinin bütün dünyada işıqlandırılması, Xocalı həqiqətlərinin beynəlxalq aləmə çatdırılması məqsədi daşıyan Xocalı üçün başladılan imza kompaniyası minlərlə insanın həmrəyliyi sayəsində uğur qazandı. Artıq beynəlxalq aləmdə bu faciənin yaşandığı inkar obyekti ola bilməz. Hətta, bu az imiş kimi zaman – zaman işğal altında olan torpaqlarımızın da əvvəldən Ermənistana məxsusluğu iddia edilir. Bu kimi böhtanların da qarşısını sadəcə həmrəylik ala bilər. Düşmən qüvvə bilməlidir ki, bütün işğal olunmuş torpaqlar ərazi bütövlüyü prinsipi əldə rəhbər tutulmaqla geri qaytarılmalıdır və dövlətimiz bu məsələdə də sülhməramlı siyasət yürüdür. Əgər, sülh yolu ilə münaqişənin həllinə nail olmaq mümkün olmazsa, gənclərin və eləcə də bütün xalqın həmrəyliyi sayəsində bu münaqişənin həllinə də nail olma potensialına sahib bir dövlətdə yaşayırıq.

Münaqişənin dövlətimizin xeyirinə həllinə dəstək məqsədilə sosial şəbəkələrdə gənclər tərəfindən yaradılmış səhifələr milli özünəməxsusluğumuzun parçaları olan dəyərlərimizin təbliğatı ilə məşğuldur. Onların sırasına torpaqlarla bərabər işğal altında olan milli dəyərlərimiz də daxildir. Bu fəaliyyətin gücləndirilməsi isə müxtəlif maarifləndirmə layihələri ilə həyata keçirilə bilər.

“Paradiqma” İctimai-Siyasi Tədqiqatlar
İctimai Birliyinin Analitik Qrupu


Bu məqalə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin internet səhifələrində, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi” layihəsi çərçivəsində hazırlanıb.




Xəbər 457 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +