“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


22.05.2019  14:05 

Gənclər internetdə necə “görünür”?





A+  A-

Hər kəs öz intellektual səviyyəsinə, dünyagörüşü və maraq dairəsinə görə internetdən yararlanır. İnternet əsasən 3 tələbatı ödəyir:

- informativ -informasiya xarakterli;
- təfəkkür təlabatı;
- kommunikativ - insanlarla ünsiyyət qurmaq və əyləncə xarakterli tələbatlar.
Bunlardan əlavə internetdən elektron kommersiya, onlayn alqı-satqı üçün də istifadə edilir. Əlbəttə, sadaladığımız müsbət keyfiyyətlərlə yanaşı, internetin zərərli yönləri də var. Belə ki, bəzi yeniyetmələr internetdən daha çox oyunlar oynamaq, bəzi gənclər isə tanışlıq, çat və bu kimi məqsədlər üçün sosial şəbəkələrə meyllidirlər. Lakin bu tək Azərbaycanda belə deyil. Texnologiya baxımından ən çox inkişaf etmiş ölkələr belə internetin zərərli təsirlərindən sığortalanmayıb. Misal üçün yapon xalqı internetdən daha çox intihar üçün istifadə edir. İnternetin zərərli təsirlərinə məruz qalan xalqlara ərəb, qafqazlılar, Braziliya və Latın Amerikası xalqlarını da əlavə etmək olar.

2011 -ci ildə "Internet World States"-in araşdırmalarına görə, Azərbaycanda əhalinin 44,4% -i, təxminən 3,7 milyon nəfər insan internet istifadəçisidir. 2015 -ci ildə bu rəqəm artaraq 5,8 milyon olmuşdur. Bu da təxminən əhalinin yarısından çoxu deməkdir.
Və nəhayət 2018 -ci ilin statistikasına əsasən Azərbaycanda internet istifadəçilərinin sayı əhalinin 80% -dən çoxunu, yəni təxminən 8 milyondan çox əhalini təşkil edir.

Azərbaycanda internet istifadəçilərinin əksər hissəsini gənclər təşkil edir. Gənclər internet vasitəsilə bilmədiklərini öyrənir, suallarına cavab tapırlar. İnternetdən aldığı dəstək hesabına 42% gənc yeni işlərə başlamışdır. Ölkəmizdə də internetdən daha çox istifadə edənlərin gənclərin olduğunu nəzərə alıb innovativ xarakterli tədbirlər, beynəlxalq festivallar təşkil olunur. Elə bu il 1 iyun tarixində də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Gənclər Fondu və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının təşkilatçılığı ilə 3 gün davam edən "Gənclər İnternet İdarəçilik Forumu" keçirilmişdir. Bütün bu tədbirlərin məqsədi Azərbaycanda gənclərin internet və inkişaf məqsədilə internetin daha geniş tətbiqi istiqamətlərində nəzəri və praktiki biliklərinin möhkəmlənməsidir.

Zəngin texnologiyaların gündən - günə inkişaf etdiyi bir dövrdə "informasiya müharibəsi" də qaçılmaz bir faktordur. Və bu sahədə də gənclər olduqca aktivdir. Belə ki, gənclər istər internet saytlarında, istərsə də sosial şəbəkələrdə Azərbaycanın tarixi, Qarabağ həqiqətləri bağlı məqalələri hər zaman öz mövqeyini qorumuşdur. Bizlər hər zaman dünyaya ölkəmizin zəngin mədəniyyətini, tarixini çatdırmağa borcluyuq. Bu məqsədlə gənclər təhsil və ya səyahət üçün ölkə xaricinə getdikdə orada xüsusi vloglar çəkir, blog yazıları, məqalələr hazırlayırlar. Və həmin işlərində ölkəmizin mental dəyərlərini, ənənələrini qeyd etməyi unutmurlar. Bunlardan əlavə ölkəmizdə yetərincə İnformasiya Texnologiyaları mütəxəssisləri də vardır ki, onlar da hər zaman "informasiya müharibəsində" öz töhfələrini layiqincə yerinə yetirirlər.

“Paradiqma” İctimai-Siyasi Tədqiqatlar
İctimai Birliyinin Analitik Qrupu


Bu məqalə “Paradiqma” İctimai-Siyasi Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin internet səhifələrində, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsinə cəlb edilməsi” layihəsi çərçivəsində hazırlanıb.



Xəbər 502 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +