Zəhərlənən qızların səhhətində irəliləyiş var
Sumqayıtda yeni “ASAN xidmət” tikiləcək
Siqareti necə tərgitmək olar?
Sabah da intensiv yağış yağacaq
Dünənki qəzalarda 3 nəfər ölüb
Zelenski Lukaşenkonun təklifini qəbul etmədi
Dövlət Yol Polisi sürücülərə müraciət etdi
Çovdarovun işçisi azadlığa çıxdı
233 binaya müsbət rəy verilib
Siçovullar estoniyalıları internetsiz qoydu


08.08.2019  16:12 

“Ərazimi zəbt edərək qanunsuz tikinti aparır…” – “Murad MS” MMC-dən Prezidentə şikayət





A+  A-

“Mənim mərhum qardaşımdan ailəyə miras qalan 1485 kvadrat metr torpaq sahəsini “Murad MS” MMC tikinti şirkəti qanunsuz zəbt edərək, orada hündürmərtəbəli bina tikir”.
XəzərNews.az-ın məlumatına görə, bunu Bakı şəhər sakini Arif Əmirov Prezident İlham Əliyevə yazdığı müraciətində bildirib. Bir nüsxəsi də “AzPolitika.info”ya göndərilən müraciətdə deyilir:

“Möhtərəm Prezident!

Sizin qanunsuz tikintilər haqqında etdiyiniz çıxışları oxudum və belə qərara gəldim ki, öz hüquqlarımın pozulması və mənə miras qalmış torpaq üzərində (25%) aparılan qanunsuz tikili haqqında Sizə məlumat verim.

Möhtərəm Prezident!

Siz bu haqda çoxsaylı çıxışlar edib və sərt tapşırıqlar vermisiniz. Lakin Azərbaycanda elə tikinti şirkəti var ki, onunla sanki heç kim bacara bilmir. Bu “Murad MS” MMC-dir. Mənim mərhum qardaşım Oqtay Əmirovdan ailəyə miras qalan 1485 kvadrat metr (25 faiz) torpaq sahəsini qanunsuz zəbt edib, orada hündürmərtəbəli bina tikir. Həmin ərazi Binəqədi rayonu, 8-ci mikrorayon 3078 məhəllə, 20 N saylı binanın qarşısında yerləşir.

Mənim qardaşım 2012-ci ilin noyabr ayında dünyasını dəyişib. Ancaq bu adamlar 2013-cü ilin mart ayında Bakı Şəhər İcra Hakimiyyətindən 2004-cü il 273 saylı Bələdiyyə qərarına əsasən mənim mərhum qardaşımın mülkiyyətinə verilmiş ərazidə aparılacaq tikintinin (37.125.000 manat smeta dəyərində) layihələndirilməsi üçün sərəncam alıblar.

2013-cü ilin iyun ayında isə tikintiyə icazə olmadan bu adamlar qeyri-qanuni yolla tikinti nişanı əldə ediblər. Qeyd edirəm ki, bu adamlarla bizim aramızda heç bir müqavilə yoxdur. Mənim və ailəmin narazılıqlarına isə onlar heç məhəl də qoymayıblar.

Qeyd edim ki, mən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın katibliyinə müraciət edəndən sonra, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi ərazidə araşdırma aparıb. Sonra məktubla bizə məlumat veriblər ki, torpaq bu gün də mənim mərhum qardaşımın adınadır. Yəni, torpağın Əmlak Komitəsindən “çıxarış”ı da yoxdur.

Cənab Prezident!

Sizin məlum göstərişlərinizdən sonra mən Arxitektura Komitəsinə müraciət etdim. Komitənin sədr nüavini Dövlətxan Dövlətxanovun göstərişi ilə araşdırmalar aparıldı. Məlum oldu ki, bizim torpaq həqiqətən zəbt olunub və tikinti qanunsuzdur.



Arxitektura Komitəsinin FHN-nə göndərdiyi məktub əsasında tikintinin dayandırılması haqqında rəis müavini Təyyar Hüseynli 0563 nömrəli qərar imzalamışdır. Həmin qərarda da göstərilmişdir ki, bu tikinti şirkətinin tikintiyə icazə sənədi yoxdur.

Cənab Prezident!

Mən 3 ildir ki, bu adamlarla mübarizə aparıram. Lakin bu qədər qərarlara baxmayaraq, ən əsası Prezidentin qanunsuz tikintilər haqqında çıxışlarına məhəl qoymayaraq, “Murad MS” MMC tərəfindən tikinti hələ də davam etdirilir.

Siz öz çıxışınızda demişdiniz ki, qanunsuz tikintilər haqqında məlumat verilsin. Ancaq məmurlardan heç biri burda aparılan qanunsuz tikinti haqqında Sizə məlumat vermir. Bu kimi haqsızlıqlar da insanda ümidsizlik, sabaha inamsızlıq yaradır.

Lakin biz ümid edirik ki, hüquqi dövlətdə yaşayırıq və bizim İlham Əliyev cənabları kimi ədalətli Prezidentimiz var. Mən inanıram ki, Siz hər bir Azərbaycan vətəndaşının yanındasınız. Bizə məxsus olan torpağın boşaldılması üçün Sizdən kömək istəyirəm.

Hörmətlə Arif Əmirov (tel:.050 395 23 83)”


















Xəbər 842 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.11.2019  18:02 

Məzənnə dəyişmir

21.11.2019  13:48 

Siqareti necə tərgitmək olar?

21.11.2019  13:11 

Sabah da intensiv yağış yağacaq

21.11.2019  11:25 

233 binaya müsbət rəy verilib

21.11.2019  10:57 

Azər üçüncü dəfə evlənir

21.11.2019  10:08 

Sürət həddi endirildi


BÜTÜN XƏBƏRLƏR +