Dəm qazı daha bir can aldı
Küveyt əmiri hökumətin istefasını qəbul etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Bu ərəb dövlətində hökumət istefa verdi
Sabah külək güclənəcək, temperatur enəcək
“Publik hüquqi şəxslər dövlət üçün bir bəladır”
Mikayıl Cabbarov xəbərdarlıq etdi
Erməni jurnalistlər Bakıya gəlir
Doktoranturaya qəbul qaydaları dəyişdi
Ermənistan atəşkəsi 21 dəfə pozdu


08.08.2019  15:43 

Azərbaycanda itkin düşən uşaqların sayı açıqlandı





A+  A-

Azərbaycanda axtarışda olan cinayətkarların, eləcə də itkin düşən uşaqların sayı artıb.
XəzərNews.az Trend-ə istinadən məlumatına görə, 2010-cu ildə Azərbaycanda 3663, 2015-ci ildə 3932, 2016-cı ildə 4463, 2017-ci ildə 5038, 2018-ci ildə isə 5375 cinayətkar axtarışda olub.

Ötən il axtarışda olan cinayətkarların 52-si 14-17 yaşlı uşaq olub. 2017-ci ildə isə belə uşaqların sayı 47-dir.

Ötən il axtarışda olanların 1420-si (2017-ci ildə1603) dələduzluq, 888-I (2017-ci ildə 718) oğurluq, 139-u hərbi xidmət əleyhinə, onlardan 61-i fərarilik (2017-ci ildə 147-si hərbi xidmət əleyhinə, onlardan 62-si fərarilik), 52-si dövlət hakimiyyəti əleyhinə (2017-ci ildə 34), 41-i banditizm (2017-ci ildə 42), 123-ü qəsdən adam öldürmə və adam öldürməyə cəhd (2017-ci ildə 103) və s. ilə bağlı cinayət törədib.

2000-ci illə müqayisədə ölkədə itkin düşən uşaqların sayı azalsa da, ötən il onların sayı 2017-ci illə müqayisədə artıb.

2018-ci il ərzində Azərbaycanda 964 (2017-ci ildə 914 nəfər) nəfər itkin düşüb ki, onların 136-sı 18 yaşadək uşaq olub. 2017-ci ildə itkin düşən uşaqların sayı 105, 2016-cı ildə 129, 2015-ci ildə 116, 2010-cu ildə isə 137 olub.

Qeyd edək ki, 2000 və 2005-ci illərdə Azərbaycanda itkin düşən uşaqların sayı daha çox olub. 2000-ci ildə 261, 2005-ci ildə 293 uşaq itkin düşüb.

Xəbər 623 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.11.2019  21:19 

Dəm qazı daha bir can aldı

14.11.2019  20:03 

Millimiz Lixtenşteynə qalib gəldi

14.11.2019  14:12 

İki “07” toqquşdu, ata öldü

14.11.2019  13:53 

Erməni jurnalistlər Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +