Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı


08.08.2019  08:43 

Paşinyan Qırğızıstana gedir





A+  A-

Ermənistanın Baş Naziri Nikol Paşinyan Avrasiya İqtisadi Komissiyasının (AİK) Hökumətlərarası Şurasının növbəti iclasında iştirak etmək üçün Qırğızıstana iki günlük işgüzar səfərə gedəcək.
XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Paşinyanın mətbuat katibi Vladimir Karapetyan açıqlamasında bildirib ki, Qırğızıstandakı gərgin daxili siyasi vəziyyətə baxmayaraq, tədbirin gündəliyində heç bir dəyişiklik nəzərdə tutulmur.

Qeyd edək ki, iclas Çolpon-Ata şəhərində keçiriləcək.

Xatırladaq ki, hazırda Qırğızıstanda keçmiş prezident Almazbek Atambayevin həbsi qərarına etiraz olaraq tərəfdarları onun iqamətgahının qarşısına toplaşıb. Xüsusi təyinatlılarla baş vermiş qarşıdurmada 43 nəfərin yaralandığı, qeyri-rəsmi məlumata görə isə, xüsusi xidmət orqanının bir əməkdaşının öldüyü bildirilir.

Xəbər 950 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib


BÜTÜN XƏBƏRLƏR +