Yanvarın 1-dən bütün pensiyalar artacaq
Elmira Süleymanovaya yeni vəzifə verildi
FHN-də General vəzifədən azad edildi
“EuroHome”un sahibi kimdir?
Sabahın hava proqnozu AÇIQLANDI
5 hektarlıq “EuroHome”un 2 hektarı yanıb
Tramp bu gün Lavrovu qəbul edəcək
Yanğında 2 nəfər tüstüdən zəhərlənib
“ANS”in vitse-prezidenti yeni şirkət yaratdı
10 dekabr - İnsan Hüquqları Günüdür


06.08.2019  12:48 

Ekoloq Bakıdakı tozanağa görə dövlət qurumlarını İTTİHAM ETDİ





A+  A-

Avqustun 5-dən başlayan küləkli hava paytaxtda toz-dumanla müşahidə olunmaqdadır. Güclü külək nəticəsində havaya sovrulan toz dumanı insanlara göz açmağa imkan vermir. Buna səbəb isə Bakının dörd bir yanında yenidən start götürən “tikinti bum”unda müəyyən edilmiş qaydalara riayət edilməməsidir.
XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov bu məsələdə dövlət qurumlarını ittiham edib:

“Yaxşı olar ki, mənə ünvanladığınız bu sualları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, digər qurumlar cavablandırsın. Əgər Bakının meqapolisə çevrilməsinə, yeni parkların salınmasına, yeni binaların tikintisinə sərəncam veriblərsə, şəhərsalma qayda-qanunlarına riayət olunmasını da tələb etməlidirlər. Tikinti gedən ərazilərin hamısı hasara alınmalıdır. Qazıntı işləri aparılıbsa, ərazi mütəmadi olaraq sulanmalıdır ki, külək qalxanda tozu göyə sovurmasın. Mən dünən metronun “Xətai” stansiyasının yaxınlığındakı tozanağın fotolarını da çəkdim. İnanın toz-torpaqdan göz açmaq mümkün deyildi. Bu işlərə nəzarət edən qurumlar var, hansı ki, dövlət onlara vəsait ayırır. Niyə həmin orqanlar havayı pul alıb üzərlərinə düşən vəzifələri, öhdəlikləri yerinə yetirmirlər?!

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir dəfə cərimələyir, yaxud təşkilatı bağlatdırır, mətbuatda məlumat yayırlar, vəssalam. Bununla da işlərini icra olunmuş hesab edirlər. Bir dəfə cərimələyəndən sonra ikinci dəfə elə cərimə yazmalıdırlar ki, qayda pozanlar ömür boyu borcun altında qalsınlar. Belə olanda qayda-qanunu pozmağa cəhd belə etməzlər”.

Ekoloq qeyd edib ki, bu məsələlərdə Prezident yanında xüsusi nəzarət komitəsi daha diqqətli olmalıdır:

“Onların hamısı yüksək məbləğdə maaş alırlar. Camaat tozanaqdan gözünü aça bilmir. Dünənki tozanaqda bütün ev-eşik torpaq olub. Camaat işdən yorğun gəlib başlayıb evdən torpaq təmziləməyə. Bu belə davam edə bilməz”.

T.Zeynalov qeyd edib ki, sovet dövründə şəhərin təmizliyi indiki ilə müqayisədə həddindən artıq yüksək olub:

“Sovet vaxtı şəhərin küçələri su ilə yuyulurdu. Heç vaxt indiki hal müşahidə olunmurdu. İndi buna fikir verən də yoxdur. Bakı Şəhəri İcra Hakimiyyəti hara baxır?! Müəyyən olunmuş qaydalara riayət edilsəydi, külək zamanı iniki qədər tozanaq qalxmazdı. Əlbəttə, qayda-qanunlara riayət edilsəydi, siz də bu sualları mənə ünvanlamaq məcburiyyətində qalmazdınız”.

Mərkəz rəhbəri külək zamanı ağacların qırılması faktlarına da münasibət bildirib:

“Ağaclar fevral ayının axırında, torpaq oyanmamış budanmalıydı. Yaşlı ağacları qoruyub saxlamaq niyyətindədirlərsə, onlara dirək vurulmalıdır. Çünki bizim torpaqlarımız çox azdır. Torpaq qatının hündürlüyü 20-30 santimetr, bəzi yerlərdə 1 metrdir. Biz Rusiyada, Ukraynda deyilik ki, 10-15 metrlik torpaq qatımız olsun. Bizdəkilər suxurdur. Ağcların kökü ana suxura dirənir, başlayır kənaralara yayılmağa. Külək əsən kimi də dözmür”.

Xəbər 669 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.12.2019  13:48 

“EuroHome”un sahibi kimdir?

10.12.2019  13:06 

Sabahın hava proqnozu AÇIQLANDI

10.12.2019  09:54 

“Eurohome” yandı

10.12.2019  08:43 

Dəm qazı daha bir can aldı


BÜTÜN XƏBƏRLƏR +